Ukraynada Azərbaycan səfirliyinə məxsus saxta nömrə ilə avtomobili idarə edən saxlanılıb

14
(Yenilənib 12:37 15.05.2021)
Səfirliyin və DİN-in Ukraynadakı nümayəndəliyinin təkid və tələbindən sonra Azərbaycan diplomatik korpusuna məxsus saxta nömrə nişanı ilə avtomobili idarə edən şəxs saxlanılıb. Bu şəxsin Levan Revazoviç Çexani olduğu müəyyən edilib.

BAKI, 15 may - Sputnik. Ukrayna polisi ölkəmizin Kiyevdəki səfirliyinə məxsus saxta nömrə ilə avtomobili idarə edən şəxsi aşkarlayıb.

Bu barədə AZƏRTAC-a Ukrayna Milli Polisindən məlumat verilib.

Təxminən bir ay öncə “Kiyev Operativ” saytı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ölkəmizin Ukraynadakı səfirliyi nəzdindəki nümayəndəliyinə məxsus D 041 005 nömrə nişanlı avtomobilin yol qaydalarını kobud şəkildə pozmaqda və xidməti avtomobili insanların üzərinə sürməkdə günahlandırıb. Bu məlumat yayılandan dərhal sonra Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin müvafiq qurumlarına müraciət edərək səfirliyə məxsus saxta nömrə ilə idarə olunan avtomobilin tapılmasını istəmişdi.

© Photo: AZERTAG
Azərbaycanın Kiyevdəki səfirliyinə məxsus saxta nömrə ilə avtomobili idarə edən şəxs

Səfirliyin və DİN-in Ukraynadakı nümayəndəliyinin təkid və tələbindən sonra Azərbaycan diplomatik korpusuna məxsus saxta nömrə nişanı ilə avtomobili idarə edən şəxs saxlanılıb. Bu şəxsin Levan Revazoviç Çexani olduğu müəyyən edilib. İlkin araşdırma zamanı onun avtomobilindən D 041 005 nişanlı saxta nömrə götürülüb.

Onu da qeyd edək ki, Kiyevdə saxta diplomat nömrəsi ilə avtomobillərin idarə edilməsi halları əvvəllər də aşkarlanıb. Hazırda faktla bağlı araşdırma aparılır, istintaqın nəticələri barədə əlavə məlumat veriləcək.

14

Adamı bihuş edən bənövşəyi gözəllik: Zaqataladakı lavanda plantasiyasından fotolar

3
(Yenilənib 19:08 23.06.2021)
Yevlax-Zaqatala yolundakı lavanda tarlaları böyük bir fotostudiyanı xatırladır. Paytaxt Bakıdan və digər bölgələrdən insanlar bu gözəlliyi öz gözləri ilə görmək, lavandaların ətrini duymaq üçün bura üz tuturlar.

Yevlax-Zaqatala yolundakı lavanda tarlaları böyük bir fotostudiyanı xatırladır. Paytaxt Bakıdan və digər bölgələrdən insanlar bu gözəlliyi öz gözləri ilə görmək, lavandaların ətrini duymaq üçün bura üz tuturlar.

Sputnik Azərbaycan-ın bölgə müxbiri Zaqatalada qeyri-adi gözəlliyə və ətrə malik lavanda sahələrini lentə alıb. Gürcüstan sərhədinə yaxın ərazidə, Yevlax-Zaqatala yolundakı lavanda tarlaları böyük bir fotostudiyanı xatırladır. Paytaxt Bakıdan və digər bölgələrdən insanlar bu gözəlliyi öz gözləri ilə görmək, lavandaların ətrini duymaq və əlbəttə ki, fotoaparatın yaddaşına köçürmək üçün bura üz tuturlar.

Azərbaycanda lavanda sahələri cəmi bir neçə il əvvəl salınsa da, artıq yaxşı nəticə əldə etmək mümkün olub. Bu sahələrə giriş pulsuzdur.

Azərbaycanda yetişdirilən lavanda sortu Zaqatalaya Bolqarıstandan gətirilib və 36 hektar ərazidə əkilib. İldə iki dəfə məhsul götürülür. Aqronomlar bildirirlər ki, lavandalar yığılandan sonra xarici bazarlara tədarük olunur.

Hazırda lavandadan yalnız yağ alınır, amma gələcəkdə başqa məhsullar əldə etmək də planlaşdırılır.

Zaqataladakı göz oxşayan lavanda plantasiyasından çəkilmiş fotolara Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiz.

3
  • © Sputnik / Ibrahim Hashimov

    Zaqatalada lavanda sahəsi.

  • © Sputnik / Ibrahim Hashimov

    Bu sahələrə giriş pulsuzdur.

  • © Sputnik / Ibrahim Hashimov

    Zaqatalada lavanda sahəsi.

  • © Sputnik / Ibrahim Hashimov

    Lavanda Zaqatalada 36 hektar ərazidə əkilib.

  • © Sputnik / Ibrahim Hashimov

    Azərbaycanda lavanda sahələri cəmi bir neçə il əvvəl salınıb.

  • © Sputnik / Ibrahim Hashimov

    Azərbaycanda yetişdirilən lavanda sortu Zaqatalaya Bolqarıstandan gətirilib

  • © Sputnik / Ibrahim Hashimov

    İldə iki dəfə məhsul götürülür.

  • © Sputnik / Ibrahim Hashimov

    Zaqatalada lavanda sahəsi

  • © Sputnik / Ibrahim Hashimov

    Aqronomlar bildirirlər ki, lavandalar yığılandan sonra xarici bazarlara tədarük olunur.

  • © Sputnik / Ibrahim Hashimov

    Yevlax-Zaqatala yolundakı lavanda tarlaları.

  • © Sputnik / Ibrahim Hashimov

    Hazırda lavandadan yalnız yağ alınır, amma gələcəkdə başqa məhsullar əldə etmək də planlaşdırılır.

  • © Sputnik / Ibrahim Hashimov

    Zaqatalada lavanda sahəsi

Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus Defender

Rusiya Britaniya gəmisinin hərəkəti ilə bağlı təhqiqata çağırır

15
(Yenilənib 19:08 23.06.2021)
Rusiya MN Britaniya gəmisinin Qara dənizdə təhlükəli hərəkətlərini BMT konvensiyalarının pozulması kimi dəyərləndirib.

BAKI, 23 iyun — Sputnik. Rusiya Müdafiə Nazirliyi (MN) Böyük Britaniyanı Qara dənizdə gəmi insidenti ilə bağlı təhqiqat aparmağa çağırıb.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Rusiya MN bu gün Qara dənizdə Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus "Defender" minadaşıyan gəmisinin təhlükəli hərəkətlərini BMT konvensiyalaırnın kobud şəkildə pozulması kimi qiymətləndirib.

Qara dənizdə insident

Bu gün Qara dəniz donanması Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti ilə birlikdə Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus "Defender" tipli minadaşıyan gəminin Qara dənizdə sərhədi pozduğunu aşkarlayıb. Sərhəd keşikçi gəmisi xəbərdarlıq atəşi açıb, Su-24M bombardmançı təyyarəsi isə xəbərdarlıq məqsədli bomba atıb.

15