General-polkovnik Məhərrəm Əliyev və general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qubadlı əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər

Prezidentin köməkçisi DSX rəisi Ermənistanla sərhəddə olublar FOTOLAR

13
(Yenilənib 17:41 04.05.2021)
Səfərdə Azərbaycan-İran dövlət sərhədində Zən­gilan rayonu ərazisində "Bartaz" sərhəd zastavasında xidməti-döyüş fəaliyyətinin təşkili, dövlət sərhədinin etibarlı mühafizəsinin daha da yüksəldilməsi üçün görülən işlərlə yerindəcə tanış olunub.

BAKI, 4 may — Sputnik. 2021-ci ilin 3-4 may tarixlərində Azər­baycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xid­mətinin rəisi, general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.

DSX-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, səfər çərçivəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən və işğal altında olan torpaqlarımız azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması ilə bağlı Azər­baycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb, son müddətdə bu ərazilərdə artıq 10 yeni hərbi hissənin fəaliyyətə başlamasının böyük əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunub.

  • General-polkovnik Məhərrəm Əliyev və general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər
    © State Border Service of Azerbaijan Republic
  • General-polkovnik Məhərrəm Əliyev və general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər
    © State Border Service of Azerbaijan Republic
  • General-polkovnik Məhərrəm Əliyev və general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər
    © State Border Service of Azerbaijan Republic
1 / 3
© State Border Service of Azerbaijan Republic
General-polkovnik Məhərrəm Əliyev və general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər

26 aprel tarixində Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni inşa olunmuş hərbi hissəsinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərhədçilər qarşısında çıxışından irəli gələn məsələlərin qısa müddətdə həll olunmasının vacibliyi vurğulanıb, Azərbaycan sərhədçilərinin bu tapşırıqların da öhdəsindən layiqincə gələcəklərinə əminlik ifadə olunub.

Ezamiyyət müddətində əlahiddə sərhəd diviziyasının xidməti ərazisində dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili istiqamətində həyata keçirilən fəaliyyətlər, o cümlədən yeni hərbi hissələrin inşası, sərhəd yollarının çəkilməsi, ərazidə hərəkətin təmin edilməsi üzrə tikinti-quruculuq işləri və təhlükəsizlik tədbirləri nəzərdən keçirilib, sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşülüb, hərbi qulluqçuların xid­məti-döyüş və məişət şəraitləri ilə tanış olunub.

Əlahiddə sərhəd diviziyasının rəhbər heyətinin iştirakı ilə xidməti müşavirə keçirilib, vəzifəli şəxslərin xidməti ərazidə mövcud olan əməliyyat şəraiti və görülən tədbirlər haqqında məruzələri dinlənilmiş, hərbi hissə və bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsinin, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi xüsusi qeyd olunub.

Səfər çərçivəsində həmçinin Azərbaycan-İran dövlət sərhədində Zən­gilan rayonu ərazisində "Bartaz" sərhəd zastavasında xidməti-döyüş fəaliyyətinin təşkili, dövlət sərhədinin etibarlı mühafizəsinin daha da yüksəldilməsi üçün görülən işlərlə yerindəcə tanış olunub, şəxsi heyətin xidməti və yaşayış şəraitinə baxış keçirilmiş, zəruri tapşırıq və tövsiyələr verilib.

13
Xalidə Bayramova

Xalidə Bayramova işdən çıxarıldı

1
(Yenilənib 17:50 06.05.2021)
Səbail RİH başçısı Vüqar Zeynalov Xalidə Bayramovanın vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb

BAKI, 6 may — Sputnik. Səbail icra başçısının birinci müavini Xalidə Bayramova vəzifəsindən azad olunub. Bu barədə məlumatı Sputnik Azərbaycan-a Səbail Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

Məlumata görə, Səbail RİH başçısı Vüqar Zeynalov Xalidə Bayramovanın vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb.

Qeyd edək ki, bir müddət öncə X. Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü "Prokurorluq haqqında" qanunun 23-cü maddəsinə əsasən Səbail RİH-ə müvafiq təqdimat verilib.

1
Ağstafa rayonunda Qaltan dərəsi, arxiv şəkli

Sabahın hava proqnozu: yağış, şimşək, dolu

2
(Yenilənib 16:27 06.05.2021)
Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 6 may — Sputnik. Azərbaycanda mayın 7-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün ikinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 18-21, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Mayın 7-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 7-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

2