Milli Məclisin iclası, arxiv şəkli

Sabah Milli Məclis Şuşa haqqında qanunun müzakirəsinə başlayacaq

18
(Yenilənib 16:13 24.05.2021)
İclasda "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılacaq.

BAKI, 24 may — Sputnik. Sabah Milli Məclisin plenar iclası keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 18 məsələ daxil edilib.

Həmin məsələlər bunlardır:

1. "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

2. "Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi.

3. "Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə"nin və "Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi"nin təsdiq olunması barədə" Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "İpoteka haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

9. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

11. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

12. "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

14. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə, 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi"ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də, "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Gənclər siyasəti haqqında" və "Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

15. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Antiinhisar fəaliyyəti haqqında", "Enerji resurslarından istifadə haqqında", "Yerin təki haqqında", "Qaz təchizatı haqqında", "Energetika haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

17. "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

18. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Həmçinin oxuyun:

* Şuşa şəhəri yeni status qazanacaq

18
Нападающий сборной Швеции Александер Исак

AVRO-2020: İspaniya İsveç arasında çempionatın ilk qolsuz heç-heçəsi qeydə alındı

6
(Yenilənib 01:10 15.06.2021)
Futbol üzrə Avropa çempionatında E qrupunda ilk turdan sonra birinci yerə gözlənilmədən Slovakiya millisi çıxıb.

BAKI, 15 iyun - Sputnik. AVRO-2020-də E qrupunda ilk görüşünə çıxan İspaniya yığması öz meydanında İsveçlə qarşılaşıb.

Sevilyadakı Olimpiya Stadionunda təşkil olunmuş görüş heç-heçə ilə yekunlaşıb - 0:0. Bu, AVRO-2020-də yeganə qolsuz matç olub.

Oyuna 10 559 azarkeş canlı baxıb.

Noyabrın 25-də 19 yaşı tamam olacaq İspaniya yığmasının yarımmüdafiəçisi Pedri milli komandasının heyətində Avropa çempionatında oynamış ən gənc futbolçu olub.

E qrupunda turun digər görüşündə Slovakiya Polşanı 2:1 hesabı ilə məğlub edib.

İspaniya yığması Avropa çempionatının növbəti oyununda iyunun 19-da Sevilyada Polşa yığması ilə qarşılaşacaq. İsveç millisi iyunun 18-də Sankt-Peterburqda slovaklarla oynayacaq.

6
Kinoteatrda tamaşaçı, arxiv şəkli

Avropa filmləri festivalı fərqli formatda başlayıb

124
(Yenilənib 23:27 14.06.2021)
Festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

BAKI, 14 iyun — Sputnik. Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin Aİ üzv ölkələri səfirliklərilə birgə təşkil etdiyi Avropa filmlərinin ilk onlayn festivalı iyunun 14-dən 29-dək keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir çərçivəsində Aİ üzvü 13 ölkənin istehsalı olan 10 film nümayiş etdiriləcək. Bunlar Almaniya, Belçika, Çex Respublikası, Finlandiya, Fransa, İspaniya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Polşa, Rumıniya, Yunanıstandır. Filmlərin çoxu bir neçə ölkənin birgə istehsalıdır.

Festivalın açılış mərasimi onlayn formatda keçirilərək Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskasın nitqilə başlayıb. 2010-cu ildən bu yana hər il keçirdikləri festival çərçivəsində Azərbaycanda artıq 148 film nümayiş etdirildiyini deyən diplomat daha sonra bildirib:

"Bu il festivalımızın ilk dəfə onlayn formatda keçirilməsi Avropa filmlərini həm Bakıda, həm də bütün ölkə boyu azərbaycanlı tamaşaçılara daha da yaxınlaşdıracaq. Film hekayə nəql etmək, hissləri çatdırmaq, fikirlər doğurmaq iqtidarındadır. Biz də bu festival vasitəsilə Avropa mədəniyyətini daha yaxşı tanıtdırmaq, Azərbaycan və Avropa İttifaqı xalqları arasında mədəni anlaşmaya təkan vermək ümidindəyik".

Qeyd edək ki, festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

124