İsrailin Azərbayacanda səfiri Corc Dik

İsrail səfiri Azərbaycan xalqına təşəkkür etdi: Biz həqiqətən təsirləndik

2203
"Dünən keçirilən "Avroviziya 2021"-də Azərbaycan xalqı İsrail ilə dostluq münasibətlərini nümayiş etdirdi və ona 12 xal verdi. Bu, istənilən digər ölkənin bizə verdiyindən daha çox idi" - Corc Dik.

BAKI, 24 may — Sputnik. İsrailin Azərbaycandakı səfiri Corc Dik "Avroviziya 2021" mahnı müsabiqəsində ölkəmizin İsrail təmsilçilərinə verdiyi 12 xala görə təşəkkürünü bildirib. Sputnik Azərbaycan xəbər verir ki, səfir bu barədə "Twitter" hesabında qeyd edib:

"Təşəkkürlər, Azərbaycan! Dünən keçirilən "Avroviziya 2021"-də Azərbaycan xalqı İsrail ilə dostluq münasibətlərini nümayiş etdirdi və ona 12 xal verdi. Bu, istənilən digər ölkənin bizə verdiyindən daha çox idi. Biz həqiqətən təsirləndik.

Çox sağ olun!"

Xatırladaq ki, Azərbvaycan əhalisi "Avroviziya"ya keçirilən SMS səsverməsi zamanı ən yüksək xalı İsrail təmsilçisinə verib. Münsiflərin seçimi isə fərqli olub. Nəticədə Azərbaycandan ən yüksək xal (12) Rusiya təmsilçisinə gedib. 

2203
Rusiyada miqrantlar, arxiv şəkli

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

3
Putinin yeni qərarı azadlıqdan məhrum edilmə yerindən buraxılan və ya Rusiyanın milli təhlükəsizliyinə təhdid edən şəxslərə şamil edilmir.

BAKI, 15 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərlə bağlı yeni qərar imzalayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, yuxarıda adı çəkilən şəxslər Rusiyada 30 sentyabra qədər qala biləcəklər.

Belə ki, xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər 30 sentyabr tarixinə qədər Rusiyadan məcburi olaraq çıxarılmayacaqlar.

Qeyd olunur ki, bu qərar azadlıqdan məhrum edilmə yerindən buraxılan və ya Rusiyanın milli təhlükəsizliyinə təhdid edən şəxslərə şamil edilmir.

Putinin imzaladığı qərar iyunun 16-dan qüvvəyə minir.

Yeni qaydalar

Rusiyada işləmək üçün icazə və ya patent almaq istəyən əcnəbilər bundan sonra rus dilində polisə, poliklinikaya müraciət etmək və işə qəbulla bağlı müsahibədən keçmək üçün bu dili kifayət qədər bildiklərini təsdiqləməlidirlər. Bu tələblər, 7 iyun tarixindən qüvvəyə minən və Rusiya Prezidenti tərəfindən imzalanan bu ölkədə yaşayan əcnəbilərin hüquqi statusunu tənzimləyən qanuna edilmiş əlavə və dəyişikliklərdə yer alır.

Hökumətin qərarına əsasən, iş icazəsi və ya patent almaq üçün müraciət edən şəxs xarici dil kimi rus dilindən imtahan verdiyi vaxt sosial-məişət sahəsində ünsiyyət ehtiyacını (işə qəbul, polisə, poliklinikaya müraciət və s.) təmin etməyi bacardığını təsdiqləməlidir.

Bundan başqa, miqrantlar müsahibinin səsləndirdiyi və ya audio məlumat kimi ötürülən informasiyanı şifahi şəkildə qəbul etməyi də bacarmalıdır.

Eləcə də, rus dili imtahanından müvəffəqiyyətlə keçmək üçün bəzi anketləri, formaları doldurmağı bacarmaq tələb olunur.

Rus dili sertifikatının etibarlılıq müddəti, həmçinin Rusiya tarixini və Rusiya Federasiyası qanunvericiliyinin əsaslarını bilmə tarixi sertifikatın verildiyi gündən müəyyənləşdirlir. Rusiya Federasiyasındakı "Xarici Vətəndaşların Hüquqi Statusu haqqında" Federal Qanunun 133-cü maddəsinə əsasən, sertifikatın etibarlılıq müddəti üç ildir.

Rusiyada yaşamaq üçün icazə alanlara sertifikat müddətsiz veriləcək. Yaşayış icazəsi ləğv olunarsa, sertifikatın etibarlılığı da avtomatik olaraq qüvvədən düşəcək.

Bununla belə, Rusiyada yaşamaq üçün icazə almaq istəyənlərin imtahan sualları daha çətin olacaq.

Eləcə də oxuyun:

Azərbaycanlı miqrantlar onlayn icazə ala bilərlər

 

3
Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Şuşada görüşdülər

1595
(Yenilənib 15:57 15.06.2021)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri iki gün çəkəcək. Səfər çərçivəsində iki ölkə arasında mühüm müqavilənin imzalanması gözlənilir.

BAKI, 15 iyun - Sputnik. Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

--------

13:24

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə yola düşüb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşılayıb.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Füzulidə görüş

--------

13:09

Azərbaycana rəsmi səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya gedir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Twitter hesabından məlumat verib.

"NATO sammitinin ardından Azərbaycanın tarix və mədəniyyət paytaxtı Şuşaya gedirik. Qarabağ zəfərini taclandıran bu ziyarət Türkiyə-Azərbaycan bağlarını daha da gücləndirəcək və dərinləşdirəcək. Qafqazın tarixi inanc, əzm və cəsarətlə yenidən yazılır", - İ.Kalın qeyd edib.

Şuşada Azərbaycan və Türkiyə dövlət başçılarının təkbətək görüşü, sonra isə Ərdoğanın sözlərinə görə, iki ölkə arasında ən böyük razılaşmanın imzalanması nəzərdə tutulur. Sonra isə KİV-in məlumatına görə, prezidentlər birgə mətbuat konfransı keçirəcəklər. 

Bundan sonra Ərdoğan Şuşada gəzintiyə çıxacaq. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Milli Məclisdə çıxış edəcəyi də gözlənilir. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.

--------

08:02

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

© Photo : AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfəri zamanı

Sputnik Azərbaycan xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

© Photo : AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfəri zamanı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

1595