Qəzada ölən müğənni Gəncədə dəfn edildi

© Photo : Instagram / aslan.officialllAslan Hüseynov
Aslan Hüseynov - Sputnik Azərbaycan, 1920, 04.05.2021
Abunə olmaq
Bu gün yol qəzasında həyatını itirən müğənni Aslan Hüseynov aprelin 26-da dünyasını dəyişən anasının məzarı yanında dəfn edilib.

BAKI, 4 may - Sputnik. Bu gün yol qəzasında ölən müğənni Aslan Hüseynov Gəncədə dəfn olunub.

Sputnik Azərbaycan xəbər verir ki, mərhum Gəncədə anasının məzarının yanında torpağa tapşırılıb.

Aslan Hüseynovun anası aprelin 26-da dünyasını dəyişib. 

Xatırladaq ki, bu gün Bakı-Qazax yolunda 99 HF 789 dövlət nömrə nişanlı, BMW markalı minik avtomobili ilə “KamAZ" markalı yük maşınının toqquşması nəticəsində BMW-ni idarə edən müğənni Aslan Hüseynov aldığı xəsarətdən dünyasını dəyişib.

Xəbər lenti
0