İbrahim Tatlısəs yenidən evləndi

20
"Xoşbəxtəm, mən evliyəm. Gülçin mənə yaxşı baxır. Mən bu saatdan sonra heç kimə hesab verəcək vəziyyətdə deyiləm", - deyə ifaçı sayca beşinci evliliyini şərh edib.

BAKI, 3 may — Sputnik. Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs yenidən evlənib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni aparıcısı olduğu "İbo Show" verilişində bu barədə açıqlama verib. Sənətçi bu yaxınlarda gizli şəkildə ailə həyatı qurduğunu bildirib. Onun həyat yoldaşı isə özündən 43 yaş kiçik Gülçin Karakaya olub.

Посмотреть эту публикацию в Instagram

Публикация от Magazin Haberleri (@magazinperdesi)

"Xoşbəxtəm, mən evliyəm. Gülçin mənə yaxşı baxır. Mən bu saatdan sonra heç kimə hesab verəcək vəziyyətdə deyiləm", - deyə ifaçı sayca beşinci evliliyini şərh edib.

Qeyd edək ki, Tatlısəsin 69, həyat yoldaşının isə 26 yaşı var.

20
Ağstafa rayonunda Qaltan dərəsi, arxiv şəkli

Sabahın hava proqnozu: yağış, şimşək, dolu

2
(Yenilənib 16:27 06.05.2021)
Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 6 may — Sputnik. Azərbaycanda mayın 7-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün ikinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 18-21, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Mayın 7-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 7-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

2
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Mövlud Çavuşoğlu: "O boyda Avropa İttifaqı bir kresloya görə dava etməməlidir"

2
(Yenilənib 16:25 06.05.2021)
"Biz protokol qaydalarının nə olduğunu bilirik. Bu günə kimi heç vaxt bu cür problemlə qarşılaşmamışıq. Türk qonaqpərvərliyi hamıya yaxşı məlumdur. O mənzərə bizim ucbatımızdan yaranmamışdı".

BAKI, 6 may — Sputnik. Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Hayko Maasla keçirdiyi birgə mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula Von der Lyayenin Türkiyəyə səfəri zamanı yaşanan protokol böhranına da toxunub. Sputnik Azərbaycan xəbər verir ki, mətbuat konfransı hər iki ölkənin nümayəndə heyətlərinin iclasından sonra baş tutub.

"Biz protokol qaydalarının nə olduğunu bilirik. Bu günə kimi heç vaxt belə bir problemlə qarşılaşmamışıq. Türk qonaqpərvərliyi hamıya yaxşı məlumdur. O mənzərə bizim ucbatımızdan yaranmayıb. Bu, Avropa Komissiyası ilə Avropa İttifaqı arasındakı rəqabət və mübahisələrdən doğan problemdir. O boyda Avropa İttifaqı bir kresloya görə davam etməməlidir. Öz aralarındakı problemləri Türkiyəyə sirayət etdirməsinlər", - Çavuşoğlu deyib.

Qeyd edək ki, Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula Von der Lyayen Türkiyə səfərindən sonra "qadın olduğum için mənə kreslo vermədilər" – deyə şikayət etmiş və məsələ protokol böhranı səviyyəsinə gəlib çatmışdı.

 

2