Ən az zərərli alkoqollu içki məlum oldu

© Sputnik / Mediabanka keçidСтеллаж с бутылками вина в погребе, фото из архива
Стеллаж с бутылками вина в погребе, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.04.2021
Abunə olmaq
"Ən yaxşısı qırmızı turş və ya ağ turş çaxırdır. Amma qırmızı turş daha da yaxşıdır. Belə ki, bu içkinin tərkibində əlavə olaraq antioksidantlar da var"

BAKI, 30 aprel — Sputnik. Alkoqollu içkilər arasında ən az zərərli içkinin çaxır olduğu məlum olub. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu rusiyalı həkim-diyetoloq Olqa Şmelyova deyib.

Mütəxəssis bildirib ki, çaxır ən az kalorili içki hesab olunur.

"Ən yaxşısı qırmızı turş və ya ağ turş çaxırdır. Amma qırmızı turş daha da yaxşıdır. Belə ki, bu içkinin tərkibində əlavə olaraq antioksidantlar da var", - deyə ekspert dəqiqləşdirib.

Şmelyova qeyd edib ki, bu faktın tibbi təsdiqi olmasa da, məhz bu içkini mütəmadi olaraq qəbul edən İtaliya və Fransa sakinlərində həkimlər xolesterin mübadiləsinin daha yaxşı getdiyini müşahidə edirlər.

Bir qədər əvvəl Şmelyova almanın nə üçün onkoloji xəstəliklərin profilaktikası üçün əla vasitə olduğuna dair fikirlərini bildirib. Mütəxəssis qeyd edib ki, adı çəkilən meyvə C vitamini ilə zəngindir. Bu vitamin isə təbii antioksidant olduğu üçün xərçəng xəstəliyinin qarşısının alınmasında vacib yer tutur.

Xəbər lenti
0