* AZƏRBAYCAN *
Hotel foyesi, arxiv şəkli

Azərbaycanda niyə daha çox beşulduzlu hotellər tikilir

14
(Yenilənib 18:53 18.05.2021)
"Bu sənədlərdə regionlarda aşağı ulduzlu hotellərin tikintisi nəzərdə tutulur. Yalnız vətəndaşlar tərəfindən 5 ulduzlu hotellərə tələbat çox olduğuna görə onlara üstünlük verilir".

BAKI, 18 may — Sputnik. Ölkədə 5 ulduzlu hotellərə tələbat daha çoxdur, bu səbəbdən də Azərbaycanda daha çox yuxarı səviyyəli hotellər inşa edilir.

Bu barədə Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov Sputnik Azərbaycan-a məlumat verib.

Onun sözlərinə görə, turizmə investisiyaların cəlb edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviq sənədi verilir.

"Bu sənədlərdə regionlarda aşağı ulduzlu hotellərin tikintisi nəzərdə tutulur. Yalnız vətəndaşlar tərəfindən 5 ulduzlu hotellərə tələbat çox olduğuna görə onlara üstünlük verilir", – deyə o bildirib.

14
Эмблема ЕВРО-2020

AVRO-2020-nin 1/8 finalının bütün cütlükləri məlum olub

3
(Yenilənib 01:35 24.06.2021)
Futbol üzrə Avropa çempionatının pley-off mərhələsinin birinci raundu şənbə günü, iyunun 26-da start götürür.

11 şəhərdə keçirilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinin bütün qarşılaşmaları məlum olub.

İyunun 23-də AVRO-2020-nin qrup mərhələsi başa çatıb. 1/8 final Amsterdamda Danimarka-Uels və Londonda İtaliya-Avstriya oyunları ilə start götürür.

Avropa çempionatının 1/8 finalının digər cütlükləri belədir:

27 iyun

Niderland - Çexiya (Budapeşt)

Belçika - Portuqaliya (Sevilya)

28 iyun

Xorvatiya - İspaniya (Kopenhagen)

Fransa - İsveçrə (Buxarest)

29 iyun

İngiltərə - Almaniya (London)

İsveç - Ukrayna (Qlazqo)

3
Криштиану Роналду (слева) и Карим Бензема

Portuqaliya Fransa ilə heç-heçə oynayaraq AVRO-2020 pley-off mərhələsinə adladı

3
(Yenilənib 01:26 24.06.2021)
Madridin "Real" klubunda vaxtilə komanda qoldaşı olmuş Kərim Benzema və Kriştianu Ronaldu hərəyə iki qol vurublar.

Futbol üzrə Portuqaliya və Fransa milli komandaları arasında oyun 2:2 hesabı ilə heç-heçə başa çatıb.

"F" qrupunda Budapeştdə keçirilən oyunun nəticəsinə görə Portuqaliya millisi 1/8 finala vəsiqə almağı bacarıb.

Oyunda 54886 tamaşaçı iştirak edib.

Beləliklə, fransızlar qrupda tutduğu 1-ci, portuqallar isə üçüncü yerdən növbəti mərhələyə vəsiqə alıblar.

3