Haker

Türkiyəli məşhur hakerlərin qurbanı oldu - Dostluğunda olanları təhdid edib pul istədilər

9
(Yenilənib 00:58 18.05.2021)
Onun sözlərinə görə, hesabı ələ keçirən fırıldaqçılar dostluğunda olanlara təhdid mesajları yollayaraq deyiblər ki, əllərində onlara məxsus görüntülər var.

BAKI, 18 may — Sputnik. Türkiyəli məşhur model və aparıcı Elif Uzunun "Instagram" hesabı oğurlanıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, mobil telefonuna gələn mesajı açandan sonra məşhurun başına belə hadisə gəlib.

İddiaya görə, onun dostluğunda olan müğənni, aktyor, model, siyasətçilər təhdid ediliblər.

Onun sözlərinə görə, hesabı ələ keçirən fırıldaqçılar dostluğunda olanlara təhdid mesajları yollayaraq deyiblər ki, əllərində onlara məxsus görüntülər var. Bu yolla həmin şəxslərdən pul istəyiblər. Bəziləri buna inanaraq onların dediyi hesaba pul köçürüb, bəziləri isə Uzuna zəng edərək bu barədə xəbər veriblər.

Uzunun şikayət məktubundan sonra qısa müddətdə hesabı qayıtsa da, artıq çox miqdarda pul oğurlanıb.

Eləcə də oxuyun:

Robert De Niro çəkiliş meydançasında yaralanıb

* Bu ilin "Kainat gözəli" kimdir?

Azərbaycanlı aparıcının Bill Qeytslə bağlı sözləri türk mediasında

 

9
Teqlər:
aparıcı, haker, model
Футболисты сборной Нидерландов

AVRO-2020: Daha bir yığma 1/8 finala vəsiqə qazanıb

10
Xallarını 6-ya çatdıran Niderland seçməsi vaxtından əvvəl pley-offa yüksəlib. Avstriya isə 3 xalla üçüncü pillədə qərarlaşıb.

Futbol üzrə Avropa çempionatının C qrupunda II tura yekun vurulub.

"Report"un məlumatına görə, Niderland millisi Amsterdamdakı "Yohan Kroyf Arena"da Avstriya yığması ilə qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən "narıncılar" 1/8 finala vəsiqəni təmin ediblər.

Görüşdə hesabı 11-ci dəqiqədə penaltidən Memfis Depay açıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıya da fəal başlayan meydan sahibləri 67-ci dəqiqədə Denzel Dümfrisin qolu ilə fərqi 2 topa çatdırıblar. Bu qol eyni zamanda oyunun yekun nəticəsini müəyyənləşdirib.

Beləliklə, xallarını 6-ya çatdıran Niderland seçməsi vaxtından əvvəl pley-offa yüksəlib. Avstriya isə 3 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, daha əvvəl İtaliya və Belçika yığmalarının qrupdan çıxmaları dəqiqləşib.

10

Bakıda Gülüstan sarayının yaxınlığında yanğın olub

13
Ölkənin şimal bölgəsindən başlamış yanğın dalğası axşam saatlarında artıq paytaxt Bakıya da çata bilib.

BAKI, 18 iyun - Sputnik. İyunun 17-də, axşam saatlarında Bakıda Gülüstan Sarayının yaxınlığında, Teymur Elçin küçəsində otlaq ərazidə yanğın baş verib.

APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 yanğınsöndürən texnikası hadisə yerinə cəlb edilib.FHN-in Səbail Rayon Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları APA-ya bildirib ki, ilkin məlumata görə, əraziyə siqaret kötüyü atılıb və bu, yanğına səbəb olub.

Yanğın nazirliyin yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.

Ətrafda olan heç bir ağac yanğın zamanı zərər görməyib.

13