DSX-nın polkovniki Azərbaycan-Ermənistan sərhəddində baş verdiyini açıqladı

1470
(Yenilənib 22:38 25.05.2021)
DSX: Azərbaycan sərhədçiləri tərəfindən Ermənistan ərazisinə atəş açılması barədə məlumat həqiqətə uyğun deyil

BAKI, 25 may - Sputnik. Dövlət Sərhəd Xidmətinin nümayəndəsi polkovnik Murad Nağıyev bu gün Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatla bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- Ermənistan Müdafiə Nazirliyi tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması və nəticədə bir hərbi qulluqçunun ölməsi barədə məlumat yayılıb. Bu barədə nə deyə bilərsiniz?

- Ermənistan ilə dövlət sərhədində xidmət aparan Azərbaycan sərhədçiləri tərəfindən Ermənistan ərazisinə doğru atəş açılması barədə məlumat həqiqətə uyğun deyildir. Ermənistan tərəfinin bu gün yaydığı informasiya ilə əlaqədar saat 14:40 radələrində Rusiya Federasiyasının nümayəndələri tərəfindən bizimlə əlaqə saxlanılıb və Ermənistanın hər iki tərəfin hərbi qulluqçularının guya havaya atəş açmaları nəticəsində bir hərbi qulluqçunun ayaq nahiyəsindən yaralandığını, bu hadisə ilə bağlı Azərbaycan tərəfinə hər hansı etirazlarının olmadığını bildirmələri barədə məlumat veriblər.

Rüstəm Muradov Vaqarşak Arutyunyanla Azərbaycanla sərhəddəki durumu müzakirə edib

Erməni əsgərlərlə dolu yeddi yük maşını sərhədimizə yaxınlaşıb: MN-dən reaksiya

Bir qədər sonra yaralanmanın qarın nahiyəsindən olduğunu və hərbi qulluqçunun aldığı yaralardan vəfat etdiyini bildiriblər. Daha sonra isə hərbi qulluqçunun guya baş nahiyəsindən aldığı yaradan vəfat etməsi barədə bizə məlumat daxil olub. Təbii ki, qeyd edilənlər həmin hadisənin Azərbaycan tərəfdən açılan atəş nəticəsində baş verməsi haqqında Ermənistan tərəfinin Rusiya nümayəndələrinə bildirdiyi məlumatın, eləcə də erməni KİV-lərində bu barədə yazılanların tam cəfəngiyat olmasının və həqiqəti əks etdirməməsinin göstəricisidir. Tam məsuliyyətlə bildirirəm ki, bu gün bölmələrimiz tərəfindən Ermənistan ərazisinə atəş açılmayıb.

- Hazırda Ermənistan ilə dövlət sərhədində mövcud vəziyyət necədir?

- Ermənistan ilə dövlət sərhədində vəziyyət sabitdir və nəzarətimiz altındadır. Bizim tərəfimizdən bütün mübahisəli məsələlərin gərginlik olmadan, operativ tənzimlənməsi üçün tədbirlər görülür. Gündəlik olaraq tərəfimizdən Rusiya Federasiyası nümayəndələri ilə əlaqə saxlanılır və qarşıya çıxan bütün məsələlərin həllinə gərginliyin aradan qaldırılması məqsədilə konstruktiv yanaşılır.

Həmçinin oxuyun: 

Ayvazyan İran səfiri ilə görüşdü – Mövzu Azərbaycanla sərhəddir

* Putin və Əliyev Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyəti müzakirə ediblər

* Rusiya XİN: Azərbaycan-Ermənistan sərhədində vəziyyəti yaxından izləyirik

* Niyə Paşinyana Azərbaycanla sərhəddə gərginlik sərf edir - Rəy
Azərbaycan XİN sərhəddəki vəziyyətə aydınlıq gətirdi

* Ceyhun Bayramov Yerevanın sərhəddəki vəziyyətlə bağlı KTMT-yə müraciətinə cavab verdi

* Lavrovdan Zəngəzur açıqlaması: "Emosiyaların qızışdırılmasına ehtiyac yoxdur"

1470
Toyuq əti

Azərbaycana gətirilən 1,2 ton hind quşu dərisi yararsız çıxdı

70
Məhsulda patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1.2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

BAKI, 19 iyun — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri zamanı Türkiyədə fəaliyyət göstərən "Briterra Gida İç Ve Dış Ticaret Anonim Şirketi" tərəfindən istehsal olunan və "Ladess Group" MMC tərəfindən ölkəmizə idxal edilən hind quşu dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirib.

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasında patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1,2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.

70

Hökumətdən yeni hava limanlarının tikintisi işində böyük güzəşt

196
(Yenilənib 13:10 19.06.2021)
Azad edilən ərazilərdə 3 hava limanının tikintisi üçün idxal edilən mallar gömrük rüsumuna cəlb olunmayacaq.

BAKI, 19 iyun — Sputnik. Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qərara əsasən, "Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilib.

Bu bəndlə müəyyən edilən mal nomenklaturasına müvafiq idxal olunan malların Füzuli, Laçın və Zəngilan beynəlxalq hava limanlarının tikintisi üçün istifadəsinin təsdiq edilməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçiriləcək.

Bu mallar gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2024-cü il 1 yanvar tarixinədək qüvvədədir.

Füzuli beynəlxalq hava limanı

2020-ci il noyabrın 26-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ICAO-nun Füzulidəki hava limanı da daxil olmaqla 6 hava limanının beynəlxalq yer indeksləri kataloquna daxil edilməsi barədə Dövlət Mülki Aviasiya Agentliyinin müraciətini təmin etdiyini bildirib.

2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam verib. Gələcək hava limanının təməlqoyma mərasimi həmən ilin yanvar ayının 14-də baş tutub.

Köhnə aeroportun yerində tikilən Füzuli beynəlxalq hava limanında uçuş-enmə zolağının inşası ilə bu sahədə böyük təcrübəsi olan "AzVirt" MMC məşğul olur. Hava limanının tikintisi yanvar ayında başlayıb. Plana əsasən ilin sonuna kimi uçuş-enmə zolağı, eləcə də peron istifadəyə veriləcək. Yeni hava limanının uçuş-enmə zolağının uzunluğu 3 000 metr olacaq.

AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov bildirib ki, Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşun sentyabrın 5-də keçirilməsi planlaşdırılır.

Həmçinin oxuyun:

Füzuli aeroportunda ilk sınaq uçuşunun keçiriləcəyi tarix açıqlanıb

196