* AZƏRBAYCAN *
Ənbil göl, arxiv şəkli

Sabaha gözlənilən hava şəraiti açıqlandı

10
(Yenilənib 14:07 11.05.2021)
Havanın temperaturu gecə 7-12 isti, gündüz 22-27 isti, dağlarda gecə 3-8 isti, gündüz 13-18 dərəcə isti olacaq.

BAKI, 11 may — Sputnik. Mayın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.

ETSN-in Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, havanın temperaturu gecə 10-13 isti, gündüz 18-23 dərəcə isti olacaq.

Bakıda gecə 10-12 isti, gündüz 20-22 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 , gündüz 45-50 faiz olacaq.

Mayın 12-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman. Şərq küləyi 5-10 m/s. Havanın temperaturu gecə 7-12 isti, gündüz 22-27 isti, dağlarda gecə 3-8 isti, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

10
Lənkəranda qətl yerində post-patrul xidmətinin avtomobili

Lənkəranda iki nəfərin qətlinin təfərrüatı

1036
(Yenilənib 15:55 24.06.2021)
Lənkəranda axşam saatlarında qohumlar hələlik bilinməyən səbəblərdən bir-birilərini qanlarına qəltan ediblər.

BAKI, 23 iyun - Sputnik. Lənkəranda qohumlar arasında qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbrinin məlumatına əsasən, hadisə Havzava kəndində olub. 

Gecə saatlarında Lənkəran rayonunun Havzava kəndi ərazisində kənd sakini, 1982-ci il təvəlüddlü Seymur Şiriyev 2 nəfəri: əmisi oğlu, 1987-ci il təvəllüdlü Elmar Şiriyevi və bibisi nəvəsi, 1992-ci il təvəllüdü Alim Mirzəyevi ov tüfəngi ilə qətlə yetirib. Mərhumların qohumlarının fikrincə, qatıl lüləsi kəsilmiş tüfənglə cinayəti törədib. Hazırda polis qətli törədən S.Şiriyevin axtarışlarını davam etdirir. 

Qətlə yetirilənlərin meyitləri müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.

"Evdə idim, bir də gördüm, camaat qışqırır, pencərədən çıxıb soruşdum ki, “Bala, nə olub?” Kimdən nə baş verdiyini soruşdumsa da heç kim bir şey demədi", - qətlə yetirilən Alim Mirzəyevin qaynatası Məmmədrza Hacırza oğlu Məmmədov Sputnik Azərbaycan-ın bölgə müxbirinə kürəkəni və yaxın qohumunun qətlə yetirilməsi haqqında danışarkən deyib.

“Elmarın atası da gəlib nə baş verdiyini soruşdu, “Bilmirəm” dedim.  Sonra mənə Alimin meşədə vurulduğunu dedilər.  “Sən nə danışırsan? Onu meşədə kim vura bilər? Alimin 2 metr boyu var, onun qolunun uzunluğu elə 1 metrdən çoxdur. Ona kim yaxın gələ bilər?” - deyə fəryad etdim. Dedilər, vurublar, ancaq salamatdır. Elə bu dəmdə Sərdar kişi oğlunun gəlini ilə bir yerdə malların dalıyca bağa getdiyini dedi. Amma bizim evin yanından kimsə keçib, bağa tərəf getməmişdi. Sonra isə başqa biriləri dedilər ki, Alim salamatdır, Elmarı tüfənglə Sərdarın qardaşı oğlu, elə mənim də qohumum olan Seymur vurub. Tez aşağıya düşdüm, Sərdara yaxınlaşıb vəziyyəti soruşdum. Mənə Alimin vurulduğunu dedi, mən isə “Mənə isə dedilər, Elmarı vurublar” söylədim. Mən tez Təcili Tibbi Yardım Stansiyasına zəng vurdum ki, gəlsinlər və iki nəfərin öldürüldüyünü polislərə xəbər etsinlər. 

Biz qaça bilmədik, amma kəndin cavanları meşəyə qaçdılar. Bunların ikisi də meşədə vurub. Gəlib evdən tüfəngi götürüb sonra dirəyib Alimə, onu meşəyə aparıb. Bu rəhmətlik də qəti səsini çıxarmayıb. Mənim qızımın baldızı onları görüb, amma nə olduğunu anlamayıb. Uşağın ağlına gəlməyib ki, bunların biri-biriləri ilə araları yoxdur və onlar bir yerdə haraya gedirlər? Həmin Seymurun ailəsi qonşuluqda heç kimlə yola getmir. Alimin bir xəstə uşağı da var”.

Mərhum Elmarın atası Sərdar Şiriyev bir uşağın gəlib ona oğlunun vəziyyətnin pis olduğunu dediyini bildirdi: “Elmarın meyitini gətirmək üçün gəlib evdən nərdivan apardılar, amma onun öldüyünü mənə demədilər. Soruşdum, nə olub? Dedilər, Sərrafın oğlu Elmarı vurub, səbəb? Səbəbi bilinmir nədir. Gedib meşəyə odun doğrayan yerdə Elmarı vurub.  O, həm mənim qonşum, həm də qardaşım oğludur. Heç əmioğlu da əmioğlunu vurar? Elmarın 3 uşağı, Alimin isə bir körpə balası atasız qaldı".

Eləcə də oxuyun:

  • Ağdaşda hər kəs şokdadır: Kənd sakini qardaşını qətlə yetirib, həmkəndlisini isə yaralayıb

  • Məhkəmə iclasından sonra qan düşdü: bir qadın da belə öldürüldü

  • Adil Suleymanov: “Qardaşıma bəraət verilərsə, Avropa məhkəməsinə müraciət etmərik”

1036
Bakubus avtobusu, arxiv şəkli

"BakuBus"ın avtobusu qəzaya düşdü - FOTO

81
Hadisə zamanı ölən olmasa da, bir neçə nəfər xəsarət alıb. Qəza Neftçilər prospektində "Dəniz Mall"ın yanında baş verib.

BAKI, 24 iyun — Sputnik. Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, qəza Əl Oyunları İdman Sarayının qarşısında baş verib. Əldə etdiyimiz məlumata görə, hadisə zamanı iki avtobus toqquşub. 5 saylı avtobus yararsız vəziyyətə düşüb.

Hadisə zamanı ölən olmasa da, bir neçə nəfər xəsarət alıb. Qəza Neftçilər prospektində "Dəniz Mall"ın yanında baş verib. Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda hadisəylə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.

Qeyd edək ki, iyunun 17-də daha bir Bakubus-a aid 3 nömrəli xətt üzrə dövlət qeydiyyat nişanı 99 JU 864 olan avtobusun iştirakı İnşaatçılar prospektində yol nəqliyyat hadisəsi baş vermişdi. Hadisə zamanı xəsarət alan və ölüm halı qeydə alınmamışdı.

Eləcə də oxuyun:

  • Yeni çəkilmiş bu yolda qəzaları dəqiqələr ayırır

  •  "Mercedes" markalı yük avtomobili bir bölgənin qaz xəttini sıradan çıxardı

81