İsrail və Azərbaycan bayrağı

Ermənistanla bağlı İsrail rəhbərliyinə müraciət edilib

32
(Yenilənib 17:37 30.04.2021)
İsraildəki bir çox şirkətlərin Azərbaycanın azad edilmiş torpaqlarında dağıdılmış şəhərlərinin bərbası, sənayenin yenidən qurulması və kənd təsərrüfatının canlandırılması istiqamətində fəaliyyət göstərmək arzusunda olduqları nəzərə çatdırılıb.

BAKI, 30 aprel — Sputnik. Ermənistanın mina xəritələrini verməməsi ilə bağlı İsrail rəhbərliyinə müraciət edilib

"Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyası Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməməsi ilə əlaqədar İsrailin siyasi rəhbərliyinə və knesset (parlament) üzvlərinə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivakın imzası ilə İsrail Prezidenti Reyven Rivlinə, Baş Nazir Benyamin Netanyahuya, parlament deputatlarına, şəhərlərin merlərinə və mer müavinlərinə ünvanlanan məktubda bildirilib ki, bütün beynəlxalq konvensiyalara və əldə olunmuş razılıqlara zidd olaraq Azərbaycana mina xəritələrini təhvil verməkdən imtina edən Ermənistan bununla minlərlə insanın həyatını təhlükəyə məruz qoyur, milyona yaxın qaçqın və məcburi köçkünlərin əzəli torpaqlarına qayıtmasına əngəl törədir.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini tərk edərkən şəhər və kəndləri tamamilə məhv etdiyi, infrastrukturları dağıtdığı, apara bilmədikləri mal-qaranı öldürdükləri, evləri yandırdıqları, meşələrdəki ağacları kəsməklə ekoloji fəlakət törətdikləri, Ermənistan ərazisindən Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhərlərinə, o cümlədən Gəncəyə raket zərbələri endirildiyi, Gəncədə böyük yəhudi icmasının da yaşadığı yada salınıb.

İsraildəki bir çox şirkətlərin Azərbaycanın azad edilmiş torpaqlarında dağıdılmış şəhərlərinin bərbası, sənayenin yenidən qurulması və kənd təsərrüfatının canlandırılması istiqamətində fəaliyyət göstərmək arzusunda olduqları nəzərə çatdırılıb: "Lakin erməni işğalçıları geri çəkilərkən bütün əraziləri minalayıblar. Ermənilərin minalaşdırdıqları ərazilərdə artıq 20 Azərbaycan vətəndaşı həlak olub, 80 nəfəri ağır yaralanıb. Erməni tərəfinin belə davranışı azad edilmiş ərazilərdə iqtisadi və mədəni inkişafın bərpa edilməsinə mane olur".

Müraciətdə Ermənistanın mina xəritələrini təhvil verməsində Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinə, bu vacib problemin həllində qətiyyətli addımlar atılmasına çağırış edilib.

32
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Bakı Baş Gömrük İdarəsində əməliyyat - saxlanılanlar var

6
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

BAKI, 17 may - Sputnik. Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı "Report" yayıb.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

Əməliyyat zamanı İdarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulduğu qeyd edilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Eləcə də oxuyun:

* Yardımla bağlı saxtakarlıq edən vəzifəli şəxslər məhkəməyə çıxarılacaqlar

* Dörd məktəb direktoru işdən çıxarıldı

* Baş prokurordan "Tərtər işi" ilə bağlı yayılan məlumatlara münasibət

 

6
Teqlər:
Baş Prokurorluq, rüşvət, saxlanılma, əməliyyat, Bakı Baş Gömrük İdarəsi
Hamilə qadın, arxiv şəkli

"Uşaqların yerini deməyəcəm" - sığınacaq rəhbəri

5
(Yenilənib 20:11 17.05.2021)
"Uşaqların yerini deməyəcəm. Çünki dərhal qadının izini itirə bilərlər. Bizdə necədir? Dərhal deyiləcək ki, belə bir şey yoxdur. Bu səbəbdən ərazinin adını açıqlamayacağam" - Kəmalə Ağazadə

BAKI, 17 may — Sputnik, Nigar İsgəndərova. "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında 4 uşaqla bağlı paylaşım edib. Paylaşımdan uşaqları baxımsız vəziyyətdə olduqları görünür.

Birlik sədri Sputnik Azərbaycan-a açıqlamasında sabahdan bu məsələylə bağlı ona göndərilən ünvana baş çəkəcəyini deyib: "Həmin ərazidə yaşayanlar bu fotonu mənə göndərdilər ki, 4 azyaşlıya dəstək olun. Mənə verilən məlumata görə, qadın artıq 5-ci uşağa hamilədir. Mənə bildiriblər ki, ər deyilən şəxs ümumiyyətlə ortalıqda görünmür, qadının səhərdən axşamadək harada olduğu da bəlli deyil, uşaqlar da səfil vəziyyətindədirlər, qonşular nəsə versə, yeyərlər. Hətta deyilənlərə görə, uşaqlar neçə dəfə elektrik şitinin altından çıxarılıb".

"Uşaqların yerini deməyəcəyəm. Çünki dərhal qadının izini itirə bilərlər. Bizdə necədir? Dərhal deyiləcək ki, belə bir şey yoxdur. Bu səbəbdən ərazinin adını açıqlamayacağam", - deyə o əlavə edib.

Eləcə də oxuyun:

* Sosial şəbəkədə fotosu ilə məşhurlaşan Ayanın problemi var

Kimsəsiz uşaqlar tibbi müayinədən keçirildilər

İnsanlara doğru uzanan bu əlləri birdəfəlik necə "kəsməliyik"?

 

5
Teqlər:
Kəmalə Ağazadə, baxımsız, hamilə, ana, uşaq, sığınacaq