AzTV-nin keçmiş rəhbəri vəfat edib

© Photo : REPORTNizami Xudiyev
Nizami Xudiyev - Sputnik Azərbaycan, 1920, 25.05.2021
Abunə olmaq
Vaxtilə Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan keçmiş deputat son illər ictimai-siyasi fəaliyyətinə demək olar ki, son vermişdi.

BAKI, 25 may - Sputnik. AzTV-nin keçmiş rəhbəri, sabiq deputat Nizami Xudiyev vəfat edib.

Sputnik Azərbaycan Qaynarinfo-ya istinadla xəbər verir ki, keçmiş deputat böyrək çatışmazlığından dünyasını dəyişib. O, bundan əvvəl koronavirus infeksiyasına yoluxaraq sağalmışdı.  

Nizami Xudiyev 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. O, 1994-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, 1996-2006-cı illərdə AzTV-nin sədri, 1995-2010-cu illərdə Milli Məclisin deputatı olub.

Nizami Xudiyev hakim Yeni Azərbaycan Partiyasının (YAP) fəallarından olub. Vaxtilə partiyanın rəhbərliyində təmsil olunan keçmiş deputat son illər ictimai-siyasi fəaliyyətinə demək olar ki, son vermişdi.

Xəbər lenti
0