Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 21 may — Sputnik. Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" sənəddə əksini tapıb.
Sənədə əsasən, aşağıdakı şəxslərin Bakı Apellyasiya Məhkəməsinə hakim təyin olunması üçün namizədliyi irəli sürülüb:
1. Həmidov Həmid Üzeyir oğlu
2. Hüseynov Azər Soltanhəmid oğlu
3. Tağızadə Mirzə Nəsib oğlu
4. Babayev Zəki Baba oğlu
5. Bəktaşi Səadət İnayət qızı
6. Əkbərov Mübariz Dosməmməd oğlu
7. İbrahimli İbrahim Adil oğlu
Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul edilib.