* AZƏRBAYCAN *
Əli Əsədov

Əli Əsədov Moskvaya üçün gedib

33
(Yenilənib 13:03 20.05.2021)
Səfər çərçivəsində Azərbaycanda dəmiryol vaqonlarının yığılması üzrə müəssisənin yaradılması, həmçinin Bakı üçün yeni olan aviasiya sənayesinə dair məsələlərin də müzakirəsi gözlənilir

BAKI, 20 may — Sputnik. Moskvada Azərbaycan və Rusiya baş nazirlərinin görüşü keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, mayın 20-də Azərbaycanın Baş naziri Əli Əsədov Moskvaya gəlib. Səfər çərçivəsində Əsədov Rusiyanın baş naziri Mixail Mişustin və hökumətin digər nümayəndələri ilə görüşəcək.

Səfərin gündəliyində iqtisadi-ticari əməkdaşlıq və nəqliyyat, sənaye, energetika və mədəni-humanitar sahələrdə əməkdaşlığa dair aktual məsələlər var. Bundan əlavə koronavirus infeksiyası ilə birgə mübarizə məsələsi də müzakirə olunacaq.

Rusiya Nazirlər Kabinetinin məlumatına görə, danışıqların nəticəsi olaraq tərəflər arasında əməkdaşlığın inkişafına dair birgə sənədin imzalanması gözlənilir.

Qeyd edək ki, 2020-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2,7 milyard dollar olub ki, bu da 2019-cu ilin müvafiq dövründən 11,6% azdır. 2021-ci ildə bu sahədə göstəricilərin az da olsa artması müşahidə olunur.

Qeyd edək ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq ümumilikdə mümkün istiqamətlər üzrə beş "yol xəritəsinə" əsaslanır:

İki ölkə arasında ticarətdəki maneələrin aradan qaldırılması;

Nəqliyyat sahəsində əməkdaşlığa dair;

Azərbaycan ərazisində birgə istehsal müəssisələrinin yaradılmasına dair;

Büdcə-vergi sahəsinin rəqəmsallaşdırılması istiqamətində əməkdaşlığa dair;

Qarşılıqlı səfərlərin artırılması və humanitar əlaqələrə dair.

Bundan əlavə, Əsədovun səfəri çərçivəsində Azərbaycanda dəmiryol vaqonlarının yığılması üzrə müəssisənin yaradılması, həmçinin Bakı üçün yeni olan aviasiya sənayesinə dair məsələlərin də müzakirəsi gözlənilir.

Xatırladaq ki, hazırkı səfər Əsədovun Baş nazir qismində Rusiyaya ikinci səfəridir. Bu qəbildən ilk səfər 2019-cu ilin oktyabrında, Əsədov bu vəzifəyə təyin olunduqdan dərhal sonra baş tutub.

Xatırladaq ki, Əsədovun səfərindən əvvəl Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev də Moskvaya səfər edib və rusiyalı həmkarı Maksut Şadayevlə görüşlər keçirib. Tərəflər məlumatların saxlanmasına dair virtual texnologiyalar (bulud texnologiyaları), iki ölkə arasında elektron imzaların tətbiqi məsələlərini müzakirə ediblər.

33
 Azərbaycan hərbçiləri, arxiv şəkli

Bir qrup hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI

2092
(Yenilənib 17:24 24.06.2021)
Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Laçının azad olunmasına görə” medalı ilə təltif olunublar.

BAKI, 24 iyun - Sputnik. Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda
aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif edilirlər.

Sputnik Azərbaycan bildirir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Təltif olunmuş hərbçilərimizin siyahısı ilə buradan tanış olmaq mümkündür.

İkinci Qarabağ müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusu əks-hücuma keçdi.
Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

44 günlük Vətən müharibəsində şəhid olan 2841 hərbçimizin nəşi yanvarın 11-dək dəfn edilib. 64 nəfər itkin düşmüş sayılır.

İkinci Qarabağ müharibəsində xəsarət alan bütün qazilərin müalicə və reabilitasiyası Prezidentin göstərişi ilə dövlət tərəfindən gerçəkləşdirilir.

Müharibədən sonra işğaldan azad edilmiş bölgələrdə bərpa və quruculuq işlərinə başlanıb. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı, müxtəlif xarici şirkətlər də dəvət alıb. Füzulidə beynəlxalq aeroportun tikilməsinə start verilib. Prezident İlham Əliyevin sözlərinə görə, ya Laçın, ya Kəlbəcərdə ikinci beynəlxalq hava limanı inşa ediləcək. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub və orada 30 illik fasilədən sonra "Xarı-bülbül" festivalı keçirilib. 

---------------

29.12.2021

20:32

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 5775 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 5-i polkovnik, 39-u polkovnik-leytenantdır.

“Laçının azad olunmasına görə” medalı ilə təltif edilən hərbi qulluqçuların adlarına prezident.az saytındakı bu linkə keçid edərək baxa bilərsiz.

Eləcə də oxuyun:

  • Ağdamı azad edən igidlərimizə medal verilir - SİYAHI

  • "Vətən uğrunda" medalı ilə təltif olunan hərbçilərimiz - SİYAHI

  • Bir qrup hərbçimiz "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olundu

  • Şuşanı azad edən hərbçilərimiz medala layiq görüldülər - SİYAHI

  • Bu igidlərimiz Qubadlının azad olunmasına görə medalla təltif olundular

  • Prezident hərbçilərimizi "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif etdi

  • "Zəngilanın azad olunmasına görə" medal alanları siz də tanıyın – SİYAHI

  • Bir qrup hərbçi "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi – SİYAHI

  • Prezident onları "Füzulinin azad olunmasına görə" medalı ilə təltif etdi – SİYAHI

2092
Teqlər:
Laçın rayonu, Laçın, Prezident İlham Əliyev, İlham Əliyev
Şəhriyar Məmmədyarov, arxiv şəkli

Şəhriyar Məmmədyarov Harri Qasparova qarşı oynayacaq

2
(Yenilənib 16:54 24.06.2021)
İyulun əvvəlində Zaqrebdə keçiriləcək üçüncü "Grand Chess Tour" iştirakçılarının siyahısı elan olunub. Siyahıya görə, Şəhriyar Məmmədyarov Teymur Rəcəbovdan sonra Harri Qasparovla qarşılaşacaq ikinci Azərbaycan şahmatçısı olacaq.

BAKI, 24 iyun — Sputnik. Sputnik Azərbaycan xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov bir turnir çərçivəsində 13-cü dünya çempionu Harri Qasparovla qarşılaşacaq.

Belə ki, "Grand Chess Tour" seriyasının təşkilatçıları iyulun 5-dən 12-nə kimi Zaqrebdə (Xorvatiya) keçiriləcək üçüncü turnirin iştirakçılarının siyahısını açıqlayıb. Turnir iştirakçıları arasında həm Şəhriyar Məmmədyarov, həm də digər yarış iştirakçıları ilə eyni şərtlər altında oynayacaq keçmiş dünya çempionu Harri Qasparovun adı var.

Qeyd edək ki, bu, Məmmədyarovun Azərbaycan şahmat məktəbinin yetirməsi olan Harri Qasparovla şahmat lövhəsi qarşısında ilk qarşılaşması olacaq. İndiyə kimi Azərbaycanlı şahmatçılardan yalnız Teymur Rəcəbov 13-cü dünya çempionu ilə oynayıb və müsbət xal toplayıb. Rəcəbov Qasparov üzərində yeganə və əfsanəvi qələbəsini 2003-cü ildə Linaresdə (İspaniya) keçirilən superturnir çərçivəsində qazanıb. Həmin vaxt şahmatçımızın cəmi 15 yaşı var idi.

Xorvatiyada keçiriləcək turnirə qayıtsaq, qeyd etmək lazımdır ki, bu şahmat yarışında Maksim Vaşe-Laqrav (Fransa), Yan Nepomnyaşi, Aleksandr Qrişuk (hər ikisi Rusiyanı təmsil edir), Aniş Qiri, Yorden Van Forest (hər ikisi Hollandiyanı təmsil edir), Vişvanatan Anand (Hindistan), İvan Sariç (Xorvatiya), Anton Korobov (Ukrayna) və Yan Kşiştof Duda (Polşa) iştirak edir.

Xatırladaq ki, Məmmədyarov "Grand Chess Tour" seriyasından ilk turnirin – Buxarestdə keçirilən "Supеrbet Chess Classic"-in qalibi olub. Turnir çərçivəsində şahmatçımız Konstantin Lupulesku (Rumınya), Levon Aronyan (Ermənistan) və Fabiano Karuanaya (ABŞ) qalib gəlib.

2