Şəhid dəfni, arxiv şəkli

İtkin düşmüş daha bir hərbi qulluqçunun nəşi tapıldı

28
(Yenilənib 12:52 03.05.2021)
Birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun - leytenant Yusifov Əli Süləddin oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

BAKI, 3 may — Sputnik. Ermənistan silahlı qüvvələrinin və Dağlıq Qarabağda fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təxribatlarının qarşısının alınması, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən əks-hücum əməliyyatlarına başlanıb və Vətən müharibəsi 2020-ci il noyabrın 10-da düşmənin tam kapitulyasiyası, Azərbaycanın hərbi-siyasi tarixi qələbəsi ilə nəticələnib.

Respublika Hərbi Prokurorluğundan Sputnik Azərbaycan-a bildirilib ki, 2020-ci il noyabrın 10-da atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilib, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.

Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilməklə, həlak olmuş şəxslərin şəxsiyyətinin tam müəyyən edilərək ailələrinə təhvil verilməsi təmin olunub. Ötən dövr ərzində şahidlərin dindirilməsi və ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş hərbi qulluqçuların meyitlərinin olduğu ərazilər, o cümlədən basdırıldığı yerlər müəyyən edilərək, cəsədlər müvafiq qaydada götürülüb, müayinə olunub və şəxsiyyətləri müəyyən edilərək yaxınlarına təhvil verilib.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bundan əvvəl verilmiş məlumatlara əlavə olaraq bildirilib ki, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun - leytenant Yusifov Əli Süləddin oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik.

28
Vaşinqtonda Kapitoliy qarşısında ABŞ bayraqları, arxiv şəkli

"ABŞ Fransa ermənilərin Qarabağdakı statusuna dair köhnəlmiş tezislərdən əl çəkməlidir"

0
(Yenilənib 20:35 17.05.2021)
Regionda davamlı sülhün bərqərar olmasının yeganə yolu Cənubi Qafqazda hər 3 ölkənin ərazi bütövlüyünə hörmətdən asılıdır. Bu həmçinin müxtəlif etnik icmaların öz iqtisadi və mədəni hüquqlarını inkişaf etdirmələrinə şərait yaratmaq əsasında həyata keçirilməlidir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 may — Sputnik. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev Ermənistan-Azərbaycan sərhədində baş verən son prosesləri şərh edib.

Sputnik Azərbaycan xəbər verir ki, Fərid Şəfiyev bildirib ki, son günlər Ermənistan-Azərbaycan sərhədində vəziyyət iki ölkə arasında yenidən gərginliyin artmasına və beynəlxalq vasitəçilərin diqqətinin yenidən bölgəyə yönəlməsinə səbəb olub:

"Təəssüf ki, Azərbaycan torpaqlarının işğalı faktını 30 ilə yaxındır görməzdən gələn sözügedən vasitəçilər və dünya mediası bu dəfə keçmiş işğalçı ölkəyə dəstək göstərməyə tələsir və heç bir halda regionda sülhə xidmət etməyən, yanlış mesajlar verirlər.

İlk olaraq qeyd edilməlidir ki, Ermənistan hələ də Azərbaycanın bir sıra yaşayış məskənlərini - Naxçıvanda Kərki kəndini və Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli olmaqla ümumilikdə 7 kəndini işğal altında saxlayır. İkincisi, Ermənistan anlamalıdır ki, iki ölkə arasında 30 ilə yaxın işğal altında qalmış sərhəd mövcuddur və İrəvandakı hökumət bu müddət ərzində sərhədə malik olmaq hissini itirib.

Üçüncüsü, delimitasiya iki ölkənin ərazi bütövlüyünü hörmət əsasında həyata keçirilməlidir. Əfsuslar olsun ki, Ermənistan siyasi partiyaları tərəfindən səsləndirilən fikirlərdə barışığa dair heç bir əlamət müşahidə olunmur. Dördüncüsü, beynəlxalq vasitəçilər, xüsusilə Fransa tərəfindən səsləndirilən mesajlar qəbuledilməzdir və sülhü təşviq etmək əvəzinə, vəziyyəti daha da gərginləşdirir. Bütün vasitəçilər, o cümlədən ABŞ və Fransa ermənilərin Qarabağdakı statusuna dair köhnəlmiş tezislərdən əl çəkməlidirlər.

Regionda davamlı sülhün bərqərar olmasının yeganə yolu Cənubi Qafqazda hər 3 ölkənin ərazi bütövlüyünə hörmətdən asılıdır. Bu həmçinin müxtəlif etnik icmaların öz iqtisadi və mədəni hüquqlarını inkişaf etdirmələrinə şərait yaratmaq əsasında həyata keçirilməlidir. Bu baxımdan məsələyə ikili standartlarla yanaşma yalnız "parçala, hökmranlıq et" imperialist tezisi əsasında region idarə etmək istəyən qüvvələrə xidmət edir.

Azərbaycan ötən ilki müharibədə qəti qələbə qazanmaqla öz mövqeyini möhkəmləndirib və bu baxımdan Azərbaycan xalqının təhlükəsizliyini təhdid altına ala biləcək istənilən cəhd uğursuz olacaq".

Eləcə də oxuyun:

* Lavrovdan Zəngəzur açıqlaması: "Emosiyaların qızışıdırılmasına ehtiyac yoxdur"

* Fransadan Ceyhun Bayramova zəng gəldi - Sərhəddə...

* Məktub yetişmədi və ya Kreml təmsilçisindən Paşinyanın məktubu ilə bağlı etiraf

 

0
Teqlər:
Fransa, Ermənistan, ABŞ, Qarabağ, Azərbaycan, Zəngəzur
 Erməni hərbçisi, arxiv şəkli

Ermənistan KTM-də nəzərdə tutulan cavab prosesini aktivləşdirir

6
"Bizim mövqeyimiz qətidir: Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etməlidirlər""Bizim mövqeyimiz qətidir: Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etməlidirlər"

 

BAKI, 17 may — Sputnik. Sünikdə (Qaragöl) yaranmış vəziyyətlə əlaqədar olaraq Ermənistan tərəfi kollektiv təhlükəsizlik müqaviləsi və Rusiya ilə strateji sistemində nəzərdə tutulmuş prosedurları aktivləşdirir. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan ölkəsinin təhlükəsizlik şurasının iclasında deyib.

"Bizim mövqeyimiz qətidir: Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etməlidirlər", - deyə Paşinyanın "Facebook"-da paylaşdığı mətndə deyilir.

Onun sözlərinə görə, ötən bazar günü danışıqlar gecə saatlarınadək çəkib və çərşənbə günü də davam etdiriləcək.

"Nə qədər ki, Azərbaycan hərbi qüvvələri Ermənistan ərazisini tərk etməyiblər, biz yaranmış situasiyanı böhranlı, sabitliyə, suverenliyə və Ermənistanın KTMT nizamnaməsi, müqavilənin özü, böhran vəziyyətlərinə cavab reaksiyası tədbirlərində nəzərdə tutulmuş ərazi bütövlüyünə qarşı təhlükəli vəziyyət kimi dəyərləndiririk. Hələ ki, bizim qarşımızda duran legitim məsələ həll olunmayıb, bu mexanizmlər işə salınmalıdır", - deyə Paşinyan bildirib.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir.

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.

12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır.

Eləcə də oxuyun:

* Lavrovdan Zəngəzur açıqlaması: "Emosiyaların qızışıdırılmasına ehtiyac yoxdur"

* Məktub yetişmədi və ya Kreml təmsilçisindən Paşinyanın məktubu ilə bağlı etiraf

Fransanın vasitəçilikdən uzaqlaşdırılması ilə bağlı mövqe nümayiş etdirməliyik - TƏKLİF

6
Teqlər:
KTMT, Nikol Paşinyan, Zəngəzur, Ermənistan