Fransa və Kanadanın çaşqınlıq yaratmaq niyyəti nədən xəbər verir?

© AFP 2023 / LUDOVIC MARINФлаг Франции на Елисейском дворце, фото из архива
Флаг Франции на Елисейском дворце, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.05.2021
Abunə olmaq
Təəssüf doğuran məqamlardan biri də odur ki, Fransa bütün bu davranışları sərgilədiyi bir vaxtda həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 8 may — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Fransa və Kanada Xarici İşlər nazirliklərinin erməni əsirlərin azad olunması ilə bağlı çağırışına cavab verib. Hər iki ölkənin xarici siyasət qurumunun diqqətinə çatdırılıb ki, Ermənistan tərəfi hələ də beynəlxalq humanitar hüquq öhdəliklərini, eləcə də üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və əgər bu ölkələr birtərəfli deyil, obyektiv yanaşma nümayiş etdirmək istəyirlərsə, o zaman Ermənistana çağırış edərək beynəlxalq humanitar hüquq öhdəliklərinə riayət etməsini, bölgədə dayanıqlı sülhə əngəl olan fəaliyyət və əməllərdən çəkinməsini tələb edərlər.

Qeyd edək ki, Kanada və Fransa “Azərbaycanda saxlanılan bütün məhbusların sərbəst buraxılmasına” çağırıb. Bu barədə hər iki ölkənin Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” hesablarında paylaşım edilib.

Вид на город со смотровой площадки в Баку. - Sputnik Azərbaycan, 1920, 04.05.2021
SİYASƏT
Rəsmi Bakı Ermənistan XİN-ə cavab verdi

Bəzi qərb dövlətlərinin müharibə dövründə Azərbaycanı atdığı addımlardan çəkindirmək istəməsi, beynəlxalq hüququn icrasına mane olmağa çalışması hər kəsə bəllidir. Bu nəticəsiz addımlar müharibədən sonrakı dövrdə də davam etməkdədir. Məsələn, Azərbaycan tərəfinin addımları bu qəbildən olan ölkələr tərəfindən təzyiq vasitəsi kimi istifadə edilməyə çalışılır. Bəs qərb dövlətlərinin qıcıqlandırıcı davranışlarının arxasında nə dayanır?

Sputnik Azərbaycan mövzu ilə bağlı millət vəkili Arzu Nağıyevin və politoloq Araz Qurbanovun fikirlərini öyrənib.

Millət vəkili Arzu Nağıyev deyib ki, elə müharibə dövründə də Fransa, Kanada və digər ölkələr tərəfindən Azərbaycan haqqında həqiqəti əks etdirməyən, bir çox hallarda birtərəfli yanaşmanı təmsil edən fikirlər ortaya atılıb: “Təəssüf doğuran məqamlardan biri də odur ki, Fransa bütün bu davranışları sərgilədiyi vaxtda həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Bu ölkə sülhə çağırış əvəzinə qıcıqlandırıcı fikirlər yaymaqla məşğul olur. Bunun səbəbləri bəllidir. Azərbaycan torpaqlarının işğalda olduğu dövrdə Fransa-Ermənistan münasibətləri iqtisadi, hərbi və siyasi maraqları özündə ehtiva edirdi. İşğal edilmiş torpaqlardan külli miqdarda əldə olunan gəlirlər müharibədən sonra dayandı. Ona görə də itirilmiş iqtisadi imkanları qəbul edə bilmirlər. Həmçinin müharibə ərzində Fransa vətəndaşı olan erməni əsilli vətəndaşların aktiv döyüşlərə qatıldığı sübuta yetirilib. Bu gün atılan bu addımlar beynəlxalq hüquqa zidd olan hərəkətlərdən fikri yayındırmaq və dünyada çaşqınlıq yaratmağa hesablanıb. Eyni addımları Kanada da edir və onun da bu hərəkətlərinin arxasında iqtisadi maraqların dayanması sirr deyil. Biz həm də bilirik ki, müharibə dövründə Kanada KİV-ində bu ölkə vətəndaşlarının aktiv döyüşlərdə iştirakı ilə bağlı məlumatlar yayılmışdı. Azərbaycan əraizisində terror anklavı yaratmaq istəyən diversiya qrupları var idi. Ancaq Azərbaycan hərbçilərinin uğurlu əməliyyatı ilə həmin terrorçu qruplar ələ keçirildi. Saxlanılan şəxslərdən üçünün hər hansı təxribat törətmədiyi aydınlaşdıqdan sonra humanizm prinsiplərini əsas götürən Azərbaycan dövləti tərəfindən ölkələrinə geri göndərildi. Bu gün saxlanılan şəxslərin hərbi əsir olması iddiaları və məsələni hüquqi müstəvidən yayındırmaq cəhdləri var. Bu məsələdən istifadə etmək istəyənlər müxtəlif spekulyativ çıxışlar edirlər. Lakin təəssüf doğuran odur ki, bu ölkələr nə Xocalı haqqında, nə də işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən törədilmiş dağıntılar, mədəni abidələrin məhvi ilə bağlı danışmaq istəmirlər”.

Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920, 07.05.2021
SİYASƏT
Rəsmi Bakıdan Fransa və Kanadaya sərt xəbərdarlıq

Arzu Nağıyev bildirib ki, post-müharibə dövründə Azərbaycan-Türkiyə-Rusiya tərəfindən formalaşdırılan əməkdaşlıq platforması Fransa kimi ölkələr tərəfindən qısqanclıqla qarşılanır: “Azərbaycan uzun müddətdir icra edilməyən BMT qətnamələrini beynəlxalq hüquq normaları əsasında icra etdi. Bu zaman Türkiyə və Rusiyanın nümayiş etdirdiyi mövqe hər kəsə bəllidir. Bu ölkələrin regionda nüfuzu yüksəlib”.

Politoloq Araz Qurbanov isə bildirib ki, Qərb və Rusiya arasında Cənubi Qafqaz üzərində geosiyasi və geoiqtisadi mənafe mübarizəsi dərinləşməkdədir: “Təbii ki, Qərbdə belə qərəzli münasibətin yaranmasında bir neçə amil qıcıqlandırıcı rol oynamaqdadır. Birincisi, Azərbaycan Respublikası müstəqil xarici siyasət yürüdür, həmçinin Qərbdə total islamafobiya və xristian həmrəyliyi dövlət siyasəti səviyyəsinə qaldırılıb. Eyni zamanda isə Azərbaycan, Türkiyə və Rusiya arasında strateji sahələr üzrə tərəfdaşlıq münasibətləri inkişaf edir. Bu məsələdə Ermənistan və onun rəhbərliyi isə vasitədir. Fikrimcə, erməni diasporu və lobbisi bu fəaliyyətdə əhəmiyyətli rola malik deyil, yardımçı rol oynayır”.

Xəbər lenti
0