Rusiya və Azərbacyan XİN rəhbərləri Sergey Lavrov və Ceyhun Bayramov arasında görüş

Bayramovla Lavrov arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb

13
(Yenilənib 13:22 11.05.2021)
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov mühüm sənədi imzalayıblar.

BAKI, 11 may - Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb. Sənəd Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov tərəfindən imzalanıb.

Xatırladaq ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb.

13
Teqlər:
Ceyhun Bayramov, Rusiya XİN rəhbəri Sergey Lavrov, Sergey Lavrov
Şuşa, arxiv şəkli

Şuşanı azad edən hərbçilərimiz medala layiq görüldülər - SİYAHI

429
(Yenilənib 15:16 24.06.2021)
Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbçilərimiz medalla təltif olundular

BAKI, 24 iyun - Sputnik. Prezident İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda
aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

Təltif olunan hərbçilərin siyahısına buradan baxmaq olar.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı. 

44 gün davam edən müharibə zamanı Cəbrayıl, Füzuli, Zəngilan, Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Müdafiə Nazirliyinin məlumatına görə, İkinci Qarabağ savaşında şəhid olan hərbçilərdən 2841 nəfəri yanvarın 11-dək dəfn edilib. 64 nəfər isə itkin düşmüş sayılır. 

Vətən müharibədə xəsarət alan bütün qazilərin müalicə və reabilitasiyası Prezidentin göstərişi ilə dövlət tərəfindən gerçəkləşdirilir.

Dirçəliş

Müharibədən sonra işğaldan azad edilmiş bölgələrdə bərpa və quruculuq işlərinə başlanıb. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı müxtəlif xarici şirkətlər də dəvət alıb. Füzulidə beynəlxalq aeroportun tikilməsinə start verilib. Prezident İlham Əliyevin sözlərinə görə, ya Laçın, ya Kəlbəcərdə ikinci beynəlxalq hava limanı inşa ediləcək. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub və orada 30 illik fasilədən sonra "Xarı-bülbül" festivalı keçirilib. 

---------------

29.12.2021

14:27

Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilirlər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Təltif olunmuş hərbçilərimizin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz. 

Eləcə də oxuyun:

  • Bu igidlərimiz Qubadlının azad olunmasına görə medalla təltif olundular

  • Prezident hərbçilərimizi "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif etdi

  • "Zəngilanın azad olunmasına görə" medal alanları siz də tanıyın – SİYAHI

  • Bir qrup hərbçi "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi – SİYAHI

  • Prezident onları "Füzulinin azad olunmasına görə" medalı ilə təltif etdi – SİYAHI

429
Bakıda kişi gülləri sulayır, arxiv şəkli

Temperatur getdikcə yüksəlir - Sabaha anomal hava?

5
(Yenilənib 14:59 24.06.2021)
Tibbi-meteoroloji proqnoza gəlincə, həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir.

BAKI, 24 iyun — Sputnik. İyunun 25-də gözlənilən hava şəraiti açıqlanıb. ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 34-39, bəzi yerlərdə 41, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.

İyunun 25-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva da ötən gün Sputnik Azərbaycan-a açıqlamasında anomal istilərlə bağlı xəbərdaqlıq edib. O bildirib ki, həftə ərzində ayrı-ayrı rayonlarda havanın maksimum temperaturunun 40 dərəcəyə yaxın, ayın 24-25-də isə ölkənin əsasən aran bölgələrində temperaturun 42-44 dərəcəyədək yüksəlməsi proqnozlaşdırılır.

5
Teqlər:
Bakı, Azərbaycan, anomal isti, isti, temperatur