DTX-nin əməkdaşları, arxiv şəkli

DTX İŞİD-ə qoşulan azərbaycanlını saxladı - VİDEO

2012
(Yenilənib 16:51 24.05.2021)
Azərbaycan vətəndaşının ölkə hüdudlarını tərk edərək "İŞİD" terror təşkilatının Suriyadakı silahlı qruplaşmasına daxil olması, həmin qanunsuz birləşmənin tərkibində fəaliyyət göstərməsinə dair əldə edilmiş məlumatlar əsasında əməliyyat-istintaq tədbirləri keçirilib.

BAKI, 24 may — Sputnik. Ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayıb.

DTX xarici ölkələrin ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən Azərbaycan Respublikasının vətəndaşlarının müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində mübarizə tədbirlərini davam etdirir.

Aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı 1986-cı il təvəllüdlü Camalov Orxan Tofiq oğlunun 2014-cü ildə ölkə hüdudlarını tərk edərək "İŞİD" terror təşkilatının Suriyadakı silahlı qruplaşmasına daxil olması, həmin qanunsuz birləşmənin tərkibində fəaliyyət göstərməsinə dair əldə edilmiş məlumatlar əsasında əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Əvvəllər Orxan Camalov Zaqatala rayon sakini İlqar Mollaçiyevin rəhbəri olduğu "Meşə qardaşları" adlı qanunsuz silahlı birləşmənin üzvlərinin ölkə ərazisində terror-təxribat aktları törətmək niyyətlərinin qarşısının alınması məqsədilə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvana baxış keçirilərkən əl qumbaraları və müxtəlif çaplı patronlar aşkarlandığına görə müvafiq cinayət işi üzrə məhkum olunub.

Orxan Camalov azadlığa çıxdıqdan sonra "Hanzala" ləqəbli Şamil adlı şəxsin dəvəti və köməyi ilə 2014-cü ilin avqust ayında Türkiyə Respublikasına, oradan isə qanunsuz yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçərək həmin dövlətin Rakka şəhərinə gedib. Orxan Camalovun orada "İŞİD" terror təşkilatına tabe olan "Azəri camaatı" adlı qanunsuz silahlı birləşməyə qoşulmasına, həmin cinayətkar qrupun tərkibində təlimlərdə və silahlı münaqişələrdə iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Orxan Camalov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2-ci (cinayətkar birlikdə iştirak etmə) və 283-1.3-cü (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə məqsədilə yaradılmış qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

O, dindirilmə zamanı din adı altında aldadılaraq həmin bölgəyə getdiyini, orada baş verən hadisələrin dinin əsl mahiyyətinə zidd olduğunu və törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşmançılıq hissi keçirdiyini bildirib.

Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

2012

İsveçrə -Türkiyə matçından göz oxşayan görüntülər

13
(Yenilənib 23:54 20.06.2021)
İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.

Futbol üzrə Türkiyə millisi AVRO-2020-də üçüncü oyunda da məğlub olaraq mübarizəni dayandırdı. Qrup mərhələsinin üçüncü turunda Şenol Günəçin yetirmələri Bakı Olimpiya stadionunda İsveçrə millisinə məğlub olublar.

Birinci hissədə isveçrəlilər artıq 6-cı dəqiqədə Türkiyə millisini oyuna mərkəzdən başlamağa məcbur edib. Xaris Seferoviç rəqib komandanın qapısına yol tapıb. İyirmi dəqiqə sonra Cerdan Şakiri hesabı 2:0-a çatdırıb. Oyunun 62-ci dəqiqəsində Türkiyə millisi İrfan Can Kahvecinin sayəsində oyunda və birincilikdə yeganə qolunu vurmağa mevəffəq olub. Bundan dörd dəqiqə sonra isə Şakiri ikinci qolunu vuraraq hesabı 3:1-ə çatdırıb.

Sputnik Azərbaycan-ın fotomüxbiri bu matçın unudulmaz anlarını fotokamerasının yaddaşına köçürüb. Həmin fotoların bir hissəsi bizim fotolentdə.

13
  • © Sputnik / Murad Orujov

    İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.

Türkiyə millisi AVRO-2020 ilə sağollaşır: türk futbolçuları Bakıda qol vura bildilər

13
(Yenilənib 23:54 20.06.2021)
,
İtaliya millisi "A" qrupunda bütün qarşılaşmaları udaraq birinci yerdə qərarlaşıb, ikinci yerdə Uels komandası, üçüncü yerdə İsveçrə millisi gəlir və yəqin ki, üçüncü yer tutmuş ən yaxşı komandalardan biri kimi pley-of mərhələsinə çıxacaq.

BAKI, 20 iyun — Sputnik. Futbol üzrə Türkiyə millisi AVRO-2020-də üçüncü oyunda da məğlub olaraq mübarizəni dayandırdı. Qrup mərhələsinin üçüncü turunda Şenol Günəçin yetirmələri Bakı Olimpiya stadionunda İsveçrə millisinə məğlub olublar.

Birinci hissədə isveçrəlilər artıq 6-cı dəqiqədə Türkiyə millisini oyuna mərkəzdən başlamağa məcbur edib. Xaris Seferoviç rəqib komandanın qapısına yol tapıb. İyirmi dəqiqə sonra Cerdan Şakiri hesabı 2:0-a çatdırıb. Oyunun 62-ci dəqiqəsində Türkiyə millisi İrfan Can Kahvecinin sayəsində oyunda və birincilikdə yeganə qolunu vurmağa mevəffəq olub. Bundan dörd dəqiqə sonra isə Şakiri ikinci qolunu vuraraq hesabı 3:1-ə çatdırıb.

Qarşıdurmanın tarixi

Türkiyə və isveçrə milliləri indiyə qədər 15 dəfə üz-üzə gəliblər. Oyunlardan 9-u rəsmi, 6-s isə yoldaşlıq görüşü olub. Səkkiz dəfə türklər, dörd dəfə isveçrəlilər oyundan qalib ayrılıblar. Daha üç oyun isə heç-heçə bitib. Bu oyunlarda Türkiyə millisi 21, isveçrə millisi isə 20 dəfə rəqib komandanın qapısına yol tapıb. 2008 ci il Avropa çempionatında sonuncu dəfə keçirilən oyunda Türkiyə millisi 2:1 hesabı ilə qalib gəlib.

Qələbə hamıya lazımdır

Qrup mərhələsinin son turu ərəfəsində Türkiyə millisinin vəziyyəti ürəkaçan deyildi. Şenol Günəşin yetirmələri iki oyunu ard-arda uduzaraq bir xal da qazana bilməyiblər. Odur ki, baş məşqçi daha ehtiyatlı oyun sxeminə üstünlük verərək oyuna 4 müdafiəçi və bir hücumçu çıxarıb və daha çox orta xətti gücləndirib.

İsveçrəlilər isə istənilən hesabla qələbə qazanmalı idilər. Çünki bu halda komandanın pley-off mərhələsinə çıxmaq şansı qalırdı. Odur ki, Vladimir Petkoviş İsveçrə millisinin oyununu daha çox hücum üzərində quraraq oyuna üç nominal hücumçu ilə başlayıb.

Türklər sonda AVRO-2020-də qol vurmağa nail odular

Nəhayət ki, oyunun 62-ci dəqiqəsində İrfan Can Kahveci AVRO-2020-də komandasının turnirdə yeganə qolunu vurmağa müvəffəq olub. Cərmə meydançasının qarşısından topu uzaq doqquzluğa göndərməklə Kahveçi Bakı Olimpiya stadioonundakı azarkeşləri ayağa qaldırıb.

"A" qrupunda Romada keçirlən paralel oyunda İtaliya millisi Uels komandasına 1:0 hesabı ilə qalib gəlib.

Beləliklə, İtaliya millisi qrup mərhələsində 9 xal toplayaraq 1-ci yerdə qərarlaşıb. Uels yığması 4 xalla qrupun ikincisidir və üçüncü yerdə qərarlaşan İsveçrə yığması ilə vurulan və buraxılan topların fərqində üstünlüyünə görə pley-off mərhələsinə çıxır (Uels 3-2, İsveçrə 4-5). Lakin Vladimir Petkoviçin yetirmələri də üçüncü yeri tutmuş komandalar arasında ilk dördlüyə düşərək pley-off mərhələsinə çıxa bilər.

Xatırladaq ki, Bakı Olimpiya stadionunda AVRO-2020-nin növbəti və sonuncu oyunu iyulun 3-də keçiriləcək ¼ final oyunu olacaq.

13