Füzulidə beynəlxalq hava limanının uçuş-eniş zolağının tikintisi, arxiv şəkli

Prezident Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpasında iştiraka dəvət edib

12
(Yenilənib 19:52 18.05.2021)
Onlar 30 ilə yaxın işğala məruz qalmış torpağımızda törədilmiş vandalizmin və dağıntıların səviyyəsini əyani şəkildə göstərir.

BAKI, 18 may — Sputnik. "Mən Belarus şirkətlərini Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında iştiraka dəvət etmişəm. Bir qədər sonra mən sizə həmin ərazilərdən çəkilmiş fotoşəkilləri göstərərəm".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Belarus Respublikasının müdafiə naziri Viktor Xrenini qəbul edərkən deyib.

"Onlar 30 ilə yaxın işğala məruz qalmış torpağımızda törədilmiş vandalizmin və dağıntıların səviyyəsini əyani şəkildə göstərir. Mənim bildiyimə görə, artıq bu məsələlərdə iştirak etməyə maraq var. Yaxın vaxtlarda Prezidentin səfəri zamanı əldə edilmiş razılaşmalar çərçivəsində Azərbaycanın kənd təsərrüfatı nazirinin rəhbərliyi ilə nümayəndə heyəti Belarusa səfər edəcək. Lakin, bütün başqa istiqamətlər üzrə də bundan sonra fəal əməkdaşlıq edəcəyik və bir-birimizi dəstəkləyəcəyik", - dövlət başçısı bildirib.

Həmçinin oxuyun:

Belarusun müdafiə naziri: "Azərbaycan bizim ənənəvi dostumuz və müttəfiqimizdir"

Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib

12
DTX əməkdaşları, arxiv şəkli

DİN DTX Şuşada birgə əməliyyat keçirdi

11
(Yenilənib 14:28 19.06.2021)
Ötən ilin noyabrında işğaldan azad olunmuş Daşaltı kəndində yeddi tondan artıq çətənə kolu məhv edilib.

 

BAKI, 19 iyun — Sputnik. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Daşaltı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,6 tondan artıq olan 2437 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Qubadlı Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əliquluuşağı kəndi ərazisində yabanı halda bitmiş 2,9 tondan artıq çəkidə 5630 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Yevlax stansiyası Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qax rayonunun Uzuntala kəndi ərazisində dəmir yolunun kənarında yabanı halda bitmiş çəkisi 3,2 ton olan 3780 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

11
Toyuq əti

Azərbaycana gətirilən 1,2 ton hind quşu dərisi yararsız çıxdı

87
Məhsulda patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1.2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

BAKI, 19 iyun — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri zamanı Türkiyədə fəaliyyət göstərən "Briterra Gida İç Ve Dış Ticaret Anonim Şirketi" tərəfindən istehsal olunan və "Ladess Group" MMC tərəfindən ölkəmizə idxal edilən hind quşu dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirib.

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasında patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1,2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.

87