CƏrimə

AQTA məşhur restoranları cərimələdi

10
(Yenilənib 19:53 07.05.2021)
Yasamal ‎rayonu, Mətbuat prospektində yerləşən "Öz süt" restoranı və Şərifzadə küçəsində yerləşən "KFC" kafesi cərimələniblər.

BAKI, 7 may — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 434 ictimai iaşə obyektində 736 monitorinq keçirib.

AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 24 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nəsimi rayonu, 28 May küç., ev 11, m. 24 ünvanında yerləşən, fiziki şəxs İmanov Nihad İldırım oğluna məxsus restoran;

2. Bakı şəhəri, Nəsimi rayonu, Behbudov küç., ev 17 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Yunus Həsənalı oğluna məxsus dönər evi;

3. Bakı şəhəri, Sabunçu ‎rayonu, Əliyev küçəsi 26 ünvanında yerləşən, fiziki şəxs İmamalıyev Röyal Duman oğluna məxsus "La villa" restoranı;

4. Bakı şəhəri, Yasamal ‎rayonu, Mətbuat pr., ev 29 ünvanında yerləşən, hüquqi şəxs "Öz süt Azərbaycan" MMC-yə məxsus "Öz süt" restoranı;

5. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 129V ünvanında yerləşən, hüquqi şəxs "GFC" MMC-yə məxsus "KFC" kafesi;

6. Bakı şəhəri, Yasamal ‎rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən, fiziki şəxs Zeynalov Xəyal Əlizadə oğluna məxsus pub;

7. Bakı şəhəri, Binəqədi ‎rayonu, Xəndan küç., ev 52C ünvanında yerləşən, fiziki şəxs Kərimov Elməddin oğluna məxsus "Zirinc" restoranı;

8. Bakı şəhəri, Səbail ‎rayonu, Kiçik Qala 114 ünvanında yerləşən, fiziki şəxs Bədəlov Samiq Maxsud oğluna məxsus "Cızbız" restoranı;

9. Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov küç., ev 43 ünvanında‎ yerləşən, fiziki şəxs Ağayev Nurlan Qüdrət oğluna məxsus kafe;

10. Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov küç., ev 19, m. 18 ünvanında yerləşən, fiziki şəxs Nağıyev Emil İbrahim oğluna məxsus "Çayko" çay evi;

11. Bakı şəhəri, Binəqədi ‎rayonu, Bəhlulzadə küç., ev 16, m. 6 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Məmməd Hacıabdulla oğluna məxsus "Araz" kafesi;

12. Bakı şəhəri, Binəqədi ‎rayonu, Babayev küç., ev 10D ünvanında yerləşən, fiziki şəxs Umbayev Nizami Ağaisa oğluna məxsus kafe;

13. Bakı şəhəri, Nizami rayonu, Nuriyev küçəsi 29 ünvanında yerləşən, fiziki şəxs Əliyev Fərid Aslan oğluna məxsus "Sarf" kafesi;

14. Bakı şəhəri, Nərimanov rayonu, Ağanemətulla küç., ev 184a ünvanında yerləşən, fiziki şəxs Həşimov Səddrəddin Qulam oğluna məxsus "Lavaş" restoranı;

15. Bakı şəhəri, Nəsimi rayonu,‎ Nizami küç., ev 91 ünvanında yerləşən, fiziki şəxs Osmanov Ayaz Camal oğluna məxsus "Barista and Chef" restoranı;

16. Bakı şəhəri, Nəsimi rayonu,‎ Puşkin küçəsi 13 ünvanında yerləşən, fiziki şəxs Əhədov Müşfiq Ramiz oğluna məxsus "Puşkin" restoranı;

17. Bakı şəhəri, Nizami rayonu, Qarayev pr., Laçın univermağının yanında yerləşən, fiziki şəxs Haqverdiyev Nizami Səməd oğluna məxsus dönər evi;

18. Bakı şəhəri, Xətai rayonu, Hadi küç., ev 1 ünvanında yerləşən, fiziki şəxs Abişov Rufan Qəzənfər oğluna məxsus kafe;

19. Şamaxı rayonu, Yusif Məmmədəliyev qəsəbəsində yerləşən, fiziki şəxs Bəkirov Hilal Məzahir oğluna məxsus "Fortuna" restoranı;

20. Ağdam rayonu, Dördyol qəsəbəsində yerləşən, fiziki şəxs Əliyev Ceyhun Nadir oğluna məxsus "Ağdam" kafesi;

21. Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən, fiziki şəxs Mamedov Cavad Kamal oğluna məxsus kafe;

22. Şəki şəhəri, Abid Əfəndiyev küçəsində yerləşən, fiziki şəxs Abdulxalıqov Murad Möhüb oğluna məxsus kafe;

23. Salyan rayonu, Ələt-Astara şosesində yerləşən, fiziki şəxs Kazımov Fazil Kazım oğluna məxsus kafe;

24. Gəncə şəhəri, Dos-102 ünvanında yerləşən, fiziki şəxs Hüseynəliyev Elşən Elxan oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

10

Hökumətdən yeni hava limanlarının tikintisi işində böyük güzəşt

2
(Yenilənib 13:09 19.06.2021)
Azad edilən ərazilərdə 3 hava limanının tikintisi üçün idxal edilən mallar gömrük rüsumuna cəlb olunmayacaq.

BAKI, 19 iyun — Sputnik. Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qərara əsasən, "Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilib.

Bu bəndlə müəyyən edilən mal nomenklaturasına müvafiq idxal olunan malların Füzuli, Laçın və Zəngilan beynəlxalq hava limanlarının tikintisi üçün istifadəsinin təsdiq edilməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçiriləcək.

Bu mallar gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2024-cü il 1 yanvar tarixinədək qüvvədədir.

Füzuli beynəlxalq hava limanı

2020-ci il noyabrın 26-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ICAO-nun Füzulidəki hava limanı da daxil olmaqla 6 hava limanının beynəlxalq yer indeksləri kataloquna daxil edilməsi barədə Dövlət Mülki Aviasiya Agentliyinin müraciətini təmin etdiyini bildirib.

2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam verib. Gələcək hava limanının təməlqoyma mərasimi həmən ilin yanvar ayının 14-də baş tutub.

Köhnə aeroportun yerində tikilən Füzuli beynəlxalq hava limanında uçuş-enmə zolağının inşası ilə bu sahədə böyük təcrübəsi olan "AzVirt" MMC məşğul olur. Hava limanının tikintisi yanvar ayında başlayıb. Plana əsasən ilin sonuna kimi uçuş-enmə zolağı, eləcə də peron istifadəyə veriləcək. Yeni hava limanının uçuş-enmə zolağının uzunluğu 3 000 metr olacaq.

AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov bildirib ki, Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşun sentyabrın 5-də keçirilməsi planlaşdırılır.

2
Приморский парк в Баку

Bazar günü 40 dərəcəyədək isti olacaq

7
(Yenilənib 13:00 19.06.2021)
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.

BAKI, 19 iyun — Sputnik. Azərbaycanda iyunun 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-25 isti, gündüz 30-35 isti, Bakıda gecə 23-25 isti, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 35-40 isti, dağlarda gecə 13-18 isti, gündüz 22-27 dərəcə isti olacaq.

7