Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Şəhidlər xiyabanında Azərbaycanın qəhrəman övladlarının xatirəsini anıb

Sergey Lavrov Bakıda Fəxri xiyabanı Şəhidlər xiyabanını ziyarət edib

40
(Yenilənib 12:34 11.05.2021)
Mariya Zaxarova Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etməsi barədə paylaşım edib.

BAKI, 11 may - Sputnik. Azərbaycanda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Döyüş şöhrəti memorialını ziyarət edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Facebook səhifəsində paylaşım edib.

Xatırladaq ki, hazırda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşür.

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətinin ötən gün Bakıya səfəri başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da nümayəndə heyətini qəbul edib.

Mayın 11-dək davam edəcək səfər çərçivəsində Lavrov Azərbaycan rəhbərliyi ilə ikitərəfli və regional məsələləri müzakirə edəcək.

  • Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Şəhidlər xiyabanında Azərbaycanın qəhrəman övladlarının xatirəsini anıb
    © Photo : Ministry of Foreign Affairs of the Russian Federation
  • Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Şəhidlər xiyabanında Azərbaycanın qəhrəman övladlarının xatirəsini anıb
    © Photo : Ministry of Foreign Affairs of the Russian Federation
  • Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Şəhidlər xiyabanında Azərbaycanın qəhrəman övladlarının xatirəsini anıb
    © Photo : Ministry of Foreign Affairs of the Russian Federation
1 / 3
© Photo : Ministry of Foreign Affairs of the Russian Federation
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Şəhidlər xiyabanında Azərbaycanın qəhrəman övladlarının xatirəsini anıb

Danışıqlar əsnasında prioritet mövzular Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 9-da və 2021-ci il yanvarın 11-də verdikləri bəyanatların reallaşdırılmasının təcrübi aspektləri olacaq. 

Sergey Lavrovun Azərbaycan Prezidenti İlham Əliyev və Xarici işlər naziri Ceyhun Bayramovla görüşləri planlaşdırılır.

RF XİN başçısı sonuncu dəfə Azərbaycana 2020-ci ilin noyabrında, İkinci Qarabağ müharibəsinin bitməsindən dərhal sonra gəlmişdi.

Xatırladaq ki, mayın 5-6-da Sergey Lavrov Ermənistana rəsmi səfər etmişdi.

40
Kinolent, arxiv şəkli

Azərbaycanda yeni kino platforması fəaliyyətə başlayıb

0
(Yenilənib 08:43 18.06.2021)
Platformanın yaradılmasında məqsəd Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir.

 

BAKI, 18 iyun — Sputnik. "Narimanfilm" kinostudiyasının xaricdə yaşayan soydaşlarımız üçün xüsusi olaraq hazırladığı https://azcinemaonline.com/ internet kinoteatrı yenilənmiş platformada fəaliyyət göstərməyə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, platformanın yaradılmasında məqsəd digər ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrini möhkəmləndirmək, onları mədəniyyət və kino sahəsində baş verən yeniliklərlə tanış etmək, Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir. Eyni zamanda, gənc kinematoqrafçılarımıza öz işlərini dünya izləyicilərinə təqdim etmək imkanı yaratmaq və Azərbaycan kinematoqrafçıları ilə digər ölkələrdən olan həmkarları arasında iş birliyinin qurulması üçün şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Burada Azərbaycan kinosunun inciləri ilə yanaşı, həmçinin ölkəmizin ərazisində xarici kinematoqrafçılar tərəfindən çəkilmiş filmlərlə tanış olmaq, onlara rəy bildirmək və kinotənqidçilərlə birlikdə müzakirələrə qoşulmaq mümkündür.

Platforma vasitəsilə ölkəmizin kino tarixi boyu yaradılmış müxtəlif bədii, sənədli və animasiya filmlərinin izlənməsi sayt istifadəçilərinə bir növ Azərbaycana açılan pəncərə olaraq gözəl Vətənimizi daha yaxşı tanımalarına imkan yaradır.

0
Футболисты сборной Нидерландов

AVRO-2020: Daha bir yığma 1/8 finala vəsiqə qazanıb

10
Xallarını 6-ya çatdıran Niderland seçməsi vaxtından əvvəl pley-offa yüksəlib. Avstriya isə 3 xalla üçüncü pillədə qərarlaşıb.

Futbol üzrə Avropa çempionatının C qrupunda II tura yekun vurulub.

"Report"un məlumatına görə, Niderland millisi Amsterdamdakı "Yohan Kroyf Arena"da Avstriya yığması ilə qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən "narıncılar" 1/8 finala vəsiqəni təmin ediblər.

Görüşdə hesabı 11-ci dəqiqədə penaltidən Memfis Depay açıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıya da fəal başlayan meydan sahibləri 67-ci dəqiqədə Denzel Dümfrisin qolu ilə fərqi 2 topa çatdırıblar. Bu qol eyni zamanda oyunun yekun nəticəsini müəyyənləşdirib.

Beləliklə, xallarını 6-ya çatdıran Niderland seçməsi vaxtından əvvəl pley-offa yüksəlib. Avstriya isə 3 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, daha əvvəl İtaliya və Belçika yığmalarının qrupdan çıxmaları dəqiqləşib.

10