Tahir Salahov vəfat edib

© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidТаир Салахов
Таир Салахов - Sputnik Azərbaycan, 1920, 21.05.2021
Abunə olmaq
Azərbaycanın xalq rəssamı Tahir Salahovun qızı Aydan Salahova atasının Almaniyada vəfat etdiyini bildirib.

BAKI, 21 may - Sputnik. Sabiq SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Rusiya Rəssamlar Akademiyasının vitse-prezidenti Tahir Salahov Almaniyada 92 yaşında vəfat edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə mərhumun qızı Aydan Salahova məlumat verib.

Tahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. 1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilmişdi. Azərbaycanın Xalq rəssamı 1996-cı ildən həm də Rusiya Federasiyasının Xalq rəssamı olub. 1996-ci ildən 2000-ci ilə qədər elm, təhsil, səhiyyə və mədəniyyət üzrə Palatanın sədrinin müavini, Rusiya Federasiyası Prezidenti Yanında Yaradıcılıq İttifaqları ilə Əlaqələr Komissiyasının Siyasi məşvərət şurasının sədri kimi fəaliyyət göstərib.

1997-ci ildə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti seçilib. O, 1998-ci ildə Qırğızıstan Respublikasının Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Ekoenerji Beynəlxalq Akademiyasının akademiki və İspaniyanın San-Fernando Gözəl Sənətlər Kral Akademiyasının müxbir üzvü seçilib. Tanınmış rəssam 2011-ci ildə Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü və Almaniya Rəssamlar İttifaqının fəxri üzvü seçilib.

Айдан Салахова, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.04.2020
MƏDƏNİYYƏT
Tahir Salahovun qızından tibb işçilərinə böyük jest

2012-ci ildə Ulyanovskda keçirilən A.A.Plastova adına təsviri incəsənət sahəsində beynəlxalq mükafatın — "Beynəlxalq Adlar" nominasiyasının laureatı adına layiq görülüb. 2012-ci ildə Bakının İçərişəhər tarixi-memarlıq qoruğunun İlyas Əfəndiyev küçəsində ev-muzeyi açılıb.

Ev-muzey Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı özünün rəsm əsərlərindən ibarət kolleksiyası və şəxsi arxivi əsasında yaradılıb. Tahir Salahovun əsərlərinin bir qismi xalça üzərinə köçürülmüş və 2018-ci ildə Bakıda keçirilən "Ənənələrin izi ilə" adlı sərgidə nümayiş olunub. Bu işlər xalçaçı rəssam Tariyel Bəşirov tərəfindən 10 il müddətinə hazırlanıb.

O, Azərbaycan Ensiklopediyasının redaksiya heyətinin üzvüdür. Moskvada isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvü seçilib.

Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyalarının, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvü olan rəssam realist janrının nümayəndəsidir. Onun əl işləri hazırda da yüksək titullara layiq görülərək yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir.

O, dahi bəstəkarlar Dmitri Şostakoviç, Qara Qarayev və yazıçı Rəsul Rzanın portretlərinin müəllifidir. 

Azərbaycan neftçilərinə, Abşeron mənzərələrinə çoxlu rəsm əsərləri həsr edib. Onun yaradıcılığına həmçinin tamaşaların dekorasiyaları daxildir. Moskvada isə İsa Məsih məbədinin bərpasında iştirak edib. 

Xəbər lenti
0