"Bizim həbsxanalar erməni hərbçiləri üçün təhlükəsiz yerdir" - Komitə sədri

© Sputnik / Murad OrujovZahid Oruc milli vəkil
Zahid Oruc milli vəkil - Sputnik Azərbaycan, 1920, 21.05.2021
Abunə olmaq
"Minlərlə şəxsə cinayət işinin açılması ilə Ermənistan məhkəməsi 100 il əvvəlki andraniklərin, njdelərin varisi sayılan ordunun fərarilərinin qəhrəmanlardan çox olduğunu dünyaya elan edir".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. "Ermənistan İstintaq Komitəsinin ötən ilin 22 dekabr tarixli məlumatına görə, fərarailik edən 1358 nəfərə cinayət işi qaldırılıb. Sonra məlumat qapalı saxlanılıb, lakin qeyri-rəsmi mənbələr ittiham olunanların 10000 nəfərə yaxın olduğunu bildirir. Qarabağda yaşayan və xalqımıza qarşı təcavüzkarlıq etməyən, əlinə silah götürməyən və atəş əmrini yerinə yetirməyən, döyüş meydanını tərk edən ermənilərin cəzalandırılmasına dövlətimiz hüquqi-siyasi qiymət verməli, döyüşməkdən imtina etdikləri üçün xəyanətdə suçlandırılan şəxslərin həbsini pisləməsi vacibdir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bugünkü iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, əslində, süngü gücünə səngərə gətirilən minlərlə adamın döyüşməməsi torpaqların kimə məxsusluğunu göstərir:

"Eyni zamanda, sual olunur - vuruşmaqdan imtina edən erməni hərbçilərinin əsas arqumenti nə olub? Cavabı erməni əsgərləri verir - göydən od yağırdı və yoldaşlarımızı külə çevirirdi. Bəli, fakitiki olaraq, Qarabağda döyüşlərə cəlb olunan 40 minə qədər hərbçinin 5-6 mini məhv olubsa, 10 mindən çox yaralı varsa, yerdə qalanların da az qala 30 faizi fərarilikdə ittiham edilirsə, deməli Ermənistan siyasi hakimiyyəti öz vətəndaşları ilə müharibə vəziyyətindədir. Nəinki savaş, eləcə də sülh dövründə Ermənistanda fərarilik geniş yayılmışdı".

"Qarabağda demoqrafik ölüm yaşandığını, azərbaycanlılarla birgə olduqları vaxtı saylarının artdığını, işğal illərində isə azaldığını və qızların da oğlanlardan çoxluğunun müharibə bağlılığını Prezident Armen Sarkisyan "RBK Daily"ə müsahibəsində etiraf etmişdi", - Komitə sədri əlavə edib. 

"Minlərlə şəxsə cinayət işinin açılması ilə Ermənistan məhkəməsi 100 il əvvəlki andraniklərin, njdelərin varisi sayılan ordunun fərarilərinin qəhrəmanlardan çox olduğunu dünyaya elan edir. Ona görə də bizim həbsxanalar erməni hərbçiləri üçün təhlükəsiz yerdir. Ermənistanın hərbi generalı Levon Stepanyan deyir ki, hamını həbsə ata bilməzlər. Halbuki onlarla siyasətçinin fərariliyi olan yerdə hərbçiləri günahlandırmaq doğru deyil. Baxın, Sarkisyan qarşıdakı parlament seçkilərinə qatılmayacaq. Bu hərbi məğlubiyyətin birbaşa nəticəsidir. Ən böyük fərarilər Sarkisyanla Köçəryanın özüdür", - deyə o bildirib.

Zahid Oruc əlavə edib ki, Vətən müharibəsində hərbçilərimiz arasında fərarilik olmayıb: "Bu fakt qələbəmizin ən böyük şərtlərindən biridir. Biz, hətta ölkəmizdə yaşayan ermənilərin içərisindən bir nəfəri zorla aparıb ön cəbhədə süngünün qabağında öz millətindən olanlara atəş açmağa məcbur etməmişik. Lakin Ermənistan hakimiyyəti öz vətəndaşlarına qarşı zor tətbiq edir".

Xəbər lenti
0