İsraildə dağılan bina

Atəş altında: İsrailin əslən Bakıdan olan sakinləri

73
(Yenilənib 22:52 19.05.2021)
İsraildə son 35-40 ildə tikilən bütün evlərdə xüsusi müdafiə otaqları mövcuddur. Bu, polad qapılı beton divarlı ayrıca otaqlardır. Ancaq raket hücumu vaxtı küçədə olsanız, yenə də müdafiəsiz qalmazsınız, bunun üçün ümumi sığınacaqlar – "miklat"lar var.

BAKI, 19 may — Sputnik. Fələstin-İsrail qarşıdurmasının yenidən kəskinləşməsi mülki əhali arasında çoxsaylı itkilərə gətirib çıxaran genişmiqyaslı raket hücumları ilə nəticələnib. Hazırda İsrail dağ yəhudiləri, aşkenazilər və etnik azərbaycanlılardan ibarət 80 min nəfərlik Azərbaycan diasporuna ev sahibliyi edir.

Bu günlərdə həmin insanlar da İsrailin minlərlə vətəndaşı kimi daimi raket hücumu təhlükəsi, sirena və mərmi sədaları altında yaşamağa məcbur qalıblar.

"Dəmir gümbəz" qoruyur

Son günlərdə ən çox raket hücumuna məruz qalan şəhər olan Aşkelon ölkənin cənubunda, Qəzza zolağının isə şimalında yerləşir. Aşkelona elə sıx-sıx raket zərbələri endirilir ki, şəhər sakinlərini sığınacaqlarda gizlənməyə çağıran həyəcan siqnalı hər 12 dəqiqədən bir səslənir.

Aşkelonda daim mərmi yağışı altında qalma təhlükəsi yaşayanlar arasında məşhur yazıçı, ivrit dili müəllimi, bakılı Keren Pevzner də var. Sputnik Azərbaycan-a danışan Pevzner hazırkı gərginlikdən hər iki tərəfin, eləcə də, Qəzza sektorundan bir neçə kilometr aralıda yerləşən Aşkelonun əziyyət çəkdiyini deyir.

Son səkkiz gündə İsrailə iki mindən çox raket atılıb ki, onların da yeddi yüzü Aşkelona düşüb. Pevznerin sözlərinə görə, əgər dinc əhalini raketdən müdafiə edən "Dəmir gümbəz" olmasaydı, Aşkelonun nə vəziyyətə düşəcəyini təsəvvür etmək çətindir: "Bir neçə gündür ki, gecə və gündüz cəmi bir saat yatır, sirena səsinə oyanıram. Dərhal da pilləkənlərə tərəf qaçıram. "Niyə?" – deyə soruşa bilərsiniz. Ona görə ki, qaçıb gizlənmək üçün cəmi bir neçə saniyəm olur, həmin vaxta isə həyətdəki bomba sığınacağına çata bilmərəm. Ona görə də qonşularla birlikdə pilləkəndə gizlənirəm. İki gün əvvəl baş verən çox güclü atışmada bütün gecəni qonşularla birlikdə pilləkəndə keçirdik. Raketlərdən biri yüksəkgərginlikli dirəyə tuş gəldiyindən şəhərin yarısı işıqsız qaldı".

Açılan raket atəşi nəticəsində insanlar həlak olur, çünki təhlükəsiz yerə qaçmağa imkan tapmırlar. Şok vəziyyətinə düşmüş 50 nəfərdən çox adam isə hazırda xəstəxanadadır.

On beş saniyəyə qaçmalısan

Bakılı Sədiyyə Əliyevanın ailəsi Təl-Əvivdən 20 dəqiqəlik məsafədə, Aralıq dənizi sahilində yerləşən Netanya şəhərində məskunlaşıb.

"Daim gərginlik içində qalmaq və ya sığınacağa qaçmaq, yaxud da həmin an yoldasansa, özünü maşından yerə atıb torpağa çökmək – bütün bunlar asan deyil", – Sədiyyə deyir.

Bu günə kimi Netanyada raket zərbəsindən birbaşa əziyyət çəkən olmasa da panikaya düşən, ürək tutması keçirənlər çoxdur, xüsusilə də yaşlılar və əlillər arasında. 15 saniyə ərzində sığınacağa qaçmaq onlar üçün qeyri-mümkündür.

Raket atəşindən necə qorunmalı

İsraildə son 35-40 ildə tikilən bütün evlərdə xüsusi müdafiə otaqları mövcuddur. Bu, polad qapılı beton divarlı ayrıca otaqlardır.

"Bizim də belə otağımız var. Hücum başlayan kimi ora qaçır, atışma səsləri kəsilənədək heç yerə tərpənmirik. Bizim bəxtimiz gətirib, həmin otaqlarda cəmi bir neçə dəfə oturmalı olmuşuq. Ölkənin cənubunda yaşayanlar isə artıq nə qədər müddətdir ki, demək olar, həmin otaqdan çölə çıxa bilmirlər. Orada onların qatlanan çarpayıları, suları, yeməkləri də var", – Sədiyyə Əliyeva belə deyir.

Amma köhnə evlərdə belə otaqlar yoxdur, yalnız binaların birinci mərtəbəsində bir müdafiə otağı mövcuddur ki, sakinlərin hamısı ora düşməli olurlar. Bununla belə, raket atəşi vaxtı küçədə olsanız, yenə də müdafiəsiz qalmazsınız, bunun üçün ümumi sığınacaqlar – "miklat"lar var. Ofis binalarında, adətən, hər mərtəbədə iki belə otaq olur. Şəhərin küçələrində isə divarlara sığınacaqların yerini göstərən xüsusi göstəricilər vurulub.

Netanya şəhərinin bakılı sakininin sözlərinə görə, binalara raket zərbələrinin endirilməsinə baxmayaraq, mənzillərdə, ictimai binalarda, istehsal müəssisələrində və ofislərdə sığınacaqların olması sayəsində İsraildə münaqişə qurbanlarının sayı azdır: "İnsanlar müdafiə olunduqlarını hiss edirlər, ona görə də nə dərəcədə hücuma məruz qalmasından asılı olmayaraq, bütün şəhərlərdə həyat öz qaydasında davam edir. Hələlik yalnız məktəblərdə dərslər təxirə salınıb".

Ölümü görmək

Leyla Əliyeva Tel-Əviv yaxınlığındakı Ramat-Qanda yaşayır. Bu şəhər də daim raket hücumuna məruz qalıb.

O deyir ki, 20 il əvvəl Azərbaycandan İsrailə köçüb və hazırkı toqquşmalar onun üçün münaqişənin ən dramatik məqamı sayıla bilər.

"İsrailə ilk zərbələr endirildiyi vaxt Təl-Əvivdə idim. Rahat bir kafedə oturmuşduq, isti, xoş yaz axşam idi. Birdən sirena səsləri ətrafı bürüdü. Çaxnaşma düşdü", – deyə Leyla həmin günü yada salır.

Təl-Əvivin mərkəzində çox sayda köhnə bina var ki, orada da vətəndaşların mənzillərində müdafiə otaqları yoxdur, heç "miklat"lara da tez-tez rast gəlinmir.

Həmsöhbətimizin sözlərinə görə, həmin vaxt kafenin sahibi bütün müştərilərdən içəri girmələrini xahiş edib. Kafe çox qədim bir binanın birinci mərtəbəsində yerləşirmiş.

"Və biz bu binanın içində dayanmışdıq, heç bir müdafiəmiz də yox idi. Əgər yaxınlıqda raket partlasaydı, heç birimizin xilas olmaq şansı yox idi".

Ancaq qadın özündən çox Ramat-Qanda anasının yanında qoyub gəldiyi azyaşlı qızına görə narahatlıq keçirib. Bir müddət onlarla əlaqə yaratmaq mümkün olmayıb.

"Atışma başlayan kimi dərhal evə qayıtmaq qərarına gəldik. Ancaq maşına getdiyimiz yerdə ikinci sirena səsi gəldi. Bizi panika bürüdü, çünki küçədə idik, yaxınlıqda da sığınacaq yox idi. Dərhal ən yaxın binaya tərəf qaçdıq. Orada bizim kimi mərmilərdən qaçıb binaya sığınmış adamlarla hücumun başa çatmasını gözlədik".

Yalnız dördüncü həyəcan siqnalından sonra maşına minib getməyə imkan tapıblar. Doğmalarının sağ-salamat olduğunu bilmək üçün ən qısa vaxtda yaşadıqları şəhərə çatmaq istəyiblər: "Beləcə, bütün yolu sirena sədaları və raket zərbələri altında getməli olduq. Həmin zərbələrin çoxunu "Dəmir gümbəz" dəf edirdi".

Çox qorxduğunu etiraf edən Leyla deyir ki, həmin gün o, ölümü öz gözləri ilə görüb.

Hazırda o da şəhərin başqa sakinləri kimi daimi raket hücumu təhlükəsi altında yaşayır. Son günlər dəfələrlə müdafiə otağında gizlənmək məcburiyyətində qalıblar.

Əliyeva hər şeydən çox qızına görə həyəcan keçirir – uşaq çox qorxur, daim gərgin vəziyyətdədir, nəinki sirena səsinə, maşınların mühərrikindən çıxan uğultuya, hər hansı bir səsə reaksiya verir – elə bilir ki, yenə raket atırlar.

Ötən şənbə günü Ramat-Qanda raket düz yaşayış binasına düşüb, bir nəfər həlak olub. Yaşayış binalarına, ictimai binalara və mağazalara böyük ziyan dəyib.

Ancaq nə olursa-olsun, heç kim, hətta Qəzzaya bitişik şəhərlərdə yaşayanlar belə öz şəhərlərini tərk etmək barədə düşünmürlər – bakılı Leyla Əliyeva belə deyir.

Hadisələr necə başlamışdı

Xatırladaq ki, Şərqi Qüdsdə fələstinlilərlə İsrailin sərhəd polisi arasında genişmiqyaslı toqquşmalar eyni anda iki bölgədə baş verib: Məbəd dağı yaxınlığında və İsrail məhkəməsinin qərarı ilə bir neçə ərəb ailəsinin qovulduğu Şeyx Cərrah məhəlləsində. İğtişaşlara çevrilən etiraz aksiyaları bir həftədən çoxdur ki, davam edir.

Ümumilikdə, eskalasiyanın başlanmasından bəri Fələstin anklavından İsrail ərazisinə təxminən 3700 raket atılıb ki, onların da təxminən 540-ı anklavın öz ərazisinə düşüb.

İsrail tərəfinin verdiyi məlumata görə, qarşıdurmaların başlamasından bu yana 12 nəfər ölüb, 50-dən çox insan ağır yaralanıb. İsrailin cavab hücumu nəticəsində ölən fələstinlilərin sayı isə 217-yə çatıb. Ölənlərdən 63-ü uşaqdır.

Eləcə də oxuyun:

* Qəzzadakı gərginlikdə gözlənilməz hadisə: hansı görünməz əl baş verənlərə müdaxilə etdi?

Çavuşoğlu Bayramova zəng etdi – Fələstinə görə

* Ekspert: “Onlar manipulyasiyalar etməklə təsir qüvvələrini artırmaq istəyirlər”

* Ərdoğan və Ruhani Fələstindəki vəziyyəti müzakirə ediblər

Azərbaycana aid digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın Telegram kanalında rus dilində oxuyun.

73
Teqlər:
video, münaqişə, bakılı, Bakı, Fələstin, Qəzza, İsrail
Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il

Azərbaycan Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalanıb

2256
(Yenilənib 17:25 15.06.2021)
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalayıblar.

BAKI, 15 iyun - Sputnik. İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

15:34

Ali qonağın Şuşada rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

  • Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il
    © Official website of President of Azerbaijan Republic
1 / 3
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

--------

13:24

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə yola düşüb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşılayıb.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Füzulidə görüş

--------

13:09

Azərbaycana rəsmi səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya gedir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Twitter hesabından məlumat verib.

"NATO sammitinin ardından Azərbaycanın tarix və mədəniyyət paytaxtı Şuşaya gedirik. Qarabağ zəfərini taclandıran bu ziyarət Türkiyə-Azərbaycan bağlarını daha da gücləndirəcək və dərinləşdirəcək. Qafqazın tarixi inanc, əzm və cəsarətlə yenidən yazılır", - İ.Kalın qeyd edib.

Şuşada Azərbaycan və Türkiyə dövlət başçılarının təkbətək görüşü, sonra isə Ərdoğanın sözlərinə görə, iki ölkə arasında ən böyük razılaşmanın imzalanması nəzərdə tutulur. Sonra isə KİV-in məlumatına görə, prezidentlər birgə mətbuat konfransı keçirəcəklər. 

Bundan sonra Ərdoğan Şuşada gəzintiyə çıxacaq. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Milli Məclisdə çıxış edəcəyi də gözlənilir. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.

--------

08:02

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

© Photo : AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfəri zamanı

Sputnik Azərbaycan xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

© Photo : AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfəri zamanı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

2256

Lənkərana böyük futbolun qayıtması

3
(Yenilənib 16:11 14.06.2021)
Lənkəranlı azarkeşlər Sputnik Azərbaycan-ın “Lənkərana böyük futbolun qayıdışı və ya "Xəzər Lənkəran"ın bərpası” ilə bağlı sualını cavablandırıblar. Ətraflı videomuzda

 

Lənkəran hər zaman futbolu ilə tanınan şəhərlərdən olub. Lakin artıq 5 ildir ki, Lənkəranda böyük futbol dayanıb. Öz çılğın azarkeşləri ilə məşhur olan "Xəzər Lənkəran" Mərkəzi Stadionu isə böyük oyunların qayıdışını gözləyir.

Azarkeşlər müsahibələrində bildiriblər ki, əsas məsələ bu gün lənkəranlı gənclərin asudə vaxtının səmərəli təşkili üçün Lənkərana böyük futbolun qayıtmasıdır.

"Xəzər Lənkəran" Futbol Klubunun əsas komandası fəaliyyətini dayandırdıqdan sonra “Fırtınalar Meydanı” və ya “Xəzər Lənkəran" Mərkəzi Stadionu tam 5 ildir ki, azarkeşsiz və böyük oyunlarsız qalıb. Onlar futbolun dirçəlməsini istəyirlər və buna ümid edirlər.

 

3