Erməni hərbçiləri, arxiv şəkli

Ermənilərin Başlıbeldə törətdikləri qətliam barədə məktub BMT-nin sənədi kimi yayılıb

16
(Yenilənib 14:14 21.05.2021)
Aparılan araşdırmalar zamanı digər rayonlar ilə yanaşı, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Kəlbəcər rayonunun Başlıbel kəndinin mülki əhalisinə qarşı xüsusi amansızlıq və qəddarlığın nümayiş etdirildiyi müəyyən olunub.

BAKI, 21 may — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibi Antonio Quterreşə ünvanlandığı, 1993-cü ilin aprel ayında Ermənistanın təcavüzkar siyasəti nəticəsində Kəlbəcərin Başlıbel kəndində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini məqsədyönlü şəkildə qətlə yetirməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən hazırda aparılan cinayət işinin ilkin nəticələrinə dair məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məktubda C.Bayramov, Azərbaycanın azad edilmiş ərazilərində ölkəmizə qarşı Ermənistan tərəfindən 30 ilə yaxın həyata keçirilən təcavüz siyasəti nəticəsində bu ölkənin silahlı qüvvələrinin törətdiyi müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə dair hazırda, münaqişə sonrası dövrdə Azərbaycan Respublikasının aidiyyəti qurumlarının əlavə məlumatlar əldə etdiyi barədə məlumat verir.

Bu xüsusda Baş katibin diqqətinə çatdırılır ki, aparılan araşdırmalar zamanı digər rayonlar ilə yanaşı, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Kəlbəcər rayonunun Başlıbel kəndinin mülki əhalisinə qarşı xüsusi amansızlıq və qəddarlığın nümayiş etdirildiyi müəyyən olunub. Kənd sakinlərinin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirildiyi, girov götürülən şəxslərə isə işgəncələr verildiyi, həmçinin həmin kəndin tamamilə dağıdıldığı və yer üzündən silindiyi bildirilir.

Belə ki, 3 aprel 1993-cü il tarixində Ermənistan Silahlı qüvvələrinin Başlıbel kəndinə silahlı hücum edərək, kütləvi surətdə kənd sakinlərinə məxsus evləri qarət etdiyi və tamamilə yandırdığı, kəndi tərk edə bilməyən 62 nəfərin təxminən 3 km aralıda, kəndin ən hündür hissəsində yerləşən "Portda" adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığındığı qeyd edilib. Törətdiyi vəhşiliklə kifayətlənməyən Ermənistan silahlı qüvvələrinin 18 aprel 1993-cü il tarixdə silahsız mülki şəxslərin öz doğma kəndlərində qayalara sığındığı yerləri aşkar edərək, köməksiz vəziyyətdə qalmış mülki şəxsləri qətlə yetirdiyi və aralarında 1 uşaq və 1 yeniyetmə olmaqla 12 nəfəri qəsdən öldürdüyü barədə məlumat verilir.

Başlıbel faciəsinin, Ermənistanın Azərbaycana qarşı təcavüzü çərçivəsində Ermənistan tərəfindən törədilən çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdən yalnız biri olduğu qeyd edilir və ədalətin təmin olunması və müharibə sonrası barışıq üçün bütün bu cinayətlərin hərtərəfli araşdırılmasının vacib olduğu vurğulanır.

Məktubda, nazir həmçinin Ermənistanın hələ 1991-1994-cü illər müharibəsi zamanı itkin düşən 4000-dən çox azərbaycanlı barədə bu günədək hər hansı məlumat verməkdən imtina etdiyini qeyd edir və bunun qəbuledilməz olduğunu vurğulayır.

Nazir Ceyhun Bayramov Azərbaycan və Azərbaycanlılara qarşı törədilmiş çoxsaylı müharibə cinayətləri ilə bağlı həqiqətlərin üzə çıxarılmasının, o cümlədən itkin düşmüş minlərlə azərbaycanlının taleyinin müəyyən edilməsi, minaların doğurduğu həyati təhlükənin aradan qaldırılması üçün Baş katibə bir daha müraciət edir və bu məsələlərin həllinin üçtərəfli bəyanatda da nəzərdə tutulduğu kimi bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır.

16
 S7 Airlines aviaşirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Mahaçqaladan Bakıya birbaşa aviareys olacaq

49
S7 Airlines aviaşirkəti Dağıstan Respublikasından Azərbaycana ilk uçuşunu iyulun 4-də həyata keçirəcək.

 

BAKI, 19 iyun — Sputnik. İyulun 4-dən etibarən Mahaçqala ilə Bakını birbaşa aviareys bağlayacaq. Mahaçqala hava limanının mətbuat xidmətindən bildirildiyinə görə, biletlər artıq satışdadır.

Mahaçqaladan Bakıya ilk uçuş iyulun 4-ü Bakı vaxtı ilə 02:05-ə S7 Airlines aviaşirkətinin təyyarəsi ilə həyata keçirilməlidir.

Boeing 737-800 176 sərnişin tutur. Azərbaycan paytaxtına reyslər hər həftə şənbədən bazara keçən gecə həyata keçiriləcək.

Azərbaycana gələn bütün 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

Yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

S7 aviaşirkəti iyunun 15-dən Samaradan Bakıya aviareyslər həyata keçirir.

Həmçinin aviaşirkət iyunun 23-dən Krasnoyarsk-Bakı-Krasnoyarsk marşrutu üzrə uçuşlar həyata keçirəcəklər.

Azərbaycanda fvqustun 1-dək xüsusi karantin rejimi qüvvədədir. Quru yolla beynəlxalq sərnişin daşımaları praktiki olaraq kəsilib, avianəqliyyat isə yalnız xüsusi uçuşlar həyata keçirir.

49
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Yetkinlik yaşına çatmayan şəxsə qarşı quldurluq edənlər saxlanılıb

11
(Yenilənib 22:58 19.06.2021)
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

BAKI, 19 iyun - Sputnik. Paytaxtın Xətai rayonu ərazisində yetkinlik yaşına çatmayan bir nəfərə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zərərçəkən şəxs Xətai Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, M.Hadi küçəsində yerləşən restoranlardan birinin qarşısında iki nəfər tanımadığı şəxs ona yaxınlaşıb.

Daha sonra həmin şəxslər onu əllərində olan bıçaqla həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib mobil telefonunu tələb ediblər. Zərərçəkən telefonu onlara verəndən sonra həmin şəxslər hadisə yerindən qaçıblar.

Məlumat daxil olan kimi Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin və 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, həmin ünvanda zəruri əməliyyat-istintaq hərəkətləri icra edilib. Həyata keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vasif Əliyev və İlham Həsənov saxlanılaraq istintaqa təqdim ediliblər. Hər iki şəxs ifadələrində törətdikləri cinayəti etiraf ediblər.

Qeyd edək ki, zərərçəkənə məxsus mobil telefon saxlanılan şəxslərin üzərindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

11