Rusiya XİN rəhbəri Sergey Lavrov, arxiv şəkli

Veteranlar Qaregin Njde ilə bağlı daha bir müraciət etdilər

852
(Yenilənib 07:51 07.05.2021)
Rusiyanın erməni diasporu hər il Vladimirdə, knyaz Vladimir qəbiristanlığında Njdenin qəbrinin ziyarət olunmasını, bu faşist cəlladın xatirəsinin ehtiramla yad olunmasını təşkil edir.

 

BAKI, 7 may — Sputnik. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının (MƏSQVT) Rəyasət Heyəti Rusiya Federasiyasının xarici işlər naziri Sergey Viktoroviç Lavrova müraciət ünvanlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli Sergey Viktoroviç Lavrov!

Faşizm üzərində tarixi Qələbənin 76-cı ildönümü ərəfəsində biz – Böyük Vətən müharibəsi veteranları Sizə müraciət edərək Hitler nasizminin erməni əlaltılarının qəhrəmanlar kimi qələmə verilməsi cəhdlərinin bizi narahat etdiyini bildirmişdik. Həmin müraciətdə nasist canilərin həm Ermənistanın özündə, həm də faşistlərin qətlə yetirdikləri milyonlarla insanın xatirəsinə ehtiram bəsləyən Rusiyanın informasiya-mədəniyyət məkanında həyasızcasına təriflənməsindən söhbət gedirdi.

Biz ürək ağrısı ilə sizin diqqətinizi ona cəlb etmişdik ki, Ermənistan bədnam generallar Dro və Njde kimi məşhur olan erməni SS cəza legionunun başçıları Drastamat Kanayan və Qaregin Ter-Arutyunyanın təmizə çıxarılması üçün Rusiyanın resurslarından istifadə edir. Nasist rejimin əlaltısı, Hitlerin və Gimmlerin dostu olmuş Njde məşhur KİV-lərdə qəhrəmanlara bərabər tutulur.

Bundan əlavə, Moskvada "Qaregin Njde ilə söhbətlər və ya Njdenin 125 illiyinə abidə" adlı kitabın təqdimatı keçirilib. Paradoks ondan ibarətdir ki, bu tədbirin təşkilatçılarının fikrincə, "Njdenin ideyaları bu gün həmişəkindən daha aktualdır və müasir cəmiyyətdə fəal təbliğ olunmalıdır". Bir daha xatırlatmaq yersiz olmaz ki, 1948-ci ildə Njde hərbi cani kimi 25 il həbs cəzasına məhkum edilib və 1957-ci ildə Vladimir mərkəzi həbsxanasında ölüb. Ona bəraət verilməyib. Məhkəmə əvvəl çıxarılmış hökmü qüvvədə saxlayıb.

Buna baxmayaraq, Rusiyanın erməni diasporu hər il Vladimirdə, knyaz Vladimir qəbiristanlığında Njdenin qəbrinin ziyarət olunmasını, bu faşist cəlladın xatirəsinin ehtiramla yad olunmasını təşkil edir. Adı çəkilən qəbiristanlıqda bu faşist əlaltısına xatirə kompleksi tikilməsi barədə məsələ də qaldırılır.

Sizə böyük təşəkkürümüzü bildirərək vurğulamaq istəyirik ki, bizim keçənilki müraciətimizi diqqətsiz qoymadınız və bizə verilən cavabdan göründüyü kimi, yerli ermənilərin nümayəndələri ilə müəyyən iş aparılıb. Görünür, məhz bu işin nəticəsində keçən il bu nasist caninin xatirəsinin Rusiyada əbədiləşdirilməsi cəhdinin qarşısı alınıb.

Bununla belə, Ermənistanın özündə faşist Almaniyası üzərində qələbənin 71-ci ildönümünün bayram edilməsindən iki həftə sonra Yerevanın mərkəzində Qaregin Njdenin abidəsinin təntənəli açılış mərasimi keçirilib. Faşist caninin xatirəsinin əbədiləşdirilməsi mərasimində hələ bir il bundan əvvəl Moskvada faşizm üzərində qələbə paradında Sizinlə yanaşı dayanmış Ermənistan prezidenti Serj Sarkisyan şəxsən iştirak edib.

Hörmətli Sergey Viktoroviç Lavrov!

Siz Böyük Vətən müharibəsinin yekunlarının yenidən yazılmasının və təhrif edilməsinin yolverilməz olduğunu dəfələrlə vurğulamısınız. Məhz Rusiya Federasiyasının təşəbbüsü ilə BMT Baş Məclisi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və onunla bağlı dözülməzliyə qarşı mübarizə" adlı 70/139 nömrəli Qətnamə qəbul edib.

Həmin sənədin 4-cü bəndində deyilir ki, BMT Baş Məclisi "nasizm hərəkatının, neonasizmin və "Vaffen SS" təşkilatının keçmiş üzvlərinin hər hansı formada məşhurlaşdırılması, o cümlədən abidələr və memoriallar ucaldılması, nasist keçmişin, nasizm hərəkatının və neonasizmin üzə çıxarılması məqsədilə kütləvi nümayişlər keçirilməsi, eyni zamanda, antihitler koalisiyasına qarşı mübarizə aparmış və nasizm hərəkatı ilə əməkdaşlıq etmiş belə şəxslərin milli azadlıq hərəkatlarının iştirakçıları elan edilməsi və ya elan etmək cəhdləri vasitəsilə məşhurlaşdırılmasına görə dərin narahatlığını bildirib.

Bu qətnaməyə qoşulmuş və özünü Rusiyanın strateji müttəfiqi kimi qələmə verən Ermənistanda isə Sovet əsgərlərinin və dinc sakinlərin, o cümlədən erməni xalqının özünün nümayəndələrinin də qətlə yetirilməsinə bais olmuş faşizm rejiminə sadiq şəxslərə geniş miqyaslı pərəstiş yaradılır.

Bizi təəccübləndirən odur ki, başqa ölkələrdə bu cür hadisələrə həmişə münasibət bildirən Rusiyanın özündə buna hər hansı reaksiya yoxdur. Nasist canilər Dro və Njdenin şərəfinə xatirə sikkələri kəsilən, filmlər çəkilən Ermənistanın bu cür davranışına xüsusi haqq verilməsinin səbəbi bizə aydın deyil. Yerevanda bir meydana və metronun bir stansiyasına Qaregin Njdenin adı verilib. Orada Drastamat Kananyanın adını daşıyan küçə də var. İndi hökumət binaları kompleksi və Ermənistanın hakim partiyasının qərargahı ilə yanaşı Njdenin abidəsi də ucalır.

Sovet xalqının igidliyinin nurlu xatirəsi Azərbaycanda bu gün də böyük ehtiramla yad edilir, 9 may günü əvvəlki kimi yenə də ən mötəbər dövlət bayramlarından biri olaraq qalır.

Biz, faşizm ilə müharibənin bütün ağrı-acısını görmüş, döyüşlərdə yoldaşlarını itirmiş insanlar nasist canilərin ətrafında qəhrəmanlar oreolu yaradılmasını ürək ağrısı ilə müşahidə edirik. Biz Ermənistanın vaxtı ilə ümumi vətənimiz uğrunda həlak olmuş insanların xatirəsinə və bütün sülhsevər bəşəriyyətə açıq-aşkar hörmətsizlik olan hərəkətlərinə görə hiddətlənirik.

Əminik ki, biz Böyük Vətən müharibəsi qurbanlarının nurlu xatirəsinə sadiq qalaraq Ermənistan tərəfindən təbliğ edilən faşizm ideologiyası timsalında ümumi şərə qarşı mübarizədə öz səylərimizi yenidən birləşdirməliyik.

Azərbaycanın Böyük Vətən müharibəsinin bütün veteranları adından hörmətlə və düzgün başa düşüləcəyimiz ümidi ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti".

852
Защитник сборной Германии Матс Хуммельс забил гол в свои ворота в матче со сборной Франции на ЕВРО-2020.

AVRO-2020: Fransa yığması alman rəqiblər üzərində qələbə qazandı

6
(Yenilənib 01:38 16.06.2021)
Son Avropa çempionatının finalçısı olan fransızlar AVRO-2020-yə çempionatın ən güclü komandalarından biri üzərində qələbə ilə başladı.

AVRO-2020-nin qrup mərhələsində I tura yekun vurulub. Turun son matçı F qrupunda keçirilib.

Almaniyanın Münhen şəhərində baş tutan qarşılaşmada son iki dünya çempionu üz-üzə gəlib. DÇ-2014-ün qalibi Almaniya üç il öncə bu titula yiyələnən Fransa ilə qarşılaşıb.

"Ölüm qrupu"nda yer alan komandaların duelinə Bundestim daha fəal başlayıb. Üstünlüyə yiyələnən Yoahim Lövün yetirmələri topa daha çox nəzarət edib. Lakin sürətli hücumlar quran fransalılar hesabı açıb.

Mats Hummels avtoqol müəllifi olub. Buraxılan qoldan sonra da almaniyalılar daha çox hücum təşkil edib.

Fasilədən sonra da oyunun axarı dəyişməyib. Almaniya millisi Didye Deşamın yetirmələrinin müdafiə səddini yara bilməyib. Son dünya çempionları bir epizodda əks-hücum zamanı fərqlənsə də, VAR-ın qərarı ilə hesaba alınmayıb.

Qeyd edək ki, qrupun digər oyununda son Avropa çempionu Portuqaliya Macarıstana 3:0 hesabı ilə qalib gəlib.

6
İlham Əliyev Haluk Bayraktarla

Şuşada nahar Bayraqdarın təltif edilməsi

563
(Yenilənib 00:18 16.06.2021)
Prezident İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra “Baykar” şirkətinin baş direktoru Lutfi Haluk Bayraktara “Qarabağ” ordenini təqdim edib.

BAKI, 15 iyun - Sputnik. İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə nahar ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin saytı məlumat yayıb. 

Bu gün həmçinin Prezident İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra “Baykar” şirkətinin baş direktoru Lutfi Haluk Bayraktara “Qarabağ” ordenini təqdim edib.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Lutfi Haluk Bayraktar bu yüksək mükafata Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə layiq görülüb.

"Az öncə qardaşım İlham Əliyev "Baykar" İdarə Heyətindən Haluk Bayraktarı "Qarabağ" ordeni ilə təltif etdi", - deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında bildirib.

Türkiyə Prezidenti Bayraktar ailəsi adından Azərbaycan Prezidentinə ayrıca təşəkkür edib.

Qeyd edək ki, "Baykar" şirkətinin Baş direktoru olan Haluk Bayraktar "Baykar" şirkətinin texnik direktoru və qurucusu Səlcuk Bayraktarın qardaşıdır.

Səlcuk Bayraktar isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğanın həyat yoldaşıdır.

Prezidentlərin Şuşa səfəri

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib. Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

Şuşa Bəyannaməsi imzalanıb

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşada təkbətək və geniş tərkibdə görüşlərdən sonra bəyanatla çıxış ediblər.

Həmçinin oxuyun: 

* Şuşada Ərdoğana Qarabağ atı hədiyyə edildi

* Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalanıb

563