Ali Məhkəmə

Ali Məhkəmənin Cinayət Kollegiyasının yeni tərkibi təsdiqləndi

5
(Yenilənib 19:00 30.04.2021)
“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi müzakirə olunaraq müvafiq qərar qəbul edilib.

BAKI, 30 aprel - Sputnik. Bu gün Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu keçirilib.

Ali Məhkəmədən Sputnik Azərbaycan-a verilən xəbərə görə, plenumda “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi müzakirə olunaraq müvafiq qərar qəbul edilib.

Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının yeni tərkibi və Azərbaycan Respublikası Ali Məhkəməsi Bülleteninin redaksiya heyəti təsdiq edilib.

Plenumda həmçinin konkret işlərə baxılıb.

5

Bir zamanlar Avropada delikates hesab edilən qulançar

6
(Yenilənib 17:08 07.05.2021)
Qazax rayon sakini Allahverdi Musayev hər il yaz aylarında mütəmadi olaraq dağlara qulançar toplamağa çıxır - daha ətraflı Sputnik Azərbaycan-ın videosunda

Qazax rayon sakini Allahverdi Musayev müsahibəsində bildirib ki, mütəmadi olaraq dağlara qulançar toplamağa çıxır. Bu bitkini  toplamaq çətin olsa da, Allahverdi səbir və həvəslə qulançarları yığıb çöl şəraitində bişirməyə üstünlük verir.

Orta əsrlərdə qulançar çox faydalı olması və çətin tapılması səbəbindən Avropada delikates hesab edilib və “Kral yeməyi” adlandırılıb.

 

6
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-19: bütün pis göstəricilərdə azalma var

9
İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib.

BAKI, 7 may - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada 722 yeni yoluxma faktı qeydə alınıb, 1854 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib. 17 897 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 686, bu günə qədər isə ümumilikdə 3 311 267 test icra olunub.

9
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər