Abşeron rayonunda yolda yük maşını, arxiv şəkli

Bu yoxlamalar niyə aparılır?

9
(Yenilənib 00:02 26.05.2021)
BNA: Bəzi müşahidələrə əsasən bəzi fiziki və hüquqi şəxslər tərəfindən yük avtomobilləri normadan artıq yüklənir və bu formada ümumi istifadədə olan avtomobil yollarında idarə edilir.

BAKI, 25 may — Sputnik. Son illər ölkədə avtomobil yollarının müasirləşdirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikilməsi layihələri ilə bağlı mühüm tədbirlər həyata keçirilir və bu sahədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davamlı və irihəcimli işlər görülür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunur ki, bəzi müşahidələrə əsasən bəzi fiziki və hüquqi şəxslər tərəfindən yük avtomobilləri normadan artıq yüklənir və bu formada ümumi istifadədə olan avtomobil yollarında idarə edilir. Belə hallar inzibati xəta tərkibi yaratmaqla yanaşı nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun mühəndis konstruksiyasının zədələnməsinə səbəb olur, həmçinin bəzi hallarda digər hərəkət iştirakçıları üçün də təhlükəli vəziyyət yaradır.

Bunun qarşısını almaq məqsədilə magistral və respublika əhəmiyyətli avtomobil yollarında təşkil edilmiş tərəzi nəzarət məntəqələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Avtomobil Yollarının Mühafizə Xidməti" MMC-nin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının birgə xidmətinin təşkili üzrə tərtib edilmiş tədbirlər planına əsasən yoxlama tədbirləri davam etdirilir.

Yoxlama tədbirləri zamanı iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri icazə verilən çəki və kütlə parametrlərinə dair tələbləri pozan sürücülərin aşkarlanması, icazə verilən həddən artıq yükü olan nəqliyyat vasitələrinin agentliyin səlahiyyətləri daxilində yol hərəkətindən kənarlaşdırılması, artıq yükün boşaldılması və sürücülərə inzibati məsuliyyət daşıdıqları barədə xəbərdarlıqların edilməsi həyata keçirilir.

Əgər yuxarıda qeyd olunan hal təkrarlanarsa, həmin sürücülər barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilir. Bu çərçivədə son günlər iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə 30-dan çox sürücü 600 manat məbləğində cərimə olunub.

Nəzərinizə çatdıraq ki, ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yollarına vurduqları ziyanın hesablanması qaydalarının, yol ötürücülərinin yük götürmə qabiliyyətinin müəyyən edilməsi, habelə həmin zərərin ödənilməsi və aradan qaldırılması, ən əsası isə qəza təhlükələrinin nəzarət altına alınması məqsədilə tədbirlərin görülməsi istiqamətində müvafiq addımların atılması davam etdiriləcək.

9

İsveçrə -Türkiyə matçından göz oxşayan görüntülər

13
(Yenilənib 23:54 20.06.2021)
İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.

Futbol üzrə Türkiyə millisi AVRO-2020-də üçüncü oyunda da məğlub olaraq mübarizəni dayandırdı. Qrup mərhələsinin üçüncü turunda Şenol Günəçin yetirmələri Bakı Olimpiya stadionunda İsveçrə millisinə məğlub olublar.

Birinci hissədə isveçrəlilər artıq 6-cı dəqiqədə Türkiyə millisini oyuna mərkəzdən başlamağa məcbur edib. Xaris Seferoviç rəqib komandanın qapısına yol tapıb. İyirmi dəqiqə sonra Cerdan Şakiri hesabı 2:0-a çatdırıb. Oyunun 62-ci dəqiqəsində Türkiyə millisi İrfan Can Kahvecinin sayəsində oyunda və birincilikdə yeganə qolunu vurmağa mevəffəq olub. Bundan dörd dəqiqə sonra isə Şakiri ikinci qolunu vuraraq hesabı 3:1-ə çatdırıb.

Sputnik Azərbaycan-ın fotomüxbiri bu matçın unudulmaz anlarını fotokamerasının yaddaşına köçürüb. Həmin fotoların bir hissəsi bizim fotolentdə.

13
  • © Sputnik / Murad Orujov

    İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.

Türkiyə millisi AVRO-2020 ilə sağollaşır: türk futbolçuları Bakıda qol vura bildilər

13
(Yenilənib 23:54 20.06.2021)
,
İtaliya millisi "A" qrupunda bütün qarşılaşmaları udaraq birinci yerdə qərarlaşıb, ikinci yerdə Uels komandası, üçüncü yerdə İsveçrə millisi gəlir və yəqin ki, üçüncü yer tutmuş ən yaxşı komandalardan biri kimi pley-of mərhələsinə çıxacaq.

BAKI, 20 iyun — Sputnik. Futbol üzrə Türkiyə millisi AVRO-2020-də üçüncü oyunda da məğlub olaraq mübarizəni dayandırdı. Qrup mərhələsinin üçüncü turunda Şenol Günəçin yetirmələri Bakı Olimpiya stadionunda İsveçrə millisinə məğlub olublar.

Birinci hissədə isveçrəlilər artıq 6-cı dəqiqədə Türkiyə millisini oyuna mərkəzdən başlamağa məcbur edib. Xaris Seferoviç rəqib komandanın qapısına yol tapıb. İyirmi dəqiqə sonra Cerdan Şakiri hesabı 2:0-a çatdırıb. Oyunun 62-ci dəqiqəsində Türkiyə millisi İrfan Can Kahvecinin sayəsində oyunda və birincilikdə yeganə qolunu vurmağa mevəffəq olub. Bundan dörd dəqiqə sonra isə Şakiri ikinci qolunu vuraraq hesabı 3:1-ə çatdırıb.

Qarşıdurmanın tarixi

Türkiyə və isveçrə milliləri indiyə qədər 15 dəfə üz-üzə gəliblər. Oyunlardan 9-u rəsmi, 6-s isə yoldaşlıq görüşü olub. Səkkiz dəfə türklər, dörd dəfə isveçrəlilər oyundan qalib ayrılıblar. Daha üç oyun isə heç-heçə bitib. Bu oyunlarda Türkiyə millisi 21, isveçrə millisi isə 20 dəfə rəqib komandanın qapısına yol tapıb. 2008 ci il Avropa çempionatında sonuncu dəfə keçirilən oyunda Türkiyə millisi 2:1 hesabı ilə qalib gəlib.

Qələbə hamıya lazımdır

Qrup mərhələsinin son turu ərəfəsində Türkiyə millisinin vəziyyəti ürəkaçan deyildi. Şenol Günəşin yetirmələri iki oyunu ard-arda uduzaraq bir xal da qazana bilməyiblər. Odur ki, baş məşqçi daha ehtiyatlı oyun sxeminə üstünlük verərək oyuna 4 müdafiəçi və bir hücumçu çıxarıb və daha çox orta xətti gücləndirib.

İsveçrəlilər isə istənilən hesabla qələbə qazanmalı idilər. Çünki bu halda komandanın pley-off mərhələsinə çıxmaq şansı qalırdı. Odur ki, Vladimir Petkoviş İsveçrə millisinin oyununu daha çox hücum üzərində quraraq oyuna üç nominal hücumçu ilə başlayıb.

Türklər sonda AVRO-2020-də qol vurmağa nail odular

Nəhayət ki, oyunun 62-ci dəqiqəsində İrfan Can Kahveci AVRO-2020-də komandasının turnirdə yeganə qolunu vurmağa müvəffəq olub. Cərmə meydançasının qarşısından topu uzaq doqquzluğa göndərməklə Kahveçi Bakı Olimpiya stadioonundakı azarkeşləri ayağa qaldırıb.

"A" qrupunda Romada keçirlən paralel oyunda İtaliya millisi Uels komandasına 1:0 hesabı ilə qalib gəlib.

Beləliklə, İtaliya millisi qrup mərhələsində 9 xal toplayaraq 1-ci yerdə qərarlaşıb. Uels yığması 4 xalla qrupun ikincisidir və üçüncü yerdə qərarlaşan İsveçrə yığması ilə vurulan və buraxılan topların fərqində üstünlüyünə görə pley-off mərhələsinə çıxır (Uels 3-2, İsveçrə 4-5). Lakin Vladimir Petkoviçin yetirmələri də üçüncü yeri tutmuş komandalar arasında ilk dördlüyə düşərək pley-off mərhələsinə çıxa bilər.

Xatırladaq ki, Bakı Olimpiya stadionunda AVRO-2020-nin növbəti və sonuncu oyunu iyulun 3-də keçiriləcək ¼ final oyunu olacaq.

13