"Avroviziya-2021"-də Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adları açıqlanıb

© Sputnik / Valeriy Levitin / Mediabanka keçidЭльдар Гасымов и Нигяр Джамал
Эльдар Гасымов и Нигяр Джамал - Sputnik Azərbaycan, 1920, 18.05.2021
Abunə olmaq
Eldar və Nigar yarışmanın qaydalarına əsasən, mayın 22-də final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcəklər. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.

BAKI, 18 may — Sputnik. İctimai Televiziya və Radio Yayımları Şirkəti "Avroviziya-2021" mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adlarını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri 10 il əvvəl, 2011-ci ildə 221 xalla birinci olaraq "Avroviziya"nı Azərbaycana gətirən Eldar Qasımov və Nigar Camal elan edəcəklər.

Eldar və Nigar yarışmanın qaydalarına əsasən, mayın 22-də final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcəklər. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.

Qeyd edək ki, yarımfinal mərhələləri bu gün və mayın 20-də keçiriləcək mahnı müsabiqəsində təmsilçimiz Samirə Efendi "Mata Hari" adlı bəstə ilə birinci yarımfinalda çıxış edəcək.

Şüarı "Open up!" olan müsabiqənin Azərbaycan üzrə şərhçiləri isə müğənni Murad Arif və aparıcı Hüsniyə Məhərrəmova olacaq.

Müsabiqə İctimai Televiziyanın efirində canlı olaraq yayımlanacaq.

Xəbər lenti
0