Putin Soçidə hərbi müşavirə keçirəcək

Abunə olmaq
"Prezident bütün həftə cənubda, Soçidə olacaq. Sabaha Müdafiə Nazirliyi və hərbi sənaye kompleksinin rəhbərliyi ilə hərbi inşaat, silahlı qüvvələrin inkişafı və silahlanmaya dair bir sıra müşavirələrin keçirilməsi planlaşdırılıb".

BAKI, 24 may — Sputnik. Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Soçidə bir sıra hərbi müşavirələr keçirəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov açıqlayıb.

"Prezident bütün həftə cənubda, Soçidə olacaq. Sabaha Müdafiə Nazirliyi və hərbi sənaye kompleksinin rəhbərliyi ilə hərbi inşaat, silahlı qüvvələrin inkişafı və silahlanmaya dair bir sıra müşavirələrin keçirilməsi planlaşdırılıb", – deyə o, jurnalistlərə bildirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin və hərbi sənaye kompleksinin aparıcı müəssisələrinin bu cür məsləhətləşmələri, bir qayda olaraq, müntəzəm şəkildə ildə iki dəfə, yazda və payızda keçirilir.

Keçən il bu tip hərbi müşavirələr yalnız payızda – noyabr ayında Soçidə baş tutub.

Xəbər lenti
0