Tahir Salahov harada dəfn olunacaq?

© Sputnik / Kemale AliyevaТаир Салахов принял участие на научной сессии в НАНА
Таир Салахов принял участие на научной сессии в НАНА - Sputnik Azərbaycan, 1920, 21.05.2021
Abunə olmaq
Aydan Salahovanın sözlərinə görə, T.Salahov Bakıda dəfn ediləcək, dəfn tarixi bir qədər sonra məlum olacaq, hazırda səfirliklə danışıqlar aparılır.

BAKI, 21 may — Sputnik. Ömrünün 92-ci ilində Almaniyada vəfat edən görkəmli Azərbaycan rəssamı Tahir Salahov Bakıda I Fəxri Xiyabanda dəfn olunacaq. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə rəssamın qızı Aydan Salahova bildirib.

Qeyd edək ki, qüdrətli fırça ustası bu gecə ağciyər iltihabından vəfat edib. Aydan Salahovanın sözlərinə görə, T.Salahov Bakıda dəfn ediləcək, dəfn tarixi bir qədər sonra məlum olacaq, hazırda səfirliklə danışıqlar aparılır.

Məlumat üçün bildirək ki, Tahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, dünya şöhrətli fırça ustası Tahir Salahov respublikamızın ən ali təltiflərinə – "İstiqlal", "Heydər Əliyev" ordenlərinə, Heydər Əliyev mükafatına, 90 illik yubileyi ərəfəsində 1-ci dərəcəli "Əmək" ordeninə layiq görülüb. Uzun illər SSRİ Rəssamlar İttifaqı İdarə heyətinin birinci katibi olan Tahir Salahov 20 ildən çox idi Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti kimi fəaliyyət göstərib.

Allah rəhmət eləsin!

Xəbər lenti
0