"Bizə tarix dərsi verməyə çalışanların ASALA terroruna göz yummaları ikiüzlülükdür"

© AFP 2023 / SHAH MARAIВоенный с автоматом, фото из архива
Военный с автоматом, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.04.2021
Abunə olmaq
Yenə Los-Ancelesdə diplomatımızı şəhid edən Sasunyan adlı terrorçu ötən aylarda sərbəst buraxılmasına göz yumdular.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. "Bizə tarix dərsi verməyə çalışanları ASALA terroruna göz yummaları tam bir ikiüzlülükdür". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Bunun ən son nümunəsini ABŞ-da gördük. Yenə Los-Ancelesdə diplomatımızı şəhid edən Sasunyan adlı terrorçunun ötən aylarda sərbəst buraxılmasına göz yumdular. Daha sonra verilən məlum açıqlamanı bilirsiniz", - deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Co Bayden 24 apreldə qondarma "erməni soyqırımı" ilə bağlı ənənəvi çıxışında 1915-ci ildə Osmanlıda baş verən hadisələri "soyqırım" adlandırıb.

Bayden açıqlamasında deyib: "Ermənilərin hekayəsini şərəfləndiririk. Acılarını görürük. Tarixi təsdiqləyirik. Bunu günahlandırmaq üçün deyil, yaşananların təkrarlanmamasını zəmanət altına almaq üçün edirik".

Xəbər lenti
0