Hər il tələbələrin 3 faizi ali məktəbdən xaric olunur

© AFP 2023 / FREDERICK FLORINСтуденты сдают экзамен, фото из архива
Студенты сдают экзамен, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.05.2021
Abunə olmaq
"2016-2017-ci ildə pandemiya olmayıb, həmin il 3588 nəfər, 2017-2018-ci ildə 3807 nəfər tələbə universitetdən xaric olunub", - deyə nazir bildirib.

BAKI, 8 may — Sputnik. "Tələbələrin universitetlərdən xaric olunması rəqəmlərinin artması barədə deyilənlərlə bağlı araşdırma aparmışıq. Statistikaya görə, böyük dəyişiklik müşahidə olunmur. Təxminən hər il 3 faiz tələbə müxtəlif səbəblərdən ali məktəbdən xaric olunur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsindəki canlı yayımda deyib.

"2016-2017-ci ildə pandemiya olmayıb, həmin il 3588 nəfər, 2017-2018-ci ildə 3807 nəfər tələbə universitetdən xaric olunub", - deyə nazir bildirib.

Xəbər lenti
0