Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli

Peyvənd olunanların sayı açıqlandı

5
(Yenilənib 16:58 19.05.2021)
İkinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 808878 nəfər təşkil edirİkinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 808878 nəfər təşkil edir.

BAKI, 19 may — Sputnik. Azərbaycanda bu gün 28635 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11633, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17002 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1863292, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1054414, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 808878 nəfər təşkil edir.

Xatırladaq ki, Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya 2021-ci il yanvar ayının 18-dən start verilib. 

5
Teqlər:
Koronavirus, COVID-19, peyvənd, vaksinasiya, vaksin
Vladimir Putin

Bunlar dünya üçün təhdiddir Putin siyahını açıqladı

43
(Yenilənib 11:49 23.06.2021)
Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizliyin əsas suallarına cavab tapmaq üçün müdafiə idarələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət mütəxəssislərini bir araya gətirən illik forumdur.

BAKI, 23 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin dünyada təhlükəsizlik üçün təhdidləri açıqlayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Putin kütləvi qırğın silahlarının yayılması risklərini, beynəlxalq kriminal, kibercinayətkarlıq və terrorizmi dünyaya təhdid adlandırıb.

"Regionda silahlı münaqişələr, kütləvi qırğın silahlarının yayılması riskləri, transsərhəd kriminal qruplaşmaların, narkobiznes və kibercinayətkarlığın aktivliyi ciddi narahatlıq doğurur. Beynəlxalq terrorizm hələ də əsas təhdid olaraq qalır." - deyə Putin IX Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı iştirakçılarına müraciətində bildirib.

O, həmçinin bildirib ki, Rusiya öz xalqı üçün sülh və sabitliyi təmin etmək məqsədilə hər şeyi edəcək, öz Silahlı Qüvvələrini təkmilləşdirəcək, diplomatiyanın imkanlarından istifadə edəcək və bütün maraqlı tərəfdaşlarla dialoq aparacaq.

Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizliyin əsas suallarına cavab tapmaq üçün müdafiə idarələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət mütəxəssislərini bir araya gətirən illik forumdur.

Konfransdakı müzakirələr nəinki müxtəlif ölkələrin mövqelərini daha yaxşı anlamağa, həm də beynəlxalq hərbi əməkdaşlığın perspektivli sahələrini müəyyənləşdirməyə imkan verir.

İlk dəfə beynəlxalq konfrans 2012-ci il 3-4 may tarixlərində keçirilib və "Yeni təhlükəsizlik məkanının formalaşmasında raket əleyhinə müdafiə amili" mövzusuna həsr edilib.

43
Enerji içki, arxiv şəkli

Nazirlik enerji içkiləri ilə bağlı qaldırıb

63
İstehlakçılarda həmin məhsulların enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib.

BAKI, 23 iyun — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti enerji içkiləri bazarında haqsız rəqabət hallarının qarşısının alınması məqsədi ilə araşdırmaları davam etdirir. Bu barədə Sputnik Azərbaycan-a qurumdan bildirilib.

Araşdırmaların ilkin nəticələrinə görə, "Avrora" MMC-nin istehsal etdiyi "BİZON energy" markalı spirtsiz içkilərin üzərində "ENERGY" və "CHARGE YOUR POWER" sözlərindən istifadə olunması ilə istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. Dövlət Xidməti şirkət barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.

"Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.

İstehlak bazarında haqsız rəqabət hallarının və istehlakçıların mənafeyinə mənfi təsir göstərə biləcək hərəkətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayının 1-dən Azərbaycanda "Enerji içkilərinə dair müvəqqəti sanitariya normalari və qaydaları" qüvvəyə minib.

Həmin qaydalara görə, enerji içkilərinin etiketlərində mütləq "enerji içkisi", "tərkibində GMO yoxdur", "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", "18 yaşdan aşağı şəxslərə satışı qadağandır", "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur", "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir" yazıları qeyd edilməlidir.

63