ABŞ kosmosu aktiv hərbi əməliyyatlar zonası elan edir

15
Raymondun sözlərinə görə, bu qərarın verilməsində məqsəd Rusiya ilə münaqişə yox, onun ata biləcəyi addımların qarşısını almaqdır.

BAKI, 2 may — Sputnik. “ABŞ Kosmosu aktiv hərbi əməliyyatlar zonası elan edir”.

APA-nın xəbərinə görə, bunu ölkənin Kosmik Qüvvələrinin Komandanı Con Reymond bəyan edib.

O həmçinin Rusiya və Çinin ölkəsinə aid peykləri məhv etmək üçün xüsusi silahlara malik olduğunu açıqlayıb.

Raymondun sözlərinə görə, bu qərarın verilməsində məqsəd Rusiya ilə münaqişə yox, onun ata biləcəyi addımların qarşısını almaqdır.

Bu arada, rəsmi Vaşinqton bundan sonra digər ölkələrin kosmik fəzada hərəkətinə nəzarət üçün xüsusi mexanizmin işə salınacağını bəyan edib.

Qeyd edək ki, ABŞ-ın Hərbi Hava Qüvvələri bir qədər əvvəl Rusiyanın Arktikadakı hərbi aktivliyindən də narahat olduğunu bildirib.

Qeyd edilib ki, təkcə 2020-ci il ərzində ABŞ tərəfi Arktika səması üzərində Rusiyaya aid 60-dan çox hərbi təyyarənin uçuşunu əngəlləməyə nail olub.

15

Azərbaycanda sutkalıq yoluxma sayı aşağı düşdü

9
Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, bu günə qədər isə ümumilikdə 3 300 581 test icra olunub

 

BAKI, 6 may — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 844 yeni yoluxma faktı qeydə alınıb, 2 057 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 324 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 301 006 nəfər müalicə olunaraq sağalıb, 4 635 nəfər vəfat edib. 19 044 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, bu günə qədər isə ümumilikdə 3 300 581 test icra olunub.

9
Şəhid dəfni, arxiv şəkli

"Vətən Müharibəsi Qəhrəmanı"nın tabutu hərbi ehtiram zamanı Dövlət bayrağı ilə örtüləcək

3
(Yenilənib 16:20 06.05.2021)
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik təklif edilir. Tabutu hərbi ehtiram göstərilməsi zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı ilə örtülən şəxslərin əhatə dairəsi genişləndirilir.

BAKI, 6 may — Sputnik. "Vətən Müharibəsi Qəhrəmanı"nın tabutu hərbi ehtiram göstərilməsi zamanı Dövlət bayrağı ilə örtüləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik təklif edilir.

Təklif edilən dəyişikliyə əsasən, tabutu hərbi ehtiram göstərilməsi zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı ilə örtülən şəxslərin əhatə dairəsi genişləndirilir. Layihəyə əsasən, "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, "Zəfər" və "Qarabağ" ordeni ilə təltif edilmiş şəxslər bu sıraya daxil edilir.

Bundan başqa, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin əhatə dairəsi genişləndirilir. Bununla əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik təklif edilir.

Layihəyə əsasən, "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, Zəfər və Qarabağ ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstəriləcək.

3