Fermer, arxiv şəkli

Azərbaycanlı fermerlər üçün yeni mobil tətbiq

12
(Yenilənib 01:15 21.05.2021)
Fermer-mexanizator əlaqəsini təmin edəcək "AgroUber" mobil tətbiqinin təqdimatı keçirilibFermer-mexanizator əlaqəsini təmin edəcək "AgroUber" mobil tətbiqinin təqdimatı keçirilib

BAKI, 21 may — Sputnik. "Aqroservis" Açıq Səhmdar Cəmiyyətində fermer və mexanizatorlar arasında kommunikasiyanı həyata keçirən "AgroUber" mobil tətbiqinin təqdimatı keçirilib. Bu barədə Cəmiyyətdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, "Android" platformasında fəaliyyət göstərən mobil tətbiq müxtəlif aqroxidmətlər üzrə fermerlərlə və mexanizatorlar arasında onlayn platforma üzərindən əlaqələndirməni təmin edəcək.

"Aqroservis" ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov bildirib ki, təqdimatı keçirilən elektron məhsul Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə yaxınlıq, şəffaf və çevik idarəetmə, innovasiyaların tətbiqi prinsiplərinə tam cavab verir. Fermerlər mobil tətbiqdən yararlanmaq üçün "AgroUber" proqramını mobil telefon cihazına yükləməli və qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş fermer istənilən mövsümdə müvafiq rayon və kənd üzrə aqrotexniki xidmətlər üzrə axtarış aparmaq imkanı qazanır. Proqram fermerin seçiminə uyğun olaraq mexanizatoru təyin edir və sifarişi formalaşdırır.

Məsələn, hansısa fermerə əkin işləri üçün traktor lazımdırsa, "AgroUber"də axtarış verərək, uyğun mexanizatoru tapa və xidməti sifariş edə biləcək. Bu proqram təminatı vasitəsilə ilkin mərhələdə traktorlar və asılan-qoşulan texnikalarla göstərilə biləcək bütün növ aqrotexniki xidmətlərin həyata keçirilməsi mümkün olacaq.

Qeyd edək ki, "AgroUber" proqramı Azərbaycanda aqrar sahədə ilk dəfə tətbiq olunur. İnnovativ metodlara əsaslanan bu proqram aqrotexniki xidmətlərin idarəçiliyində tamamilə şəffaflıq yaradacaq, zaman itkisinin qarşısını alacaq və fermerlərə operativ xidmət göstərməyə imkan verəcək. Eyni zamanda bu yanaşma aqroxidmət göstərən mexanizatorlar arasında rəqabətliliyi artıracaq, paralel olaraq xidmətin keyfiyyətini yüksəldəcək. Mobil tətbiqdə xidmətin sifariş vəziyyəti proqram vasitəsilə izlənilir, 3-cü tərəf olmadan fermerlərin birbaşa mexanizatorlara çıxışı təmin edilir və vahid mexanizator bazası formalaşdırılır.

Elmin Rəhmanov qeyd edib ki, "AgroUber" proqramı fermerlərə göstərilən xidmətinin keyfiyyətini artırmağa və xidmətləri daha əlçatan etməyə imkan verəcək: "Proqramın tətbiqi operativ xidmət, vahid məkanda formalaşan məlumat bazası, neqativ halların qarşısının alınması, fermer və mexanizator arası əlaqənin sərbəst şəkildə qurulması və idarə edilməsi imkanlarını yaradır. Əsas məqsədimiz fermerlərin istənilən mövsümdə aqrotexniki xidmətlərə əlçatanlığını təmin etmək, yüksək keyfiyyətli və çevik xidmətə nail olmaqdır".

Təqdimat mərasimində mobil tətbiqin yüklənməsi, istifadə qaydaları əyani şəkildə nümayiş olunub.

Həmçinin oxuyun:

* Fermerlərə şad xəbər: Azərbaycanda ilk dəfə orqanik gübrə istehsalına başlanılıb

* Artıq 126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

* Azərbaycan bazarlarında GMO-dan da təhlükəli məhsullar var

12
Teqlər:
tətbiq, mobil, traktor, fermer
DTX əməkdaşları, arxiv şəkli

DİN DTX Şuşada birgə əməliyyat keçirdi

3
(Yenilənib 14:28 19.06.2021)
Ötən ilin noyabrında işğaldan azad olunmuş Daşaltı kəndində yeddi tondan artıq çətənə kolu məhv edilib.

 

BAKI, 19 iyun — Sputnik. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Daşaltı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,6 tondan artıq olan 2437 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Qubadlı Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əliquluuşağı kəndi ərazisində yabanı halda bitmiş 2,9 tondan artıq çəkidə 5630 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Yevlax stansiyası Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qax rayonunun Uzuntala kəndi ərazisində dəmir yolunun kənarında yabanı halda bitmiş çəkisi 3,2 ton olan 3780 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

3
Toyuq əti

Azərbaycana gətirilən 1,2 ton hind quşu dərisi yararsız çıxdı

86
Məhsulda patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1.2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

BAKI, 19 iyun — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri zamanı Türkiyədə fəaliyyət göstərən "Briterra Gida İç Ve Dış Ticaret Anonim Şirketi" tərəfindən istehsal olunan və "Ladess Group" MMC tərəfindən ölkəmizə idxal edilən hind quşu dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirib.

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasında patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1,2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.

86