* AZƏRBAYCAN *
Mi-17 helikopteri

Azərbaycanın Türkiyədə məcburi eniş edən helikopterinin nasazlığı aradan qaldırılıb

8
Sözügedən helikopter mayın 20-də Türkiyə ərazisində keçiriləcək “Anatolian Phoenix-2021” beynəlxalq təlimində iştirak etmək üçün Konya şəhərinə uçuş edərkən nasazlıq səbəbindən məcburi eniş etmişdi.

BAKI, 25 may — Sputnik. Türkiyənin Giresun şəhərində məcburi eniş edən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “Mİ-17” hərbi helikopteriinn nasazlığı aradan qaldırılıb.

APA-nın xəbərinə görə, təmir olunan helikopter Amasyanın Merzifon rayonuna uçuş edib.

Qeyd edək ki, sözügedən helikopter mayın 20-də Türkiyə ərazisində keçiriləcək “Anatolian Phoenix-2021” beynəlxalq təlimində iştirak etmək üçün Konya şəhərinə uçuş edərkən nasazlıq səbəbindən məcburi eniş etmişdi.

8
Охотничье ружье, фото из архива

Lənkəranda qətl hadisəsi: İki nəfər öldürüldü

132
Lənkəranda axşam saatlarında qohumlar hələlik bilinməyən səbəblərdən bir-birilərini qanlarına qəltan ediblər.

BAKI, 23 iyun - Sputnik. Lənkəranda qohumlar arasında qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbriinin məlumatına əsasən, hadisə Havzava kəndində olub. 

Yerli sakin Seymur Sərraf oğlu Şirinov ov tüfəngi ilə öncə əmisi oğlu Elmar Sərdar oğlu Fərəcovu, sonra isə bibisi nəvəsi Alim Müqabil oğlu Mirzəyevi qətlə yetirib.

Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Hadisənin səbəbləri məlum deyil. Hazırda qətl hadisəsi araşdırılır.

 

132

Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başa çatıb - FOTO

4
(Yenilənib 23:30 23.06.2021)
Hərbi Dəniz Qüvvələrinin gəmiləri may ayının sonlarında Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən dəniz poliqonunda döyüş atışları icra etmişdi.

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlimlər başa çatıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər zamanı döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilib. Qarşıya qoyulan məqsədə nail olunub və tapşırıqlar müvəffəqiyyətlə icra edilib.

  • Тактические учения Военно-морских сил (ВМС) Азербайджана
    © AR Ministry of Defence
  • Тактические учения Военно-морских сил (ВМС) Азербайджана
    © AR Ministry of Defence
  • Тактические учения Военно-морских сил (ВМС) Азербайджана
    © AR Ministry of Defence
  • Тактические учения Военно-морских сил (ВМС) Азербайджана
    © AR Ministry of Defence
1 / 4
© AR Ministry of Defence
Тактические учения Военно-морских сил (ВМС) Азербайджана

Yekunların təhlili zamanı HDQ-nin şəxsi heyətinin təlimlərdə iştirakı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.

Hərbi Dəniz Qüvvələrinin bundan əvvəl keçirilmiş taktiki təlimləri 2020-ci ilin aprelində baş tutmuşdu.

4