Məmur, arxiv şəkli

İcra hakimiyyətinin nümayəndəsi ənənəyə sadiqdir: Vəzifədən sui-istifadə edib

10
Ağstafa rayon İcra Hakimiyyəti Başçısının Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktı aşkar edilib.

BAKI, 3 may — Sputnik. Ağstafa rayon İcra Hakimiyyəti Başçısının Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəliyev Vəkil Səfər oğlunun qanunsuz əməlləri ilə bağlı Ağstafa rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslə bağlı əsaslı şübhələr müəyyən edilib. Belə ki, aparılan istintaq zamanı Vəkil Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşların 2019-cu ilin fevral ayından “DOST İş Mərkəzi” MMC-də sosial işçi kimi qeydiyyata alınmasına, işə gəlmədikləri halda işə davamiyyət cədvəllərində bilə-bilə yalan məlumatlar daxil edərək imzası və nümayəndəliyin möhürü ilə təsdiq etmə yolu ilə vəzifə saxtakarlığı etməsinə, onların adına olan əməkhaqqı kartını özündə saxlamaqla 2019-cu ilin fevral ayından 2020-ci ilin dekabr ayına qədər ümumilikdə 7 min 900 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

30.04.2021-ci il tarixdə Vəliyev Vəkil Səfər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 178.2.3 (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

10

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

35
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

35
Təcili tibbi yardım avtomobili, arxiv şəkli

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub

9
Qəzanı törədən sürücü öz avtomobili ilə A.Əliyevi Lənkəran Mərkəzi Xəstəxanasına gətirib. Xəsarət alan A.Əliyev xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

BAKI, 18 may - Sputnik, Rahim Muradov. Lənkəranda avtomobil piyadanı vurub. Sputnik Azərbaycan-ın məlumatına əsasən, hadisə rayonun Şağlaser kəndi ərazisində baş verib.

Gecə saatlarında adı hələlik məlum olmayan Masalli rayonu Alvadı kənd sakini idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə Şağlaser kənd sakini 57 yaşlı Ağaziyad Əliyevi vurub. Qəzanı törədən sürücü öz avtomobili ilə A.Əliyevi Lənkəran Mərkəzi Xəstəxanasına gətirib. Xəsarət alan A.Əliyev xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Ağaziyad Əliyevin meyiti aidiyyatı üzrə Məhkəmə Tibbi Ekspertiza və Və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

9