Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda nə qədər iş yeri açılıb və bağlanıb?

© Depositphotos.com / AndrewTovstyzhenkoЖенское рабочее место
Женское рабочее место - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Abunə olmaq
İş yerlərinin 28,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 71,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb

BAKI, 20 may — Sputnik, Xalid Məmmədov. 2021-ci ilin I rübü ərzində Azərbaycanda 13,2 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 87,6 faizi qeyri-dövlət sektorunda açılıb.

Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, yeni iş yerlərinin 79,9 faizi Bakı şəhərinin, 0,5 faizi Naxçıvan Muxtar Respublikasının, 19,6 faizi digər regionların, o cümlədən 4,5 faizi Abşeron, 4,0 faizi Gəncə-Qazax, 3,3 faizi Aran, 2,5 faizi Şəki-Zaqatala, 2,5 faizi Quba-Xaçmaz, 1,0 faizi Lənkəran, 0,7 faizi Dağlıq Şirvan, 0,6 faizi Yuxarı Qarabağ, 0,5 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 10,9 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 85,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 3,2 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 21,4 faizi tikinti, 21,1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,0 faizi emal sənayesi, 10,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 5,2 faizi peşə, elmi və texniki fəaliyyət, 4,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi maliyyə və sığorta fəaliyyəti, 2,7 faizi təhsil, 2,5 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 2,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,8 faizi informasiya və rabitə, 5,0 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, 2021-ci ilin I rübü ərzində ölkədə 1,7 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 62,7 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 28,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 71,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

Xəbər lenti
0