Ləki-Qəbələ dəmir yolu

Ləki-Qəbələ dəmir yolunun açılışı regionda turizmin inkişafına təkan verəcək

25
(Yenilənib 13:10 18.05.2021)
Dövlət Turizm Agentliyinin Regional Turizm İnkişafı Sektorunun müdiri Elgün Cavadov bildirib ki, Qəbələ həm daxili, həm də gəlmə turizm baxımından Azərbaycanın əsas turizm mərkəzlərindən hesab olunur.

BAKI, 18 may — Sputnik, Zülfiyyə Quluyeva. Ləki-Qəbələ birxətli dəmir yolunun açılışı regional turizm üçün önəmli hadisədir. Azərbaycan kimi coğrafi baxımdan bir o qədər də böyük olmayan ölkələrdə qatarla səyahət çox vacibdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Regional Turizm İnkişafı Sektorunun müdiri Elgün Cavadov deyib.

Onun sözlərinə görə, Ləki qatarı Şəki-Zaqatala, Qəbələ-İsmayıllı regionunun turizm potensialının nümayiş etdirilməsi və gücləndirilməsi baxımından böyük önəm daşıyır.

"Qəbələ həm daxili, həm də gəlmə turizm baxımından Azərbaycanın əsas turizm mərkəzlərindən hesab olunur. Bu baxımdan ilin bütün mövsümlərində Qəbələ turist cəlb edən yeganə distansiyalardan biri hesab olunur. Çünki burada həm qış turizm növləri, həm də yayda turizm üçün yetərli qədər imkanlar var. Bu gün qatarın məhz Qəbələyə çəkilməsi təsadüfi deyil və olduqca vacibdir", – deyə o vurğulayıb.

25
Нападающий сборной Швеции Александер Исак

AVRO-2020: İspaniya İsveç arasında çempionatın ilk qolsuz heç-heçəsi qeydə alındı

4
(Yenilənib 01:08 15.06.2021)
Futbol üzrə Avropa çempionatında E qrupunda ilk turdan sonra birinci yerə gözlənilmədən Slovakiya millisi çıxıb.

BAKI, 15 iyun - Sputnik. AVRO-2020-də E qrupunda ilk görüşünə çıxan İspaniya yığması öz meydanında İsveçlə qarşılaşıb.

Sevilyadakı Olimpiya Stadionunda təşkil olunmuş görüş heç-heçə ilə yekunlaşıb - 0:0. Bu, AVRO-2020-də yeganə qolsuz matç olub.

Oyuna 10 559 azarkeş canlı baxıb.

E qrupunda turun digər görüşündə Slovakiya Polşanı 2:1 hesabı ilə məğlub edib.

İspaniya yığması Avropa çempionatının növbəti oyununda iyunun 19-da Sevilyada Polşa yığması ilə qarşılaşacaq. İsveç millisi iyunun 18-də Sankt-Peterburqda slovaklarla oynayacaq.

4
Kinoteatrda tamaşaçı, arxiv şəkli

Avropa filmləri festivalı fərqli formatda başlayıb

94
(Yenilənib 23:27 14.06.2021)
Festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

BAKI, 14 iyun — Sputnik. Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin Aİ üzv ölkələri səfirliklərilə birgə təşkil etdiyi Avropa filmlərinin ilk onlayn festivalı iyunun 14-dən 29-dək keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir çərçivəsində Aİ üzvü 13 ölkənin istehsalı olan 10 film nümayiş etdiriləcək. Bunlar Almaniya, Belçika, Çex Respublikası, Finlandiya, Fransa, İspaniya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Polşa, Rumıniya, Yunanıstandır. Filmlərin çoxu bir neçə ölkənin birgə istehsalıdır.

Festivalın açılış mərasimi onlayn formatda keçirilərək Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskasın nitqilə başlayıb. 2010-cu ildən bu yana hər il keçirdikləri festival çərçivəsində Azərbaycanda artıq 148 film nümayiş etdirildiyini deyən diplomat daha sonra bildirib:

"Bu il festivalımızın ilk dəfə onlayn formatda keçirilməsi Avropa filmlərini həm Bakıda, həm də bütün ölkə boyu azərbaycanlı tamaşaçılara daha da yaxınlaşdıracaq. Film hekayə nəql etmək, hissləri çatdırmaq, fikirlər doğurmaq iqtidarındadır. Biz də bu festival vasitəsilə Avropa mədəniyyətini daha yaxşı tanıtdırmaq, Azərbaycan və Avropa İttifaqı xalqları arasında mədəni anlaşmaya təkan vermək ümidindəyik".

Qeyd edək ki, festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

94