Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı artdı

4
(Yenilənib 14:10 21.05.2021)
Ümumilikdə bu virusdan ölənlərin sayı 4371-ə çatıb. Xəstəlikdən sağalanların sayı 210464-ə çatıb. Hazırda bu ölkədə 5792-yə xəstəxanada müalicə alır.

BAKI, 21 may — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 221699-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 140 nəfər artıb.

Ermənistanda son gündə daha 7 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 4371-ə çatıb. Xəstəlikdən sağalanların sayı 210464-ə çatıb. Hazırda bu ölkədə 5792-yə xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası 2019 ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 165,5 milyonu keçib, 3,43 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

4
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Kinolent, arxiv şəkli

Azərbaycanda yeni kino platforması fəaliyyətə başlayıb

11
(Yenilənib 08:48 18.06.2021)
Platformanın yaradılmasında məqsəd Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir.

BAKI, 18 iyun — Sputnik. "Narimanfilm" kinostudiyasının xaricdə yaşayan soydaşlarımız üçün xüsusi olaraq hazırladığı https://azcinemaonline.com/ internet kinoteatrı yenilənmiş platformada fəaliyyət göstərməyə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, platformanın yaradılmasında məqsəd digər ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrini möhkəmləndirmək, onları mədəniyyət və kino sahəsində baş verən yeniliklərlə tanış etmək, Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir. Eyni zamanda, gənc kinematoqrafçılarımıza öz işlərini dünya izləyicilərinə təqdim etmək imkanı yaratmaq və Azərbaycan kinematoqrafçıları ilə digər ölkələrdən olan həmkarları arasında iş birliyinin qurulması üçün şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Burada Azərbaycan kinosunun inciləri ilə yanaşı, həmçinin ölkəmizin ərazisində xarici kinematoqrafçılar tərəfindən çəkilmiş filmlərlə tanış olmaq, onlara rəy bildirmək və kinotənqidçilərlə birlikdə müzakirələrə qoşulmaq mümkündür.

Platforma vasitəsilə ölkəmizin kino tarixi boyu yaradılmış müxtəlif bədii, sənədli və animasiya filmlərinin izlənməsi sayt istifadəçilərinə bir növ Azərbaycana açılan pəncərə olaraq gözəl Vətənimizi daha yaxşı tanımalarına imkan yaradır.

11

Zaxarova: "Minalı ərazilərin xəritələrinin verilməsi məsələlərinin həlli vacibdir"

227
(Yenilənib 08:47 18.06.2021)
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə Qarabağ, minalanmış sahələr barədə də danışıb.

BAKI, 18 iyun — Sputnik. “Rusiya Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün vasitəçilik səylərini fəal şəkildə davam etdirir. Bakı və Yerevanla XİN, MN, sərhəd xidmətləri xəttilə yaxından təmaslarımız qurulub. Son həftədə gərginliyi azalda bilmişik”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən keçirdiyi həftəlik brifinqdə bildirib.

“Bu problemin davamlı və uzunmüddətli həlli üçün iki ölkə arasındakı sərhədin delimitasiyasını tez bir zamanda başlayıb, daha sonra demarkasiyasını həyata keçirməyin vacib olduğu qənaətindəyik. Bu işlərə dəstək verməyə hazır olduğumuzu bir daha bildiririk” – deyə rusiyalı rəsmi qeyd edib.

Lavrovla Şmidin danışıqları

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 21-də Moskvada ATƏT-in Baş katibi Helqa Şmidlə görüşəcək.

“Təhlükəsizliyin 3 istiqaməti – hərbi-siyasi, iqtisadi-ekoloji və insan hüquqları üzrə ATƏT-in fəaliyyətinin geniş spektrli məsələləri müzakirə ediləcək. Regional münaqişələrin həllində bu təşkilatın rolunun müzakirə edilməsi gözlənilir. Tərəflər Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı vəziyyət haqqında fikir mübadiləsi aparırlar. Rusiya ATƏT-in nüfuzunun və səmərəliliyinin artırılmasına tərəfdardır”, - M.Zaxarova qeyd edib.

Rusiyanın Bakı-Yerevan-Ankara dialoqlarına münasibəti

“Rusiya Bakı ilə Yerevan arasında, Yerevan və Ankara arasında dialoqların normallaşmasına yönələn addımları qətiyyətlə dəstəkləyir”.

“Cənubi Qafqazdakı qarşılıqlı münasibətlər regiondakı bütün ölkələr nəzərə alınmaqla və balanslı şəkildə, mehriban qonşuluq prinsipləri əsasında inkişaf etməlidir”, - o əlavə edib.

M.Zaxarova həmçinin Rusiyanın Azərbaycan tərəfinin iyunun 12-də 15 erməni hərbçini Ermənistana qaytarmasını alqışladığını da vurğulayıb: “Eyni zamanda, digər humanitar məsələlərin, o cümlədən də minaların təmizlənməsi və minalı ərazilərin xəritələrinin verilməsi ilə bağlı məsələlərin həll olunmasının vacib olduğunu düşünürük”.

 

227