Bir sıra məhkəmələrə hakimlər təyin olunub

© AFP 2023 / STEPHANE DE SAKUTINЗал суда, фото из архива
Зал суда, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.05.2021
Abunə olmaq
İclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Bakı, Sumqayıt və Şirvan Apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi, Gəncə və Şəki Apellyasiya məhkəmələri hakimlərinin təyin və azad edilməsi haqqında təqdimatlar müzakirə olunub.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. Azərbaycanda bir sıra məhkəmələrə hakimlər təyin olunub.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" sənədə əsasən, aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimləri təyin olunub:

Allahverdiyev Əli Kərim oğlu;

Kuimova Vera Gennadiyevna;

Qurbanov Yusifəli Süleyman oğlu.

"Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında" sənədə əsasən, aşağıdakı şəxslər Gəncə Apellyasiya Məhkəməsi hakimləri təyin edilib:

Salman Bilal oğlu Hüseynov;

Mirbahəddin Mirdamət oğlu Hüseynov.

Eyni zamanda qərar layihəsinə görə, Tapdıq Şükür oğlu Mahmudov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

"Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" sənədə əsasən, aşağıdakı şəxslər Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin olunub:

İlqar Kamal oğlu Dəmirov;

Ağayev Rəşadət Əhməd oğlu;

Paşayev Tofiq Temir oğlu.

"Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında" sənədə əsasən, Nuru Quliyev vəzifəsi dəyişdirilərək Şəki Apelyasiya Məhkəməsinin hakimi təyin edilib.

Həmçinin, qərar layihəsinə görə, Rafail Əyyub oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şəki Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

"Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" sənədə əsasən, aşağıdakı şəxslər Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin olunub:

Vəli Əsgər oğlu Abdullayev;

Allahyarov Zaur Mirzağa oğlu;

Bağırov Məhəmməd Ənvər oğlu;

Mayılov Samir İlham oğlu.

Sənədlər səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0