Tahir Salahov, arxiv şəkli

Tahir Salahovla vida mərasimi keçirilir

9
(Yenilənib 12:50 24.05.2021)
Rusiya İncəsənət Akademiyasında çalışdığı 40 ildən çox müddətin böyük hissəsini Rəngkarlıq Bölməsinə rəhbərlik etmiş Tahir Salahov mayın 21-də 92 yaşında Almaniyada müalicə aldığı xəstəxanada vəfat edib.

BAKI, 24 may — Sputnik. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovla vida mərasimi keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, mərasim Xalq rəssamının İçərişəhərdəki evində təşkil olunur.

Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimai-siyasi xadimlər iştirak edirlər.

Daha sonra T.Salahovun cənazəsi dəfn olunmaq üçün I Fəxri xiyabana aparılacaq.

Xatırladaq ki, Rusiya İncəsənət Akademiyasında çalışdığı 40 ildən çox müddətin böyük hissəsini Rəngkarlıq Bölməsinə rəhbərlik etmiş Tahir Salahov mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında vəfat edib.

* Həmçinin oxuyun:

* Rusiya İncəsənət Akademiyasının prezidenti Tahir Salahovun ailəsinə başsağlığı verib

Leyla Əliyeva Tahir Salahovun vəfatı ilə bağlı paylaşım edib – FOTO

"Son dərəcə bacarıqlı və səxavətli insan idi" - Mehriban Əliyeva

Qüdrətli fırça ustasından bizə qalanlar - FOTOLENT

Tahir Salahov vəfat edib

9
Kinoteatrda tamaşaçı, arxiv şəkli

Avropa filmləri festivalı fərqli formatda başlayıb

6
(Yenilənib 23:27 14.06.2021)
Festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

BAKI, 14 iyun — Sputnik. Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin Aİ üzv ölkələri səfirliklərilə birgə təşkil etdiyi Avropa filmlərinin ilk onlayn festivalı iyunun 14-dən 29-dək keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir çərçivəsində Aİ üzvü 13 ölkənin istehsalı olan 10 film nümayiş etdiriləcək. Bunlar Almaniya, Belçika, Çex Respublikası, Finlandiya, Fransa, İspaniya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Polşa, Rumıniya, Yunanıstandır. Filmlərin çoxu bir neçə ölkənin birgə istehsalıdır.

Festivalın açılış mərasimi onlayn formatda keçirilərək Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskasın nitqilə başlayıb. 2010-cu ildən bu yana hər il keçirdikləri festival çərçivəsində Azərbaycanda artıq 148 film nümayiş etdirildiyini deyən diplomat daha sonra bildirib:

"Bu il festivalımızın ilk dəfə onlayn formatda keçirilməsi Avropa filmlərini həm Bakıda, həm də bütün ölkə boyu azərbaycanlı tamaşaçılara daha da yaxınlaşdıracaq. Film hekayə nəql etmək, hissləri çatdırmaq, fikirlər doğurmaq iqtidarındadır. Biz də bu festival vasitəsilə Avropa mədəniyyətini daha yaxşı tanıtdırmaq, Azərbaycan və Avropa İttifaqı xalqları arasında mədəni anlaşmaya təkan vermək ümidindəyik".

Qeyd edək ki, festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

6
Namiq Qaraçuxurlu, arxiv şəkli

Tanınmış meyxanaçı da bəladan qurtula bilmədi

129
Bir neçə gün əvvəl Rusiyadan ölkəyə qayıtmaq istəyən meyxanaçı Bakıya qayıdarkən virusa yoluxduğundan xəbərdar olub. Bu səbəblə də o Moskvanı tərk edə bilməyib və orada karantinə alınıb.

BAKI, 14 iyun — Sputnik. Meyxanaçı Namiq Qaraçuxurlu koronavirusa yoluxub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, özünün "Instagram" hesabında məlumat yayıb:

"Əzizlərim narahat olmasın deyə koronavirusa yoluxmağımı gizli saxlamaq istədim. Təəssüf ki, kiminsə ağzının boş olması buna imkan vermədi. Bu həyəcanı sevənlərimə verdiyim üçün üzr istəyirəm. Bildirmək istəyirəm ki, xəstəliyi çox yüngül keçirirəm, saytların bildirdiyi kimi xəstəxanada deyiləm və tezliklə sağalıb, Vətənə geri dönəcəyəm"

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyadan ölkəyə qayıtmaq istəyən meyxanaçı Bakıya qayıdarkən virusa yoluxduğundan xəbərdar olub. Bu səbəblə də o Moskvanı tərk edə bilməyib və orada karantinə alınıb.

Qeyd edək ki, Namiq Qaraçuxurlu Azərbaycanda meyxana sənətinə bir çox yeniliklər gətirib. Uzun illər meyxana sənəti ilə məşğul olan sənətçi "Rəvayət" adlı meyxansı ilə tamaşaçıların qəlbinə yol tapıb. Həmin meyxanadan sonra gündəmdən düşməyən meyxanaçı səhnəmizin bir çox müğənniləri ilə duet ortağı olub.

129