Şantaj, arxiv şəkli

Cəmil Həsənlinin qızının görüntülərinin yayılması ilə bağlı cinayət işi açıldı

11
Hazırda istintaq getdiyi üçün əlavə məlumat verilmir. İstintaq başa çatandan sonra nəticələr haqqında məlumat veriləcək.

BAKI, 30 aprel — Sputnik. Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin sosial şəbəkələrdə intim görüntülərinin yayılması ilə bağlı cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, videodakı şəxsin kimliyi müəyyənləşib:

"Görüntülərlə bağlı Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir".

Qeyd edək ki, hazırda istintaq getdiyi üçün əlavə məlumat verilmir. İstintaq başa çatandan sonra nəticələr haqqında məlumat veriləcək.

11
Çay, arxiv şəkli

Qubada faciə: çaya düşən iki qardaşdan biri boğuldu

2
1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər.

BAKI, 17 may - Sputnik. Qubanın Qəçrəş kəndində faciəli hadisə baş verib.

Sputnik Azərbaycan bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba rayonu, Qəçrəş kəndində 2 nəfərin çaya düşməsi barədə məlumat daxil olub. FHN-in Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər. Hadisə nəticəsində İ.İsayev müxtəlif xəsarətlər alıb və vətəndaşların köməkliyi ilə çaydan çıxarılıb, qardaşı R.İsayevi tapmaq mümkün olmayıb.

Mürəkkəb relyef şəraitində həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında çay kənarında tapılan Ruslan İsayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

Eləcə də oxuyun: 

* Göyçayda 18 yaşlı qızın dayısı tərəfindən öldürüldüyü məlum olub

* İsmayıllıda yeni ailə quran gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb

* Oğuzda balıq ovu ölümlə bitdi

 

2
Teqlər:
FHN, həlak, qardaşlar, çay, Quba
Bakıda təcili yardım avtomobili

Xuliqan qadının gözü qarşısında övladını öldürdü - Azərbaycanda

4
Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

BAKI, 17 may — Sputnik. 2 iyul 2020-ci il tarixdə Tərtər rayon sakini Lamiyə Əliyevanın öldürülməsinə cəhd edilməsi, azyaşlı oğlu Ömər Ağazadənin öldürülməsi faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Tərtər rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, rayon sakini Elmir Hüseynov heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə əvvəlcədən tanımadığı Lamiyə Əliyevaya küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib, sonra isə onun gözləri qarşısında azyaşlı oğlu Ömər Ağazadəyə xəsarətlər yetirərək qəsdən öldürüb.

Elmir Hüseynov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və digər maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Eləcə də oxuyun:

* İki bacıdan mənfur əməl: tanınmamaq üçün hicab taxdılar - FOTO

* Sərhəddə hərbçilərimizin qətli ilə bağlı saxlanılan var

* Şirvanda adam oğurlayan şəxslər saxlanılıb

 

4
Teqlər:
Tərtər, Gəncə, cinayət işi, ölüm, azyaşlı, qadın, xuliqan, qətl