Ermənistanda koronavirusa yoluxanların sayı artdı

© AFP 2023 / SERGEI SUPINSKYТело человека, умершего от COVID-19
Тело человека, умершего от COVID-19 - Sputnik Azərbaycan, 1920, 19.05.2021
Abunə olmaq
Ermənistanda son gündə daha 11 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 4357-yə çatıb. Xəstəlikdən sağalanların sayı 209508-ə çatıb.

BAKI, 19 may — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 221 mini keçdi.

Ermənistanda koronavirusa yoluxanların sayı 221368-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 229 nəfər artıb.

Ermənistanda son gündə daha 11 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 4357-yə çatıb. Xəstəlikdən sağalanların sayı 209508-ə çatıb. Hazırda bu ölkədə 6436 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 164,2 milyonu keçib, 3,40 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0