Spirtli içki, arxiv şəkli

Hansı alkoqollu içkini ac qarına içmək olmaz

31
"Alkoqolu mümkün qədər az için, qədəhlər arasında fasiləni artırın və əlbəttə ki, içki içərkən nə isə yeyin. Ac qarına zəhər içmək olmaz".

BAKI, 9 may — Sputnik. Tünd alkoqollu içkiləri ac qarına qəbul etmək xüsusilə zərərlidir, lakin bir udum şampan şərabı və ya çaxırın pendir və ya qızıl balıqla qəbul edilməsi orqanizmin fermentativ sisteminin işə düşməsi üçün aperitiv ola bilər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Moskva şəhərinin baş narkoloqu Yevgeni Bryun deyib.

"Hansı həkimdən soruşsanız, sizə deyəcək ki, alkoqolun təhlükəsiz miqdarı yoxdur. Lakin etiraf edək ki, əksər insanlar bayram günlərində alkoqollu içkilər qəbul edirlər. İçki içmək mədəniyyətinə gəldikdə isə, aperitiv deyilən bir anlayış var. Lakin o qətiyyən kütləvi içki qəbuluna çevrilməməlidir. Bu sadəcə olaraq orqanizmin fermentativ sisteminin işə düşməsi üçün kiçik miqdarda içki deməkdir. Tünd içkiləri ac qarına içmək xüsusilə zərərlidir. Məsələn, fransızlar içkini yeməklə qəbul edirlər, almanlar isə yeməkdən sonra. Bizdə isə içkini ac qarına içirlər. Bu, həm düzgün deyil, həm də təhlükəlidir", - deyə Bryun bildirib.

Onun sözlərinə görə, alkoqolun acqarına qəbul edilməsi alkoqol zərbəsinə, yəni qeyri-iradi sərxoşluğa gətirə bilər. Ona görə də əvvəlcə bir qədər yemək, daha sonra isə içmək lazımdır. Alkoqol ümumiyyətlə mümkün qədər az içilməli, qədəhlər arasındakı fasilələr isə mümkün qədər uzun olmalıdır.

"Əlbəttə, bütün gün boyu az-az içmək də olmaz. Günün müəyyən saatları var ki, həmin vaxt alkoqol "şərti olaraq təhlükəsiz" sayıla bilər. Belə düşünülür ki, insan şam yeməyi zamanı bir qədər içki qəbul edib, sonra yata bilər", - deyə həkim bildirib.

Narkoloq həmçinin alkoqol intoksikasiyası zamanı köməyə çata, alkoqolun orqanizmdə mübadiləsini sürətləndirə biləcək dərmanların da olduğunu deyib.

"İlk növbədə bu askorbin turşusudur, çünki o orqanizmdə mübadilə proseslərini sürətləndirir. Yantar, limon turşuları həddən artıq sərxoşluğun və sonrakı başağrının qarşısını alır. Lakin, məsələn mədə xorasından əziyyət çəkənlər üçün bu üsul yaramır. Bu, yalnız tam sağlam adamlar üçündür. Yaddan çıxarmaq olmaz ki, istənilən alkoqol mədənin selikli qişasını qıcıqlandırır və bəzən olur ki, alkoqol qəbul etdikdən sonra selikli qişanın eroziyası və mikro-zədələr baş verir. Bunu qabaqcadan hesablamaq mümkün deyil, ona görə də biz eyni şeyi təkrar-təkrar deyirik: alkoqolu mümkün qədər az için, qədəhlər arasında fasiləni artırın və əlbəttə ki, içki içərkən nə isə yeyin. Ac qarına zəhər içmək olmaz", - deyə Bryun qeyd edib.

Narkoloq onu da deyib ki, alkoqolla bağlı hər hansı problem meydana çıxdığı təqdirdə təcili olaraq həkimə müraciət etmək lazımdır.

31

Londonun su batmış küçələri

5
(Yenilənib 22:21 26.07.2021)
Böyük Britaniyanın paytaxtı son onillikdə ən güclü daşqınlardan biri ilə qarşılaşıb. Sputnik Azərbaycan-ın fotolentində Londonun təbii fəlakətlə necə mübarizə apardığını görə bilərsiniz.

Londonda bazar günü günortadan sonra güclü yağış yağıb.

Su basması ilə əlaqədar yol-nəqliyyat polisi tunellərin və yol qovşaqlarının bağlanması barədə məlumat yayıb.

Şəhər yanğın xidməti bazar günü daşqınla əlaqədar insidentlərlə bağlı 600-dən artıq zəng qəbul edib.

Londonda bir neçə saat ərzində aylıq yağıntı miqdarı düşüb, sel metro stansiyalarına doğru axaraq turniketlərin yanında burulğanlar yaradıb. Daşqın nəticəsində bazar ertəsi nəqliyyatın hərəkətində ciddi ləngimələr olub. 

Britaniyalılara uzunboğaz çəkmələrini şkaflardan çıxarmağı məsləhət görüblər. Sinoptiklərin proqnozlrına görə, yay ən azı üç həftəlik olmayacaq.

 

5
  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

İl-76 təyyarəsi, arxiv şəkli

Rusiyada nüvə müharibəsi ehtimalı üçün "Məhşər günü təyyarəsi" yaradılacaq

14
Bu təyyarələr yerüstü və peyk infrastrukturunun düşmən tərəfindən sıradan çıxarıldığı təqdirdə ölkənin ali rəhbərliyinin təxliyəsi və qoşunların havadan idarə olunması üçün lazımdır

 

BAKI, 26 iyul — Sputnik. Voronejdə geniş gövdəli İl-96-400M təyyarəsi əsasında nüvə müharibəsi olduğu təqdirdə qoşunların idarə olunması üçün yeni uçuş aparatının yaradılmasına başlanıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu cür "Məhşər günü təyyarələri" vaxtilə İl-86 sərnişin təyyarələrinin əsasında hazırlanmış və hazırda istifadədə olan İl-80 təyyarələrini əvəz edəcək.

İl-96-400M laynerlərinin uçuş məsafəsi əvvəlki versiya ilə müqayisədə iki dəfə artırılacaq. Ümumilikdə Rusiya ordusunun sərəncamına "Zveno-3S" layihəsi çərçivəsində iki ədəd bu cür hava komanda məntəqəsi təhvil veriləcək.

Təyyarədə istifadə olunacaq radiorabitə kompleksi altı min kilometr radiusda əmrləri yerüstü və sualtı raket atəşi qurğularına ötürməyə imkan verəcək.

Bu təyyarələr yerüstü və peyk infrastrukturunun düşmən tərəfindən sıradan çıxarıldığı təqdirdə ölkənin ali rəhbərliyinin təxliyəsi və qoşunların havadan idarə olunması üçün lazımdır.

14