Kinolent, arxiv şəkli

Göyçə mahalı haqqında yeni sənədli film hazırlanıb - VİDEO

17
(Yenilənib 19:07 03.05.2021)
Filmdə ermənilərin Göyçə mahalına köçürülməsi siyasəti, ermənilərin orada yerləşəndən sonra əraziyə olan iddiaları haqqında ətraflı məlumat verilir

BAKI, 3 may — Sputnik. Qədim Göyçə mahalı haqqında yeni sənədli film hazırlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Göyçə - itirilmiş Vətən" adlanan film "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Filmdə Göyçə mahalının tarixindən, onun Azərbaycan xalqı üçün nə dərəcədə önəmli, müqəddəs məkan olmasından söhbət açılır. Bu bölgənin mədəniyyətimizə, tariximizə bəxş etdiyi dəyərlər xüsusi vurğulanır.

Göyçənin oğuz-aşıq sənəti filmdə xüsusi bir xətt kimi keçir. Film boyu səslənən aşıq musiqiləri də ekran əsərinə daha artıq rəng qatır.

Filmdə ermənilərin Göyçə mahalına köçürülməsi siyasəti, ermənilərin orada yerləşəndən sonra əraziyə olan iddiaları haqqında ətraflı məlumat verilir.

17
Erməni əsgərlərin dəbilqələri, arxiv şəkli

Ermənistanda 44 günlük müharibə ilə bağlı çoxlu cinayət işi açılıb

3
(Yenilənib 16:23 06.05.2021)
Ermənistan Baş Prokurorluğunun məhkəmə qərarlarının icrasına nəzarət üzrə nümayəndəsi Edqar Arsenyanın sözlərinə görə, Şuşa və Hadrut yaxınlığındakı döyüşlərlə bağlı istintaqa cəlb olunanlar var.

BAKI, 6 may — Sputnik. Ermənistanda 44 günlük Qarabağ müharibəsi ilə əlaqədar 1580 cinayət işi qaldırılıb. Sputnik Ermənistan bu ölkənin Baş Prokurorluğuna istinadla xəbər verir ki, artıq 628 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onların arasında adları hələ açıqlanmayan yüksək rütbəli zabitlər də var.

İri miqyaslı cinayət işlərinin istintaqı bir neçə əsas istiqamətdə aparılır: hərbi xidmətə çağırış və səfərbərlik zamanı yol verilən pozuntular, müharibədən əvvəl və müharibə zamanı silah alınmasında mümkün korrupsiya sxemləri, silahlı qüvvələrin və ayrı-ayrı bölmələrin rəhbərliyindəki cinayət pozuntuları, taktiki və strateji əməliyyatların həyata keçirilməsi, komandanlığın əmrlərinə tabe olmamaq və s.

Bundan əlavə, Milli Təhlükəsizlik Xidməti Azərbaycanın Şuşa və Hadrutu işğaldan azad etməsi ilə bağlı mediada və sosial şəbəkələrdə yer alan məlumatları da araşdırıb.

Prokurorluğun məhkəmə qərarlarının icrasına nəzarət üzrə nümayəndəsi Edqar Arsenyanın sözlərinə görə, məsələ Şuşa və Hadrut yaxınlığındakı döyüşlərlə bağlıdır.

O bildirib ki, qaldırılan cinayət işlərindən biri də dövlətə xəyanətlə əlaqədardır. Bundan başqa, hərbi qulluqçuların valideynlərindən pul tələb etmə faktı üzrə 5 cinayət işi də qaldırılıb.

 

3

Azərbaycanda sutkalıq yoluxma sayı aşağı düşdü

115
Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, bu günə qədər isə ümumilikdə 3 300 581 test icra olunub

 

BAKI, 6 may — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 844 yeni yoluxma faktı qeydə alınıb, 2 057 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 324 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 301 006 nəfər müalicə olunaraq sağalıb, 4 635 nəfər vəfat edib. 19 044 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, bu günə qədər isə ümumilikdə 3 300 581 test icra olunub.

115