Müəllimlərin işə qəbulu ilə bağlı yeni qərarlar - Nazir açıqladı

© Photo : REPORTMüəllimlərin imtahanı
Müəllimlərin imtahanı - Sputnik Azərbaycan, 1920, 28.04.2021
Abunə olmaq
!!!!!!!!!!!!!!!!!!!!!!!1Müsabiqənin test imtahanı mərhələsi müxtəlif regionlarda da təşkil ediləcək.

BAKI, 28 aprel — Sputnik. Müəllimlərin işə qəbulu ilə bağlı yeni qərarlar qəbul edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev özünün rəsmi "Facebook" səhifəsində məlumat verib. 

Nazir qeyd edib ki, müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı aşağıdakı yeni qərarlar qəbul edilib:

1. Bu tədris ilindən hazırda müəllim vəzifəsində işləyən şəxslər də müsabiqədə iştirak edə bilərlər;

2. Müsabiqənin test imtahanı mərhələsi müxtəlif regionlarda da təşkil ediləcək;

3. Namizədlərin imtahan nəticələri bir tədris ili ərzində qüvvədə qalacaq; (yəni ötən ilin nəticələri bu il qüvvədə qalmayacaq).

4. Namizədlərin imtahan nəticələrinin eyni olması hallarında vakansiya seçimi müxtəlif meyarlar (ixtisas fənni üzrə nəticəsi, təhsil pilləsi və səviyyəsi, təhsil haqqında sənədi (adi, fərqlənmə), pedaqoji stajı, yaşayış yeri)) əsasında aparılacaq.

Xəbər lenti
0