Şəhərlərarası və rayonlararası sərnişindaşıma necə həyata keçiriləcək? Rəsmi açıqlama

© Sputnik / Irade JELILБакинский Международный Автовокзал, фото из архива
Бакинский Международный Автовокзал, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.05.2021
Abunə olmaq
Nuridə Allahyarova: Mayın 31-dən ölkədə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti tam bərpa ediləcək.

BAKI, 25 may — Sputnik. Şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti xüsusi təlimat əsasında təşkil ediləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahının açıqladığı qərara əsasən, mayın 31-dən ölkədə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti tam bərpa ediləcək. Avtovağzal kompleksləri və sərnişin daşıyıcı şirkətlər dərhal zəruri hazırlıq işlərinə başlayıb və 31 may tarixinədək müvafiq xidmətləri göstərməyə tam hazır olacaqlar.

O qeyd edib ki, təhlükəsiz daşıma tədbirləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanmış xüsusi təlimat əsasında təşkil ediləcək. Respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiya kompleksində avtonəqliyyat vasitələri, eləcə də avtovağzal ərazisi, gözləmə zalı gündəlik dezinfeksiya olunacaq.

Allahverdiyevanını dediyinə görə, sıxlığın qarşısının alınması məqsədilə daşımaların sərnişin axınına uyğun olaraq idarə edilməsi təmin ediləcək: 

"Koronavirus əlamətləri olan sərnişin aşkar edildiyi təqdirdə davranış qaydaları barədə sürücülərin təlimatlandırılması həyata keçiriləcək. Sürücülərdə koronavirus əlamətlərinin olmasına işə başlayarkən və işdən sonra nəzarət olunması, belə şəxslərin avtobusu idarəetmədən müvəqqəti kənarlaşdırılması və aidiyyəti tədbirlərin görülməsi prosesi təmin ediləcək. Sürücülərə dezinfeksiyaedici spirt tərkibli gel məhlulu, birdəfəlik əlcək və maskalar veriləcək".

"Avtobusların havalandırma prinsipi ilə işləyən daxili soyutma və isitmə sistemlərindən istifadənin məhdudlaşdırılması təşkil olunacaq. Avtobuslarda təmizlik işləri aparılarkən pəncərələrin qapalı, sərnişindaşıma yerinə yetirilən zaman isə salonun havalandırılması məqsədilə mümkün qədər açıq vəziyyətdə saxlanılmasına nəzarət ediləcək", - deyə N.Allahyarova qeyd edib.

Həmçinin oxuyun: 

Operativ Qərargahdan bütün Azərbaycanı sevindirəcək QƏRARLAR

Metro şənbə-bazar işləyəcək? Rəsmi açıqlama

Dərs olsun, bir də olmasın: Pandemiya əlimizdən nələri aldı

Xəbər lenti
0